GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "İcra başçısı ilə millətt vəkili SİZİ ALDADIR, CƏNAB PREZİDENT" - İDDİA

"İcra başçısı ilə millətt vəkili SİZİ ALDADIR, CƏNAB PREZİDENT" - İDDİA

Tarix: 19-04-2022, 15:01 Bölmə :GündəmXəbər / Manşet Baxış: 417

Ölkədə narazı vətəndaşların sayı günbəgün artmaqdadır. Hər gün sosial media və sosial şəbəkələrdə harınlamış məmurlardan gileylənən vətəndaşları izləyirik. Çox zaman da tənqid hədəfi millət vəkilləri, eyni zamanda İcra Hakimiyyəti başçıları olur. Təbii ki, haqsız da deyillər. Çünki, hər iki tərəf tutduğu vəzifəyə, yerlərdə əhalinin problemlərini dinləyib, qismən də olsa, səlahiyyətləri çərçivəsində o problemi aradan qaldırmaq üçün təyin ediliblər. Lakin, onlar çox zaman ilk növbədə öz ailə üzvlərinin, qohum - əqrəbasının, ailə yaxınlarının yaxşı deyil, mükəmməl yaşayışını təmin edirlər. Özü də həmin narazı sakinlərin haqqı ilə.
Yeri gəlmişkən, bu günlərdə sosial şəbəkələrdə Salyan rayon Sarvan kənd sakini Mahir Abdullayevin ölkə prezidentinə videomüraciəti yayımlanıb.
Gundemxeber.Az dogruxeber.az-a istinadla bildirir ki,  Mahir Abdullayev müraciətində Salyan rayon İcra Hakimiyyəti başçısı Sevindik Hətəmov, eyni zamanda Salyan rayonunu Milli Məclisdə (güya) təmsil edən Fəzail Ağamalı barəsində narazılıqlarını və etirazını dilə gətirib.



Vətəndaşın danışdıqlarını təkrar yazıb, oxucularımızı yormaq istəmirik. Yuxarıda təqdim etdiyimiz videogörüntüdə yəqin ki, özünüz hər şeyi vətəndaşın dilindən dinlədiniz və onun haqlı olduğunu düşüncələrinizdə təsdiqlədiniz. Çünki, eyni problemlər çoxunuza yad deyil. Xatırlayırsınızsa ötən il elə bu vaxtlar Tərtər rayon sakinləri də eyni problemlə mediaya üz tutmuşdular. Hansı ki, onlar da İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun əkin sahələrini suvarmaq üçün əhaliyə imkan vermədiyindən, suyun önünün bağlanıb, müəyyən əkin sahələrinə yönəldildiyinə etiraz edirdilər. İndi eyni problemlər Salyan rayonunda da yaşanmaqdadır. Yaşamaq üçün 1-2 hektar torpaq sahəsinə göz dikən zəhmətkeş vətəndaşlara öz əməyinin bəhrəsini belə rahat yeməsinə yerli məmurlara və onlara güvənən yaxın-uzaq qohum-əqrəbaları imkan vermir. Mətbuatda sərt tənqidləri ilə tanınan 74 yaşlı Millət vəkili Fəzail Ağamalı təmsil etdiyi rayonun sakinlərinin problemlərini görüb, aidiyyatı qurumlar qarşısında məsələ qaldırmaq yerinə, lazımsız tənqidləri ilə özünə "pərəstişkar" toplamağa üstünlük verir. Başqalarını tənqid etməkdən təmsil etdiyi rayonun sakinlərini unudan Fəzail Ağamalı artıq uzun müddətdir ki, unutduğu sakinlərin tənqid hədəfinə çevrilib.
Qaldı ki, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmova, onu da qınamağa adamın "ürəyi gəlmir". O qədər müxtəlif sahələrdə sahib olduğu bizneslərin idarəçiliyi özü bir dünya işdir.
Yeri gəlmişkən, Sevindik Hətəmov barəsində ınternet üzərindək kiçik bir araşdırma etdik və əldə etdiyimiz məlumatların bəzilərini oxucularımızı diqqətinə çatdırmağı özümüzə borc bildik.
 Beləliklə, "tərəf.az" saytı yazır ki, "S.Hətəmovun ilk məşğuliyyəti və yüksəlişi daş karxanası ilə bağlı olub. Sonra deputat, sonra isə icra başçısı olub.
Hazırda onun Qaradağ rayonu ərazisində 10 daş karxanası və üzlük daş istehsal edən bir neçə sexi var. Bundan əlavə, Salyan rayonu ərazisində 4 balıqçılıq gölünü onların sahiblərindən zorla alaraq, özünə məxsuslaşdırıb. Hətəmovun əsas siyasi dayağı Sumqayıtın icra başçısı Zakir Fərəcovdur.
İcra başçısı bir qohumunu belə vəzifəsiz qoymayıb. Bacısı Nəsilənin əri Fərruxu Bakı şəhərində yerləşən Laçın köçkün məktəbinin direktoru təyin etdirib.
Digər bacısının əri Oktay onun Qaradağdakı daş karxanalarını idarə edir. Oktayın oğlu Cəmil Məmmədovu Sumqayıt şəhərində Hərbi Prokurorluğa işə düzəldib.
Media üzərindən yayılan xəbərlərə görə, Hətəmov Ağcəbədi rayonu ərazisində Laçın rayonuna aid qış yatağında 250 baş iri-buynuzlu və 1400 baş xırdabuynuzlu heyvandan ibarət böyük bir ferma yaradıb.
Həmin heyvandarlıq fermasının sahibkarı kimi qayınatası Cənnət kişinin adına rəsmiləşdirib. Hətta, həmin ferma üçün Sahibkarlıq Kömək Milli Fondundan xeyli məbləğdə kredit Cənnət kişinin adına ayrılıb. Bakıda H.Əliyev küçəsində “milyonerlər” məhəlləsində bacısı Lətifənin adına 4 mərtəbəli villa alıb.
Oğlu Xətainin öz şəxsi nüfuzundan və əlaqələrindən istifadə edərək, Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzinə müavin vəzifəsinə təyin etdirib.
Qızı Günayı isə Neftçilər xəstəxanasında USM aparatı üzrə həkim vəzifəsinə yerləşdirib. Nabranda möhtəşəm bir istirahət mərkəzini yeznəsi Oktayın adına alıb.
Bakının mərkəzində Sevindik Hətəmovun 8 yerdə topdansatış mağazalar şəbəkəsi var. Yasamal Rayonunun Bakı Dövlət Universiteti yaxınlığında “Meqa-Siti” yaşayış kompleksində ikisi 4, üçü isə 3 otaqdan ibarət 5 mənzil alıb.
Kompleksdə yerləşən “İdman-sağlamlıq” mərkəzini də bacısı Nəcibənin adına alıb və icarəyə verib. Həmin yaşayış Kompleksi ilə üzbəüz müasir tipli gözəllik salonu da Sevindik Hətəmova məxsus obyektlərdən biridir."

Gördüyünüz kimi, cənab Hətəmovun bütöv bir rayonun əhalisini təmin edəcək qədər iş yerləri mövcuddur. Axı Mahir Abdullayev və rayonun digər gənc sakinləri Hətəmovdan böyük vəzifə, yaxud pul istəmir. Sadəcə iş və təsərrüfat sahəsində yaranmış, daha doğrusu "Həsən ağanın qohumları" tərəfindən yaradılmış problemlərinə çarə istəyirlər, vəssalam.
Mövzuya qayıdacağıq...
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısı polisin kredit borcunu ödədi

    İcra başçısı polisin kredit borcunu ödədi ...

    16-06-2016, 23:34

  • 
  • Salyanın yezidi kimdir? – İcra başçısına açıq məktub

    Salyanın yezidi kimdir? – İcra başçısına açıq ...

    25-01-2019, 17:23

  • 
  • Prezident iki icra başçısını işdən niyə çıxartdı - [Video]

    Prezident iki icra başçısını işdən niyə çıxartdı ...

    3-03-2016, 21:11

  • 
  • Prezident daha iki icra başçısını işdən çıxardı

    Prezident daha iki icra başçısını işdən çıxardı ...

    4-03-2016, 17:42

  • 
  • Prezident regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı proqramının icrasının yekunlarına həsr olunan konfransda iştirak edir - YENİLƏNİB

    Prezident regionların 2014-2018-ci illərdə ...

    29-01-2018, 11:22


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu