GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ermənistana indi təklif olunanlar az sonra masadan yığışdırıla bilər... - Başqa yolu YOXDUR!

Ermənistana indi təklif olunanlar az sonra masadan yığışdırıla bilər... - Başqa yolu YOXDUR!

Tarix: 17-05-2022, 09:24 Bölmə :GündəmXəbər / Manşet Baxış: 236

Artıq şəkk-şübhə qalmadı ki, rəsmi İrəvan Azərbaycanla ədalətli sülh müqaviləsindən daha çox, bu mövzuda manipulyasiyada maraqlıdır. Ermənistanın açıqladığı “6 bəndlik” sülh təklifindən bir daha aydın olur ki, qarşı tərəf, sadəcə, vaxt uzatmaqla məşğuldur. Yenə status şərti (3-cü bənd), Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi və s.

2-ci bənd üzərində bir qədər ətraflı dayanaq. Orada deyilir ki, guya Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur və İrəvan ərazi bütövlüyümüzü hələ 1992-ci ildə, MDB-yə üzv olan zaman tanıyıb. Nonsens? Əlbəttə ki. Çünki Ermənistanın qüvvədə olan hazırkı konstitusiyasında həm Azərbaycana, həm də qardaş Türkiyəyə torpaq iddiası əksini tapıb. Üstəgəl, keçmiş DQMV-nin Ermənistana birləşməsi haqda bədnam “sənəd” yer alır. Yəni, indinin özündə Ermənistan konstitusiyası keçmiş Dağlıq Qarabağı Ermənistanın bir parçası sayır!
Belə ki, həmin konstitusiyanın preambula hissəsində deyilir: “Erməni xalqı öz dövlətçiliyinin fundamental prinsiplərinə, Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş milli məqsədlərə əsaslanaraq, Ermənistan Respublikasının Konstitusiyasını qəbul edir”. Diqqət: Müstəqillik Bəyannaməsində isə “Ermənistan SSR və Dağlıq Qarabağın ali sovetlərinin 1 dekabr 1989-cu il tarixli ”Ermənistan SSR-nin və Dağlıq Qarabağın birləşdirilməsi haqqında" birgə qərarı yer alır. Bundan əlavə, 1992-ci il iyulun 8-də Ermənistan Ali Soveti hələ də qüvvəsini saxlayan bir qərar qəbul edib: “Dağlıq Qarabağ Respublikasının Azərbaycanın tərkib hissəsi kimi göstərildiyi istənilən beynəlxalq və ya daxili sənəd Ermənistan üçün qəbuledilməz sayılacaq”. Yəni yenə ərazi iddiası!
Məntiqlə rəsmi İrəvanın ölkəmizə qarşı ərazi iddiası yoxdursa, onda il yarımdır “siçan-pişik” oyunu oynamaq əvəzinə, öz konstitusiyasını, qanunlarını qaydaya salmalı, onu təcili şəkildə beynəlxalq hüquqa uyğunlaşdırmalıdır. Necə? Bu artıq bizim problem deyil. Ya da Azərbaycanla sülh müqaviləsində ayrıca bənd kimi bu haqda konkret zaman göstərilməklə öhdəlik götürməlidir.
Başqa yandan, məlumdur ki, dövlətlər bir-birinin ərazi bütövlüyünü və suverenliyini çoxtərəfli sənədlərdən əvvəl ikitərəfli müqavilələrlə təsdiqləyir, ardınca nota və səfirlik mübadilələri edir. Ermənistan buna hazırdırmı? Əgər onun Azərbaycana qarşı gerçəkdən torpaq iddiası yoxsa, o zaman niyə bunu ikitərəfli müqavilə ilə təsdiqləmək istəmir? Cürbəcür hoqqalara gedir, bəndlər uydurur.
Bu xüsusda İrəvanın 6-cı bənd tam bir absurddur. Orda deyilir: “Müvafiq danışıqların təşkili üçün Ermənistan tərəfi ATƏT-in Minsk Qrupu həmsədrlərinə müraciət edib”.
Bu müraciətin nə anlamı? Axı Minsk Qrupu (MQ) artıq mövcud deyil, ölüb. Bunu əcnəbi analitiklər də təsdiqləyir. O da məlumdur ki, MQ həmsədrləri indi başqa missiya daşıyır...
“Hazırda Azərbaycan-Ermənistan münaqişəsi tam fərqli diplomatik formata malikdir”.
Bu sözləri “Amerikanın səsi”nə ABŞ-dakı Kornegi Fondunun analitiki, “Qara və Bağ” kitabının müəllifi Tomas de Vaal deyib.
Analitik bildirib ki, Minsk Qrupu formatı artıq ölüb, amma onun sənədləşmə mirasını saxlamaq yaxşı olardı. Onun fikrincə, bu gün Rusiya və Avropa Birliyinin himayəsində olan formatlar paralel işləyir və Brüssel Moskva prosesini əvəz etməyə çalışmır. “AB-nin təklifləri bir qədər fərqlidir. O, yeni oyunçudur, düşünürəm ki, Azərbaycana xüsusilə müsbət münasibət bəsləyir. O, keçmişlə bağlı deyil, dürüst vasitəçidir, bölgədə Rusiya, İran və ya Türkiyə kimi böyük gündəmi yoxdur”, - de Vaal bildirib.
Politoloq hesab edir ki, hazırda tərəflər böyük sülhə yox, yol xəritəsinə hazırdırlar. “O ki qaldı ABŞ-a, Vaşinqton Qərbin daha neytral sülh prosesi ilə həmrəydir və hesab edir ki, bu proses 2020-ci ilin 10 noyabr bəyanatına zidd deyil”, - deyə o vurğulayıb.
Beləliklə, rəsmi Bakının və Brüsselin cəhdlərinə rəğmən, İrəvanın günahı üzündən Azərbaycan və Ermənistan arasında ədalətli sülh müqaviləsinin qayəsində duracaq əsas prinsipləri razılaşdırmaq hələ də mümkün olmayıb. Məntiqlə ortaq prinsiplər yoxsa, o zaman sülh danışıqları nəyin əsasında və ətrafında aparılacaq?
Əlbəttə ki, heç bir sülh prosesindən söhbət gedə bilməz. Sülh prosesi yoxdursa və ya onun imitasiyası varsa, qonşu ölkələr sərhədlərlə bağlı razılığa gəlməyibsə, demək, yeni müharibə ehtimalı gündəmdən çıxmış sayıla bilməz.
Əfsus ki, Ermənistanın iqtidarlı-müxalifətli siyasi elitasında hələ də Qarabağ qatarının, “miatsum” və “status” vaqonlarının getdiyini qəbul eləmək istəmirlər. Daimi sülhün qarantı olacaq sülh müqaviləsi isə indi hamıdan çox “izqoy” Ermənistana lazımdır. Hər halda, Azərbaycan da, Türkiyə də onsuz keçinə bilər. Biz qalib tərəfik.
Ən önəmlisi, İrəvana indi təklif elədiklərimiz az sonra masadan yığışdırıla bilər. Ermənistan üçün bunun hansı mümkün nəticələri olacaq, gərək ki, qaranlıq qalmasın. Çünki Azərbaycan Konstitusiyasının da preambula hissəsi var. Orada deyilir ki, Azərbaycan Respublikası Azərbaycan SSR-nin deyil, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) siyasi-hüquqi varisidir. Azərbaycan SSR-nin ərazisi 86.6, AXC-nin ərazisi isə (SSRİ-yə zorla daxil ediləndə) 114 min kv km olub!
Ermənilər bu fərqi unutmasınlar. Lap 6 bənd yox, 66 bənd də uydursalar, bu gerçəklik dəyişməz qalacaq!../“Yeni Müsavat”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanın Azərbaycana qarşı axırıncı “silahı” - revanşistlər hərəkətə keçdi

    Ermənistanın Azərbaycana qarşı axırıncı “silahı” ...

    20-04-2022, 13:48

  • 
  • İrəvan Naxçıvanı “Ermənistanın ayrılmaz hissəsi” elan etdi

    İrəvan Naxçıvanı “Ermənistanın ayrılmaz hissəsi” ...

    23-07-2013, 14:28

  • 
  • Ayrumyan Bakının İrəvan qarşısındakı SON TƏLƏBİNİ AÇDI: Ermənistanın məhvi üçün DARALAN ZAMAN

    Ayrumyan Bakının İrəvan qarşısındakı SON TƏLƏBİNİ ...

    17-05-2017, 21:45

  • 
  • "Demokratiya sammiti"nə" çağırılan Paşinyanın səsi niyə çıxmır? - Ermənistan Ukrayna "bataqlığı"nda"

    "Demokratiya sammiti"nə" çağırılan ...

    28-02-2022, 14:07

  • 
  • Ərdoğan: “Sülh yalnız Ermənistanın Qarabağı tərk etməsindən sonra ola bilər”

    Ərdoğan: “Sülh yalnız Ermənistanın Qarabağı tərk ...

    28-09-2020, 16:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu