Gundemxeber.az dogruxeber.az-a istinadla xəbər verir ki, Beyləqan rayon, Əmirzeydli sakini Məmmədov Şəfa Cümşüd oğlu hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında bir neçə dəqiqə əvvəl etiraz aksiyası keçirib.
Ş.Məmmədov bildirir ki, birinci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibədə aldığı yaralardan, səhhətində ciddi problemlər yaranıb və artıq, onun ayaqları tutulmaq üzrədir. Hərəkət məhdudiyyəti var. Ş.Məmmədovun mediaya bildirdiyinə görə, uzun müddətdir ki, müraciədiyi dövlət qurumu qalmayıb. Lakin, müxtəlif bəhanələrlə pensiya əlillik dərəcəsi ala bilmir. Vətəndaş Ş.Məmmədov deyir: -"Oğlum 3 ay sonra əsgər gedəcək. Xəstə adamam, mənə kim baxacaq? Kim saxlayacaq? Hara gedirəm bir bəhanə ilə yola salırlar. Hamısı biri-birinə ötürür. Hara göndəriblər getmişəm. Yenə də mənim işimə baxılmır". Sosial media nümayəndələri önündə etiraz edən vətəndaş Ş.Məmmədov polis və ƏƏSMN əməkdaşları tərəfindən işinə baxılacağını vəd edərək, nazirliyin binasına götürüblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?