GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Gədəbəydə Başçı yoxdur, hər cür anarxiya baş alıb gedir- ŞOK FAKTLAR

Gədəbəydə Başçı yoxdur, hər cür anarxiya baş alıb gedir- ŞOK FAKTLAR

Tarix: 25-04-2022, 12:30 Bölmə :GündəmXəbər / Manşet Baxış: 348

Gədəbəy rayonunun mərkəzi ərazilərindən birində, hansı ki, tarixi abidənin yerləşdiyi ərazinin qarşısında həyata keçirilən qanunsuz tikinti işləri, hal-hazırda bu rayonda icra başçısı vəzifəsini icra edən Nağıyev Natiq Fərhad oğlunun vəzifə səlahiyyətlərini lazımi səviyyədə yerinə yetirə bilməməsi ucbatından baş verir desək, heç də yanılmarıq.

Çünki, həyata keçirilən tikinti işləri heç bir normativ-hüquqi qaydalara cavab vermədən həyata keçirilməkdədir. GundemXeber.az-a daxil olan məlumata görə, tarixi abidənin qarşısında tikinti işlərini aparan şəxsin, Bakı şəhərində yaşayan Rəhimov Fəqani Zahid oğlu olduğu bildirilir. Redaksiyamıza çatdırılan başqa bir məlumatda o da bildirilir ki, bu qanunsuz tikintyə aid sənədlər, Fəqani Rəhimovun anası Kəmalə xanım Əliyevanın adına sənədləşdirilib. Fakt budur ki, tikinti işləri tarixi abidənin qarşısında, onun əhatə etdiyi ərazidə heç bir əsas olmadan həyata keçirilir. İnşaası qanunsuz olan tikintinin dayandırılması və sökülməsi ilə bağlı Mədəniyyət və Turizm Nazirliyindən rəsmi qaydada məktub təqdim olunsa da, bu gün də işlər davam etdirilməkdədir. Bütün bunlara əhəmiyyət verməyən tikinti sahibi, artıq üçüncü mərtəbəni tikdirir. Yəni, bu şəxs gecə işıqda, gündüz bütün saatlarda tikinti işlərini davam etdirir ki, qoy hər kəs bu tikilinin köhnə tikili olduğu qənaətinə gələ bilsin.  Söylənilənlərə görə, Kəmalə xanımın böyük oğlu geniş imkana sahib olduğundan, bu gün həyata keçirilən qanunsuz tikinti işlərinə Gədəbəy şəhər icra nümayəndəsi Şakir Məsimov göz yummaqda davam edir. Yayılan məlumatlara görə, Fəqan Rəhimov Bakı şəhərində böyük bir şirkətdə çalışır və bu şəxsin bir neçə MMC-i var. Tikinti işlərində çalışanların başqa bölgədən gətirildikləri də bildirilir. İnşaası həyata keçirilən bu tikinti gələcəkdə üçmərtəbəli hotel olacaq. Diqqət yetirək ki, Gədəbəyin “20 Yanvar” küçəsində kiçik bir ərzaq mağazasının sökülməsi haqqında, şəhər icra nümayəndəsi Şakir Məsimov qərar verir. Amma qanunsuz torpaq sahəsində üçmərtəbəli hotel tikilir, bu şəxs həyata keçirilən qanunsuz tikinti işlərinə göz yumur.

