Aprelin 27-dən 28-ə keçən gecə Ağdamda ermənilərin kəndləri artilleriya atəşinə tutması nəticəsində yaralanan 6 nəfər mülki şəxsdən 3-ü Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib.
gundemxeber.az Trend-ə istinadən bildirir ki, bu barədə mərkəzin həkim cərrahı Eldar Əhmədov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaralılardan 2-si Çəmənli, biri Qaradağlı sakinidir: "Yaralılar mərmi partlaması nəticəsində qəlpə yaraları, kəllə-beyin və baş beyin travması alıblar. Xəstələrdən 1-inin vəziyyəti orta-ağır stabil, o birilər kafidir. Xəstələrdə qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi və bədənin müxtəlif yerlərində sıyrılmış yaralar müşahidə edilir".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?