Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları məlum olub.
Hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib.
Partlayış nəticəsində daha iki nəfər – 1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.
****
Lerik rayonunda broyler fabrikində baş verən partlayış nəticəsində iki nəfər yaralanıb.
Bunu açıqlamasında Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev deyib.
O bildirib ki, yaralanan şəxslərin xəstəxanaya çatdırılması istiqamətində lazımi işlər görülür.
M. Ağayevin sözlərinə görə, hadisə yerinə 3 təcili yardım briqadası cəlb edilib.
****
Lerik rayonunda broyler fabrikində partlayış olub.
Hadisə Piran kəndi ərazisində qeydə alınıb.
Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.
Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.
Qeyd edək ki, Piran kəndindəki "Lerik Broyler" MMC adlı şirkətin millət vəkili İqbal Məmmədova məxsus olduğu bildirilir. Bu broylerlə bağlı mətbuatda bu günə qədər dəfələrlə yazılıb. Hələ ötən il "Qaynarinfo"ya şikayət edən kənd sakinləri millət vəkilinə məxusus broylerin ətraf mühiti çirkləndirdiyini bildirir, ekologiyaya ziyan vurmaq, xəstəlik yaymaqla məşğul olduğu deyilirdi. Əslində bu quşçuluq fabriki Lerikin başqa ərazisində tikilməli imiş. Amma İqbal Məmmədov hansısa səbəbdən onun Piran kəndində tikilməsinə qərar verib. Hətta tikintidən əvvəl millət vəkili sakinləri aldatmağı da unutmayıb. Belə ki, kənd sakinlərinə burda şirə sexininin inşa olunacağı bildirilib. Amma sonradan - özü də dövlətin kəndlilər üçün ayırdığı pay torpağında quşçuluq fabriki tikilib.
Sakinlər deyir ki, İqbal Məmmədovun atası Nəriman Məmmədov və qardaşı Çingiz Məmmədov tərəfindən idarə olunan "Lerik Broyler" MMC ekologiyaya ziyan vurmaqla məşğuldur. Hər ay bir dəfə fabrikdə aparılan toyuq kəsimi zamanı tonlarla qanlı su, sakinlərin təsərrüfatına və Lerikdəki Bəşəru çayına axıdılır. Bu çaydan isə sakinlər içməli suya ehtiyacını ödəyir, təsərüfatlarını suvarır. Şikayətçi bildirir ki, artıq kənddəki artezian quyularının suyundan da istifadə etmək mümkün deyil. Çünki quşçuluq fabrikinin ətrafa axıdılan çirkli sularının sızıntısı quyuların da çirklənməsinə səbəb olub.
Millət vəkilinin ailəsinə məxsus broyler şirkəti bununla da kifayətlənmir. Belə ki, hər ay fabrikdə tələf olan yüzlərlə toyuq heç bir təhlükəsizlik tədbiri görülmədən ətrafa atılır. Bu isə kənd sakinlərinə məxsus şəxsi təsərüfatlardakı ev quşları və heyvanlar arasında yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Şikayətçi bildirir ki, İqbal Məmmədovun broylerindəki qanunsuzluqlar hər il təkcə onun təsərüffatına 3 min manatdan artıq ziyan vurur. "Lerik Broyler" MMC-nin ətrafında 40 evin yerləşdiyini nəzərə alsaq, ziyan 100 min manatdan artıq olur./APA
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?