GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » BŞİH və Xətai rayon İcra Hakimiyyətinin rəsmiləri hara baxır və nəyə nəzarət edirlər?

BŞİH və Xətai rayon İcra Hakimiyyətinin rəsmiləri hara baxır və nəyə nəzarət edirlər?

Tarix: 19-04-2022, 12:11 Bölmə :GündəmXəbər / Manşet Baxış: 473


Bakı şəhərində, xüsusən də Xətai rayonunda son dövrlər qanunsuz tikililərin baş alıb getməsi barədə elektron kütləvi informasıya vasitələrində çoxsaylı məlumatlar yayılmaqdadır. Bu qanunsuz tikililər bir çox hallarda yaşıllıqların məhv edilməsi hesabına başa gəlirsə, bəzi hallarda da yolların, səkilərin bağlanması hesabına reallaşır. Yəni bütün hallarda tikinti işlərinin memarlıq normalarına uyğun olaraq aparılmadığı görsənir.


Aşağıda diqqətinizə çatdırdığımız şəkillər də Xətai rayonun ərazisində çəkilib. “Bakı” kinoteatrının yaxınlığında, Sarayevo 119-125 ünvanından. Məlumata görə “EF” Marketin tikintisi bir neçə gün bundan əvvəl həyata keçirilib. Şəkildə yaxş görsənir. Yolun, səkinin demək olar çox hissəsi zəbt olunub. Yolun ortasında bu marketin tikintisinə kim icazə verib? Biz  buradan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətlilərinə də, Bakı şəhər İcra Hakimiyyətinin rəsmilərinə də, sual ünvanlayırıq. Bu tikili hansı memarlıq normalarına cavab verir?Xətai rayon İcra Hakimiyyətindən heç soruşmağa dəyməz. Çünki əldə etdiyimiz məlumatlara görə obyekti Xətai rayon Bələdiyyəsinin sədri Elşad Vəliyev bir neçə günün içində tikdirib. Elşad Vəliyev daha əvvəllər Dövlət Sosial Müdafiyə Fondunda, sonra Dövlət Sosial Müdafiyə Fondunun Xətai rayon şöbəsində baş məsləhətçi, daha sonra isə, yəni 2019-cu ildən Xətai rayon Xətai Bələdiyyəsində bələdiyyə üzvü, 2020-ci ilin yanvarından isə Xətai Bələdiyyəsinin sədri seçilib. 

Bu gənc bələdiyyə sədrinin karyerasında baş verən bu dəyişikliyə kimlər səbəb olub? Məlumatlara görə o, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevlə kirvədirlər. Məlumatlarda həmçinin Elşad Vəliyevin Xətai Bələdiyyəsinə sədr seçilməsində də Rafiq Quliyevin rolu olduğu bildirilir. Şəkildə gördüyünüz yeni tikilən “EF” Marketlə yan-yana olan ət mağazasının da Elşad Vəliyevə məxsus olduğu bildirilir.

Ərazidə bələdiyyə sədrinə məxsus daha bir neçə belə ticarət obyektinin olduğu da söylənilir. Bütün bunları isə Elşad Vəliyev Bələdiyyə sədri olduqdan sonra, iki il ərzində, İcra başçısı Rafiq Quliyevlə kirvəliyi sayəsində əldə etdiyi bildirilir.

GundemXeber.Az bildirir ki, aktualinfo.org bir müddət öncə Xətai rayonunda, Ukraina dairəsinin yaxınlığında, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranınin yanında tikintisinə başlanılmış obyekt barədə də məlumat yaymışdı. Aşağıda diqqətinizə çatdırdığımız şəkillər də sözügedən ərazidən çəkilib. Şəkillərdən də görsəndiyi kimi, ərazidə xeyli sayda şam ağacı kəsilib, yerində yeni obyekt tikilir. Avtobus dayanacağının arxasında aparılan bu obyektin tikintisinə rəyi kim verib və memarlıq normalarına uyğun aparılırmı?

Əvvəlki yazıda qeyd etdiyimiz kimi ötən ilin avqust ayında Prezident İlham Əliyev Xətai rayon ərazisində, Ukraina dairəsinin yaxınlığında yeni ASAN xidmətin açılışını etdi. Həmin ASAN xidmətin yaxınlığındakı, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranın sahibi sanki prezidentin buraya gəlib, getməsini gözləyirmiş. Deyilənlərə görə dəfələrlə icra hakimiyyətinin dəhlizində Sabir müəllimin sənədinin gecikməsi müzakirə olunanda hamı “acılışdan sonraya qaldı” deyirmiş. Elə də olur. Yuxarıda göstərdiyimiz ünvanda yeni ASAN xidmətin açılışından bir qədər sonra “El Chacho” restoranın ətrafında ağaclar yavaş-yavaş seyrəlməyə başlayır. Məlum olur ki, seyrələn ağacların yerində “El Chacho” restoranın sahibi əlavə məkan tikməyə başlayır. Qeyd edək ki, ərazidə tikilmiş və yavaş-yavaş genişlənən restoran daha əvvəllər də yaşıllıqlarin məhv edilməsi hesabına inşa edilib. 

Bütün bu göstərdiklərimizə Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsindən verilən cavab məktubunda deyilir. “Məlumat üçün bildiririk ki, sözügedən ictimai iaşə obyekti Xətai rayon İcra Hakimiyyəti başçısının 29.01.2015-ci il tarixli, 24 saylı sərəncamı ilə 2 saylı binanın yaxınlığında qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmişdir.

İndi Xətai rayon İcra Hakimiyyətinin rəsmilərindən soruşmaq istərdik. Xətai rayonu ərazisində, Sarayevo küçəsindəki 119-125 ünvanında “EF” Marketin tikintisinə sərəncam nə vaxt verilib? Umumiyyətlə ərazidəki yolun və səkinin bir hissəsini tutmuş bu qeyr-qeyri yaşayış sahəsinin tikintisinə kim icazə verib? Bundan aidiyyatı üst qurumların, təbii ki, ilk növbədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı şəhər İcra Hakimiyyətinin xəbəri varmı?

Ötən yazıda da qeyd etdiyimiz kimi, Prezident İlham Əliyev 8 yanvar 2020-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar Anar Quliyevi qəbul edərkən bildirdiklərini Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə bir daha xatırlatmaq istərdik. Həmin görüşdə cənab Prezident demişdi ki,  “Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulubdur. Bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir. Ona görə bu məsələyə çox böyük diqqət yetirmək lazımdır. Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Baş Plana uyğun olmayan heç bir bina Bakıda tikilməməlidir.” 

İndi biz soruşuruq, siz cavab verin Rafiq Quliyev. Yuxarıda diqqətinizə çatdırdığımız obyekt tikintilərinin hansı şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğundur? Axı ölkə başçısı çıxışında açıq-aydın qeyd edir ki, harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulmalıdır.

Qeyd edək ki, son iki ildə Bakı şəhərində qanunsuz yollarla zəbt edilmiş torpaq sahələrində, yaşıllıqları məhv edərək, memarlıq normalarına uyğun aparılmayan tikinti işləri barədə internet axtarış resursları üzərindən yüzlərlə məlumat tapmaq mümkündür. Sabiq şəhər merinin dövründə olanlar qalsın bir yana, Eldar Əzizovun 2018-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmasından sonra bu kimi hallar daha da artmağa başlayıb. Bu kimi tikinti işlərinin qarşısının almaq məqsədi ilə Prezident İlham Əliyev dəfələrlə irad tutub. Ən son çıxışı isə çox uzaqda deyil, martın 3-də olub. Cənab Prezident Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bildirdi ki, “Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır – Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları.”

Bəs Bakı şəhər İcra Hakimiyyətinin və Xətai rayon İcra Hakimiyyətinin rəsmiləri hara baxır və nəyə nəzarət edirlər? 


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Anar Quliyevlə Eldar Əzizov birliyi Bakı şəhərində memarlıq normalarını belə pozur

    Anar Quliyevlə Eldar Əzizov birliyi Bakı ...

    4-03-2022, 12:36

  • 
  • Bakı meriyası Razim Məmmədovu yoxlatdırır – Xətaidə qanunsuz tikililər xaosu

    Bakı meriyası Razim Məmmədovu yoxlatdırır – ...

    30-08-2018, 16:05

  • 
  • İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərini əlindən aldı

    İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin ...

    2-08-2018, 12:01

  • 
  • İcra hakimiyyətlərinə xəbərdarlıq edildi

    İcra hakimiyyətlərinə xəbərdarlıq edildi ...

    6-05-2014, 10:10

  • 
  • İcra başçılarına qarşı cəza mexanizmi işə salınır - İDDİA

    İcra başçılarına qarşı cəza mexanizmi işə salınır ...

    6-08-2018, 13:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu