GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Anar Quliyevlə Eldar Əzizov birliyi Bakı şəhərində memarlıq normalarını belə pozur

Anar Quliyevlə Eldar Əzizov birliyi Bakı şəhərində memarlıq normalarını belə pozur

Tarix: 4-03-2022, 12:36 Bölmə :GündəmXəbər / Manşet Baxış: 753


“Bakı inkişaf edir, böyüyür və son vaxtlar Bakının memarlıq məsələlərinə xüsusi diqqət göstərilir. Vaxt var idi ki, Bakıda inşa edilən eybəcər, yöndəmsiz binalar göbələk kimi üzə çıxırdı. Heç bir memarlıq normalarına uyğun gəlməyən, heç bir memarlıq əmsallarına cavab verməyən bu yöndəmsiz binalar Bakının bəzi yerlərinin simasını əfsuslar olsun ki, mənfiyə doğru dəyişmişdir. Ancaq son vaxtlar bu məsələyə ciddi nəzarət var”. 


Prezident bildirib ki, dövlət tərəfindən bütün bu məsələlər tənzimlənir və icazəsiz, qanunsuz tikililərin sayı xeyli azalıbdır.

“Amma hələ də belə hallar var və mən bütün qurumları, dövlət qurumlarını və sahibkarları xəbərdar etmək istəyirəm ki, buna yol verilməyəcək. Xüsusilə sahibkarlara müraciət edirəm, qazanc dalınca getmək o demək deyil ki, biz unikal şəhərimizi eybəcər binalarla korlayaq. Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır – Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları. Əminəm ki, bundan sonra Bakı vahid memarlıq konsepsiya əsasında inkişaf edəcək”.

Bunları prezident İlham Əliyev martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib.


Göründüyü kimi Prezident İlham Əliyev Bakı şəhərində vaxtı ilə inşa edilmiş, memarlıq normalarına uyğun gəlməyən yöndəmsiz binalardan bəhs edir və bu məsələyə nəzarət edən orqanlara işlərinə ciddi yanaşmalarını tapşırır. Qeyd edək ki, ölkə başçısının Bakı şəhərində memarlıq əmsallarına uyğun gəlməyən tikinti işlərinin aparılması barədə iradları və tapşırıqları birinci dəfə deyil. Prezident İlham Əliyev daha əvvələr də paytaxtda özbaşına aparılan tikinti işlərindən narahatlığını dəfələrlə ifadə etmişdi. Xatırlatmaq istərdik ki, hələ 8 yanvar 2020-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar Anar Quliyevi qəbul edərkən də Prezident İlham Əliyev Bakı şəhərində tikinti işlərinin memarlıq normalarına uyğun olaraq aparılmadığını bildirmişdi. Həmin görüşdə Prezident qeyd etmişdi ki,


“Biz imkan verə bilmərik ki, hansısa bir təmənnaya, hansısa bir hərisliyə görə şəhərimizin keçmişini məhv edək, yaxud da şəhərimizin gələcəyini şübhə altına qoyaq. Qətiyyən bu, olmayacaqdır. Bütün biznes dairələri, inşaatla məşğul olan bütün şirkətlər bilsinlər ki, bundan sonra harada gəldi bina, ev tikmək praktikasına artıq son qoyulubdur. Bütün evlər, binalar şəhərsalma qaydalarına, Bakının memarlıq obrazına uyğun şəkildə tikilməlidir. Ona görə bu məsələyə çox böyük diqqət yetirmək lazımdır. Bakı şəhəri bundan sonra ancaq Baş Plan əsasında inkişaf etməlidir. Baş Plana uyğun olmayan heç bir bina Bakıda tikilməməlidir. Komitəyə yeni funksiyalar verilib və Komitənin razılığı olmadan heç bir bina tikilə bilməz. Rayon icra hakimiyyəti orqanları Komitədən razılıq almadan heç bir binanın tikilməsinə icazə verə bilməzlər. Siz bu funksiyalardan çox səmərəli şəkildə istifadə etməlisiniz. Sizin nəinki Bakıda və böyük şəhərlərdə, bütün ölkə üzrə monitorinq qruplarınız olmalıdır. Çünki bəzi hallarda torpaqlar zəbt olunur və tələm-tələsik binalar tikilir. Sonra da bu binalar, evlər hansısa qanunsuz yollarla sənədləşdirilir və biz artıq fakt qarşısında qalırıq. Ona görə monitorinq qrupları olmalıdır. Bütün yerli icra orqanlarına bir daha tapşırıq verirəm ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi olmadan qətiyyən bir dənə də bina tikilə bilməz. Biz buna son qoymalıyıq.”

Prezident İlham Əliyevin etimad göstərərək iki il bundan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin etdiyi Anar Quliyev ölkə başçısının tapşırıqlarını yerinə yetirə bilirmi?


Bunun üçün internet axtarış resursları üzərindən kiçik bir araşdırma aparmaq kifayət edər. Son iki ildə Bakı şəhərində qanunsuz yollarla zəbt edilmiş torpaq sahələrində, yaşıllıqları məhv edərək, memarlıq normalarına uyğun aparılmayan tikinti işləri barədə yüzlərlə məlumat tapmaq mümkündür. Xüsusilə qeyd etmək istərdik ki, 2018-ci ildə Eldar Əzizov Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra bu kimi hallar daha da artmağa başlayıb. Bakının ayrı-ayrı rayonlarında yaşıllıqlar məhv edilir, yerində müxtəlif təyinatlı obyektlər tikilir. Amma bunun qarşısını almaq məqsədi ilə Prezident İlham Əliyev Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni funksiyalar və səlahiyyətlər verdi ki, Komitənin razılığı olmadan heç bir bina tikilə bilməz. Amma görün memarlıq normalarına uyğun olmayan obyektlər necə tikilir.


Gundemxeber.Az bildirir ki,  aktualinfo.org bir neçə gün əvvəl Xətai rayonunda, Ukraina dairəsinin yaxınlığında, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranınin yanında tikintisinə başlanılmış obyekt barədə məlumat yaymışdı. Aşağıda diqqətinizə çatdırdığımız şəkillər də sözügedən ərazidən çəkilib. Şəkillərdən də görsəndiyi kimi, ərazidə xeyli sayda şam ağacı kəsilib, yerində yeni obyekt tikilir. Avtobus dayanacağının arxasında aparılan bu obyektin tikintisinə rəyi kim verib və memarlıq normalarına uyğun aparılırmı?

Ötən yazıda qeyd etdiyimiz kimi ötən ilin avqust ayında Prezident İlham Əliyev Xətai rayon ərazisində, Ukraina dairəsinin yaxınlığında yeni ASAN xidmətin açılışını etdi. Həmin ASAN xidmətin yaxınlığındakı, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranın sahibi sanki prezidentin buraya gəlib, getməsini gözləyirmiş. Deyilənlərə görə dəfələrlə icra hakimiyyətinin dəhlizində Sabir müəllimin sənədinin gecikməsi müzakirə olunanda hamı “acılışdan sonraya qaldı” deyirmiş. Elə də olur. Yuxarıda göstərdiyimiz ünvanda yeni ASAN xidmətin açılışından bir qədər sonra “El Chacho” restoranın ətrafında ağaclar yavaş-yavaş seyrəlməyə başlayır. Məlum olur ki, seyrələn ağacların yerində “El Chacho” restoranın sahibi əlavə məkan tikməyə başlayır. Qeyd edək ki, ərazidə tikilmiş və yavaş-yavaş genişlənən restoran daha əvvəllər də yaşıllıqlarin məhv edilməsi hesabına inşa edilib. Və o dovrün peyk şəkillərinə baxılsa həmin yaşıllıqda necə illik şam ağaclarının məhv edildiyi aşkar olunar.

Məlumatlara görə restoranın sahibi Sabir adlı şəxs keçmiş Baş prokuror Zakir Qaralovun yaxın adamlarından olub Xətai rayonundakı bir çox işlərinə ortaqlıq edən məhşur iş adamıdı. Restoranın tikilərək ərsəyə gəldiyi dövrlərdə ona Zakir Qaralov arxalıq edib. Zakir Qaralov Baş prokurorluqdan getdikdən sonra şəriklərinin durumunun ağır olduğu bildirilsə də, “El Chacho” restoranın sahibinin timsalında bunun heç də belə olmadığı görsəndi.  Qeyd etdiyimiz kimi O, “El Chacho”- nun ərazisini yaşıl soyqırım həyata kecirməklə genişləndirir. Deyək ki, əvvəllər ona Zakir Qaralov  himayədarlıq edib. Bəs indi?

İndiki mənzərə də göz qabağındadır. Prezident İlham Əliyev hələ 8 yanvar 2020-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar Anar Quliyevi qəbul edərkən tapşırmışdı ki, “Rayon icra hakimiyyəti orqanları Komitədən razılıq almadan heç bir binanın tikilməsinə icazə verə bilməzlər.” Martın 3-də Şahin Seyidzadəni “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən isə Prezident İlham Əliyev bildirdi ki, “Biz buna imkan verməyəcəyik, qanunsuz tikililərə son qoyulmalıdır. Bu məsələyə nəzarət edən bütün orqanlar bu işlərə çox ciddi yanaşmalıdır – Bakı Şəhəri İcra Hakimiyyəti, Bakı şəhərində yerləşən rayonların icra başçıları.”

Belə olan halda Prezident İlham Əliyevin iradəsinin əleyhinə olaraq Xətai rayonunda, Gəncə prospekti 2-də fəaliyyət göstərən “El Chacho” restoranın sahibinə memarlıq normalarına uyğun olmadan, yaşıllıqları məhv edərək yerində obyekt tikməyə kim rəy verib, kim icazə verib? Təbii ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdan başqa heç kim?


 GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezidentdən dövlət qurumlarına və sahibkarlara XƏBƏRDARLIQ

    Prezidentdən dövlət qurumlarına və sahibkarlara ...

    3-03-2022, 13:10

  • 
  • Razim Məmmədov xilas ola biləcəkmi? - Xətaidə daha kimlərin həbsi gözlənilir?

    Razim Məmmədov xilas ola biləcəkmi? - Xətaidə ...

    10-10-2018, 15:03

  • 
  • Bakı simasını itirib...Şəhərdə böyük partlayış olacaq

    Bakı simasını itirib...Şəhərdə böyük partlayış ...

    20-10-2017, 15:38

  • 
  • Təftiş şöbəsinin müdiri Zülfəlinin özünü TƏFTİŞ eləmək lazımdır- Eldar Əzizov Zülfəlini gözümçıxdıya salıb

    Təftiş şöbəsinin müdiri Zülfəlinin özünü TƏFTİŞ ...

    24-08-2020, 16:56

  • 
  • "Bakıda böyük partlayış olacaq" - Memar açıqladı

    "Bakıda böyük partlayış olacaq" - Memar ...

    21-10-2017, 13:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu