GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Deputatın obyekti XALQA QƏNİM KƏSİLİB - GİLEY

Deputatın obyekti XALQA QƏNİM KƏSİLİB - GİLEY

Tarix: 20-04-2022, 14:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 440


“Qarşıdan yay gəlir, ancaq biz bu il də əkin işləriylə məşğul ola bilməmişik. Bir sahibkarın acgözlüyü ucbatından bütün kənd əkinsiz, örüşsüz, susuz, yolsuz qalıb”. 


Gunsemxeber.az xəbər verir ki, vaxtaşırı Meydan TV-yə Lənkəranın və Lerikin müxtəlif kəndlərindən çaydibi qazıntıların yaratdığı problemlərlə bağlı şikayətlər daxil olur. Bir müddət əvvəl Lənkəranın Təngivan, Lerikin Piran ərazisinin Qışlaq kəndindən olan sakinlər Lənkərançayın və qollarının qazılması səbəbindən heyvandarlıq və əkinçiliklə, bağçılıqla məşğul ola bilmədiklərini deyiblər. Bu dəfə eyni problemlər Lənkəranın Şovu kəndinin sakinlərini dilə gətirib.

“Həm səhhətimizə zərər vurur, həm təsərrüfatlarımıza”


Kəndlilər tez-tez qazıntı yerlərində və “karxana” dedikləri qum-çınqıl zavodunun ətrafında toplaşaraq etirazlarını bildirirlər. Kənd sakini Qabil Məmmədov deyir, yaşayış evlərinin yaxınlığında yerləşən zavod həm insanların səhhətinə, həm kənd təsərrüfatına, həm də yollara zərər vurub:

“Deputat İqbal Məmmədovun bu karxanası həyatımızı alt-üst edib. Karxana 2011-ci ildən işləyir. Evlərimizin lap yaxınlığıdır, səs-küyündən, tozanağından evdə oturmaq mümkün deyil. Hara müraciət etmişiksə, bizə deyiblər ki, karxananın fəaliyyəti qanunsuzdur, ancaq 10 ildən çoxdur ki, “qanunsuzdur” dedikləri bu boyda karxananın qarşısını alan yoxdur. Uşaqlar tozanaqdan məktəbə gedib-gələ, səs-küydən dərs oxuya bilmir. Yata, istirahət edə bilmirik. Bunun xəstəsi olanı var, körpəsi olanı var…”

“Xalqın sərvətini talayırlar”


Kənd sakini Ziyafət Əliyev deyir, əsas məşğuliyyəti və qazanc yeri əkinçilik, heyvandarlıq olan kəndli qum-çınqıl, qazıntı səbəbindən hər şeydən uzaq düşüb:

“Göz görə-görə xalqın təbii sərvətini talayırlar, baxın, çayı nə günə qoyublar. Hər yeri qazıblar, heyvanları örüş yerinə apara bilmirik. Ağacları kökündən çıxarıb torpaqları dərinliyədək qazırlar. 10-15 gündən sonra bağları suvarmalıyıq, bu qum-çınqıl üzündən suyumuz kəsilib. Meyvə bağlarımız susuzluqdan yanır. Bizimsə dolanışığımız meyvəçilikdən, əkindən çıxır. Əkin sahələrimizi də qazıb töküblər, qrunt sularıyla dolub. Bir sözlə, burada yaşamaq üçün hər şeyi bərbad ediblər. Ya zavodun fəaliyyətini dayandırsınlar, qazıntıları saxlasınlar, ya da bizi başqa yerə köçürsünlər”.

Lənkərançay Lerik və Lənkəran rayonları ərazisindən axır. Mənbəyi Talış silsiləsinin cənub-şərq hissəsindən başlayır. Çayətrafı kəndlərdəki əkin sahələrinin suvarma suyu əvvəllər bu çaydan götürülürdü. Ancaq “Kaspian Yıldız” şirkətinin illərdir ki, çayın yatağında çınqıla görə qazıntı işləri aparması kəndliləri çaydan uzaq salıb.

Şirkət dəfələrlə cərimələnib


Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Kaspi Yıldız” MMC-ni qanunsuz qum-çınqıl hasilatına və ekologiyanı çirkləndirdiyinə görə dəfələrlə məhkəməyə verib. Məhkəmə MMC-ni bir neçə dəfə cərimələsə də, şirkət öz fəaliyyətindədir.

“Kaspi Yıldız” MMC Lerikin 78 saylı dairəsindən deputat seçilmiş İqbal Məmmədova məxsusdur. O, bu şirkəti 1996-cı ildə təsis edib. “Kapitalbank” həm ona, həm qardaşı Çingiz Məmmədova, həm də şirkətə qarşı məhkəmə iddiası qaldırmışdı. Şirkətin dövlət büdcəsinə də 9 milyon manat civarında vergi borcu var. İqbal Məmmədovun Lerikdə fəaliyyət göstərən iri quşçuluq təsərrüfatı da var. Hansı ki, çayı çirkləndirən səbəblərdən biri də həmin təsərrüfatda quş kəsimləri zamanı tullantıların çaya buraxılması idi. Piran kəndinin sakinlərinin uzunmüddətli şikayətlərindən sonra təsərrüfatdakı quş kəsimi sexləri bağlanıb.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra başçısına müraciət etsələr də... - GİLEY

    İcra başçısına müraciət etsələr də... - GİLEY ...

    23-01-2021, 14:09

  • 
  • "Belə getsə, bu kəndlərdə adam qalmayacaq" - GİLEY

    "Belə getsə, bu kəndlərdə adam ...

    25-07-2019, 14:31

  • 
  • Deputatın broyler fabrikində dəhşətli partlayış: Ölən və yaralananların adları bilindi - YENİLƏNİB 2

    Deputatın broyler fabrikində dəhşətli partlayış: ...

    27-07-2017, 14:05

  • 
  • Başçı Biləsuvarda narazılıq yaradır... - Məmur əkin əkir, kəndli dərd çəkir...

    Başçı Biləsuvarda narazılıq yaradır... - Məmur ...

    27-06-2019, 12:26

  • 
  • İcra başçısı kənd sakinlərini Bakıya “qovur”

    İcra başçısı kənd sakinlərini Bakıya “qovur” ...

    13-02-2018, 12:51


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu