Gundemxeber.az » GündəmXəbər » Lənkəran 5 saylı MERO-da “prava” alveri… - Rəis Kamran Məmmədov “tarifi” qaldırıb…
Məlumdur ki, neçə illərdir Azərbaycan cəmiyyətində bir MERO söhbəti var.
Söhbət Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsindən gedir.Ümumiyyətlə, son 20 ildə Bələdiyyə deyiləndə hamının ağlına torpaq satmaq gələn kimi, MERO deyəndə də hamı “prava” satmağı başa düşür.
Bəli, uzun illərdir ki, bir çox sürücülər heç bir idarəetmə təcrübəsi olmadığı halda pul verib sürücülük vəsiqəsi, yəni “prava” alırlar.
Yollarda baş verən avtomobil qəzalarının da səbəblərindən biri, bəlkə də birincisi pul verib “prava” alan sürücülərdir.
Yeri gəlmişkən, dünyada avtoqəzalardan ölənlərin sayına görə, ölkəmiz ön sıralarda gedir. Sözün qısası, MERO məsələsi neçə illərdir ki, ölkəmizdə ciddi problemə çevrilib.Ötən il cənab Daxili İşlər Naziri, general polkovnik, hörmətli Vilayət Eyvazovun əmri ilə Ağsu Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Məmmədov tutduğu vəzifədən azad edilərək 5 saylı Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinə rəis təyin edildi.
Təəssüf ki, bu gün də Lənkəran MERO-da köhnə ənənələr və qaydalar davam edir. Sadəcə, Kamran Məmmədov rəis təyin olunandan sonra “qiymətlər” bahalaşıb. Belə ki, əvvəl “prava” almağın qiyməti 900 manat idisə, indi 1100 manata qalxıb.
Bunun üçün “parava” maklerləri var, onlara yaxınlaşıb sövdələşmək yetər.
Sürücülük vəsiqəsindən başqa maşınların texniki müayinədən keçirilməsi də əsl bazara çevrilib. Belə ki, rəisin maklerləri sürücülərlə danışıb pulu alandan sonra texniki baxışla bağlı sənəd verilir.
Bundan başqa nömrə almaq istəyən vətəndaşlardan dövlət rüsumundan əlavə, ondan çox haqq alınır. Qeyd edilir ki,qanunu tələb edən sürücülər rəisin adamları tərəfindən təyziqlərə məruz qalırlar.Bildiyiniz kimi, oğurluq maşınları qeydiyyatı da MERO-da baş verir.
Digər məsələni də qeyd edək ki, kateqoriya dəyişdikcə sürücülük vəsiqəsinin qiyməti də dəyişir. Sözün qısası, Lənkəran MERO-da özbaşnalıq və qanunsuzluqlar baş alıb gedir.
Qeyd edək ki, yazıda dərc olunan məlumatlar müxtəlif saytlardan götürülmüşdür.
Yazıda adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq./gundelik-baku.com/
19-04-2021, 16:14
18-06-2021, 14:39
4-01-2022, 13:29
12-03-2020, 19:48
18-02-2020, 14:24
Sorğu
Yeni dizaynımız necədir?