Qeyd edək ki, bu qanunsuz tikinti işi ilə bağlı Gədəbəydə tarix və mədəniyyət abidələrinin qorunmasına cavabdehlik daşıyan Xaliq Məmmədov, çalışdığı qurumun rəhbərliyinə yazılı məlumat versə də, hələ də heç bir nəticə yoxdur. Yəni, hal-hazırda rayonda tarixi abidənin qarşısında və onun yerləşdiyi ərazidə şıdırğı tikinti işləri davam etdirilməkdədir. Bu tikinti ilə bağlı Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən heç bir rəy verilmədiyi də söylənilir. Tikinti işlərini “İNCİ İPƏK” MMC-nin həyata keçirdiyi vurğulanır və bu MMC tərəfindən 2020-ci və 2021-ci illərdə saxta yolla tikinti və abadlıq işlərini “həyata keçirməsi” və bunun qarşılığında külli miqdarda büdcə pullarının mənimsənilməsi halları baş verir. İddialara görə, sabiq icra başçısı İbrahim Mustafayev və şəhər icra nümayəndəsi Şakir Məsimov, son iki-üç il ərzində saxta yollarla bu MMC-yə külli miqdarda pullar köçürülər və az sonra həmin pulları mənimsəyirlər. Ona görə də, bu gün tikinti işlərinin dayandırılması haqda “İNCİ İPƏK” MMC-yə bir söz deyən tapılmır. Bu MMC-nin çirkin işlərlə məşğul olması ilə bağlı Gədəbəy rayon prokurorluğuna şikayət olunsa da, tərəflər arasında baş tutan “sevdalı görüş”, bu yöndə yazılmış şikayətin ötrt-basdır olunması ilə nəticələnir. 

 “İNCİ İPƏK” MMC sabiq icra başçısına bağlı olan və hazırda Bakı şəhərində yaşayan  Natiq adlı şəxsə məxsus olduğundan, İbrahim Mustafayev bu MMC-nin Gədəbəydə fəaliyyət göstərməsinə “yaşıl işıq” yandırır. Unutmaq olmaz ki, “İNCİ İPƏK” MMC-nin sahibi Gədəbəydə vəzifə sahibi olan hər bir vəzifə sahibinin fırıldaq və saxta əməlləri haqda lazımınca məlumatlı olduğundan, bu gün hansısa məmur tikinti işlərinin dayandırılması ilə bağlı həmin şəxsə bir söz deyə bilmir. Məsələn, rayonda su anbarına yaxın ərazidə, daha dəqiq desək şəhid Mübariz Abbasovun adını daşıyan küçədə yerləşən AXUND FƏRRUX QASIMOV məscidi, Rusiyada çalışan gədəbəylilərin göndərdikləri vəsaitlər hesabına tikilməsinə və ətrafına hasar çəkilməsinə baxmayaraq, rayonda vəzifə sahibi olanlar həyata keçirilən tikinti işlərini “İNCİ İPƏK” MMC inşa edib deyə, rəsmi sənədlərdə belə bir sənədləşmə işlərini rəsmləşdirirlər. Söylənilənlərə görə, Gədəbəydə baş verən biabırçılıqlardan biri də, Firdovsi həkimin 350 min manat haqq-hesabın müqabilində MRX-da direktor vəzifəsinə sahiblənməsi olur.

Utancverici hallardan biri də, Əlviz həkimin 20 il RF-da ayaqqabı satmaqla məşğul olan əmisinin, bir müddət bundan öncə təcili tibbi yardım şöbəsində həkim vəzifəsinə təyin olunması olur. Yazıda adı çəkilən hər kəsi dinləyə bilərik. Hörmətli oxucular! Bu yöndə çox ciddi araşdırmalarımız olacaq, odur ki, bizi izləməyi unutmayın.

Mövzu diqqətimizdədir.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gədəbəydən rəsmi sənədlərlə mövqe bildirildi- FOTOLAR

    Gədəbəydən rəsmi sənədlərlə mövqe bildirildi- ...

    27-04-2022, 13:19

  • 
  • Gədəbəyin mərkəzi küçələri döyüş meydançasını xatırladır-ŞOK FAKTLAR

    Gədəbəyin mərkəzi küçələri döyüş meydançasını ...

    25-09-2019, 15:50

  • 
  • Gədəbəydə “ekoloji terror” davam edir- FOTO/FAKTLAR

    Gədəbəydə “ekoloji terror” davam edir- ...

    5-01-2022, 15:34

  • 
  • İcra başçısının sirli «Uğan» MMC şirkəti və mənimsənilən yüz minlər - KORRUPSİYA

    İcra başçısının sirli «Uğan» MMC şirkəti və ...

    24-01-2014, 15:33

  • 
  • Əbülfəs Qarayev deputatın tikintisini dayandırdı – Araşdırma başladıldı

    Əbülfəs Qarayev deputatın tikintisini dayandırdı ...

    7-06-2018, 15:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu