GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ramiz Mehdiyevin Göyçaydakı villasını satışa çıxardığı deyilir - “Biz o ərazinin yaxınına gedə bilmərik”

Ramiz Mehdiyevin Göyçaydakı villasını satışa çıxardığı deyilir - “Biz o ərazinin yaxınına gedə bilmərik”

Tarix: 30-04-2022, 10:41 Bölmə :GündəmXəbər / Manşet Baxış: 373


Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev sahibi olduğu deyilən villalardan birini satışa çıxarıb.


 GumdemXeber.Az xəbər verir ki, bu barədə Meydan TV-yə Göyçaydakı mənbələrdən xəbər daxil olub.
Ramiz Mehdiyevin satmaq istədiyi mülk Göyçay rayonunun Hüngütlü kəndində yerləşir. Ərazı peykdən bu cür görünür.
Mənbənin dediyinə görə, əslində villa iki il öncə satışa çıxarılmışdı. Həmin vaxt ona 2 milyon 300 min manat qiymət qoyulmuşdu. Amma o zaman heç kim o pulu vermək istəməmişdi. İndi isə həmin villa 1 milyon 800 min manata təklif edilir.
Meydanın müxbiri Hüngütlü kəndində də olub, villanın vəziyyəti ilə maraqlanıb. Təxminən 10 hektar ərazidə yerləşən villanın 4 iri qapısı var. Bütün qapılar bağlıdır. Villanın yerləşdiyi ərazinin divarları bir neçə metr hündürlükdə mişar daşıyla tikilib. Sirli, mübhəm bir qalanı xatırladır. Əvvəllər divar başdan –başa üzlənibmiş.
“Bir neçə aydır ki, divarın bəzi yerlərində üzlüklər qopub düşür. Ya da oğurlanır. Burada əvvəllər müşahidə kameraları olub və işləyirdi. Amma indi o kameralar fəaliyyətsizdir. Gözətçi? O boyda villanın gözətçisinə ayda 130-150 manat pul verirdilər. Kimdi onu indi qarovul çəkən?“, – bunu Meydan TV əməkdaşına adını açıqlamaq istəməyən kənd sakini deyir.
Onun dediyinə görə, villanın yerləşdiyi əraziyə elektrik verilişi də dayandırılıb:
“Bu transformatoru görürsüz? Eləcə, adı və özü var. İşləmir. Qapılarını isə deyilənə görə kürəkəni bağlayıb gedib”.
Bir az əvvəl xəbər yayılıb ki, Hüngütlüdəki bu villanı və torpaq sahəsini də satmaq üçün Mehdiyevin kürəkəni İlham Əliyev Göyçaya gəlib. Onu 1 milyon 800 min manat təklifinə reaksiya verən olmayıb. Villa satılmayıb.
Hüngütlü özünün təbii gözəlliyi ilə seçilən kənd deyil. Adi Aran kəndidir və düzən ərazidə yerləşir. Buranın camaatı əsasən meyvə və tərəvəzçilik, əkinçilik, qismən də heyvandarlıqla məşğuldur.
Problem yaranacağından qorxub adının çəkilməsini istəməyən kənd sakini deyir ki, 2014-cü ildə villa burada tikiləndə çoxu heyrətlənmişdi. Axı niyə Hüngütlüdə? Sonradan məlum olmuşdu ki, villa o vaxtkı nəqliyyat naziri Ziya Məmmədovun PA rəhbərinə hədiyyəsidir.
Sakinin dediyinə görə, Mehdiyev indiyədək burada olmayıb. Amma pandemiya vaxtı Azərbaycan mətbuatı guya Mehdiyevin təcrid olunaraq bu villaya qapılması barədə xəbərlər yaymışdılar.
Digər kənd sakinləri bu faktı nə təkzib, nə də təsdiq etdilər.
Onlardan heç biri villanın , daha doğrusu, hasarlanmış ərazidə nələrin olduğunu bilmir. Amma ərazidə qayığa bağlı tikilinin olduğu deyilir. Bunu peykdən çəkilmiş şəkildən də görmək mümkündür. Bir də ərazidə yüzlərlə dekorativ və meyvə ağaclarının olduğu məlumdur.
Ev alqı-satqısı haqda məlumatlı mənbənin sözlərinə görə, rayonun Yeniarx kəndində Mehdiyevin kürəkəninə məxsus hektarla nar bağ olub. Həmin bac isə azərbaycanlı milyonçu, “Aznar”ın sahibi Fərhad Əhmədova satılıb. Elə adıgedən villa da Əhmədova təklif edilib. Amma onun Göyçayın Yekəxana kəndində, eyni adlı gölün yaxınlığında villası olduğundan bu təkliflə razılaşmayıb.
Göyçay rayon Potu bələdiyyəsinin sədri (Hüngütlü kəndi bu bələdiyyənin tabeliyindədir) Zamiq İbrahimov Meydan TV-yə açıqlamasında bildirib ki, həmin villanın yerləşdiyi ərazi əvvəllər Hüngütlü kənd sakinlərinin pay torpaqları olub. Sonradan isə həmin torpaqları sabiq nəqliyyat nazirinin adamlarına satıblar:
“Düzdür, orada heç kim yaşamır. Amma mən deyə bilmərəm o villa və ya bağ satılır, ya yox. Belə söhbət gəzir. Həm də biz o ərazinin yaxınına gedə bilmirik e”.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyev villasını satışa çıxardı – 2.5 milyona...

    Ramiz Mehdiyev villasını satışa çıxardı – 2.5 ...

    31-08-2020, 11:36

  • 
  • Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı: - “Hamısı qaraniyyətli adamlardır”

    Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə ...

    11-08-2020, 15:53

  • 
  • Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı - "“Fotoları Ramiz Mehdiyevin qızı paylaşıb"

    Ramiz Mehdiyevin daha bir villası üzə çıxdı - ...

    25-09-2020, 12:48

  • 
  • Bakıda satışa çıxarılan bahalı villalar: 12 milyon manat...

    Bakıda satışa çıxarılan bahalı villalar: 12 ...

    19-08-2015, 15:15

  • 
  • Ramzi Mehdiyev prezident seçildikdən sonra AMEA-da pullar hara xərclənib? – TAM SİYAHI

    Ramzi Mehdiyev prezident seçildikdən sonra ...

    3-09-2020, 10:15


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu