GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » "Demokratiya sammiti"nə" çağırılan Paşinyanın səsi niyə çıxmır? - Ermənistan Ukrayna "bataqlığı"nda"

"Demokratiya sammiti"nə" çağırılan Paşinyanın səsi niyə çıxmır? - Ermənistan Ukrayna "bataqlığı"nda"

Tarix: 28-02-2022, 14:07 Bölmə :Siyasət Baxış: 290


Ukrayna xalqı neçə gündür sözsüz ki, təkcə öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparmır, faktiki həm də bütün postsovet, hətta Avropa xalqlarının özgürlüyü üçün mücadilə verir. Bu səbəbə nəinki qitə ölkələri, azadlıqsevər xalqlar və dövlətlərin hamısı onun yarındadır. Kimi aktiv şəkildə, kimi də mövcud geosiyasi konyunkturanı nəzərə alaraq, bacardığı qədər.

Amma özünə, öz millətinə hörmət edən heç bir dövlət dünyanı cəngəllik qanunları ilə təzədən bölüşdürmək istəyən Rusiyanı müdafiə eləmir. İşğalçının önündə ola bilməyənlər ən azından, yanında da deyillər. Azərbaycan da o sıradadır.

Dünən Bakıda Ukrayna səfirliyi önündə keçirilən möhtəşəm həmrəylik aksiyası, Ukraynaya davam edən humanitar dəstəyimiz, o sırada SOCAR-ın məlum qərarı buna şəkk-şübhə saxlamadı. Öz növbəsində Azərbaycan rəhbərliyi müharibənin tezliklə bitməsi üçün diplomatik-siyasi səylərini davam etdirir.

Bütün bunların nəticəsidir ki, Prezident Volodimir Zelenski Azərbaycana, həmkarı İlham Əliyevə öz minnətdarlığını bildirib. Həmçinin Rusiya ilə sülh danışıqların mümkün məkanı kimi 5 şəhərdən biri olaraq Bakının adını çəkib. Əlbəttə, bu, hər şeydən öncə Azərbaycanın etibar edilən, ciddi dövlət olduğunun göstəricisidir.

Azərbaycan xalqının Ukraynaya bəlli münasibəti əlbəttə ki, yalnızca 44 günlük müharibədə bu ölkə və xalqının yanımızda olması ilə bağlı deyil. Öncəliklə bizim ukraynalılar kimi genetik olaraq azadlıqsevərliyimizlə, şərin deyil, daim xeyrin yanında durmağımızla ilgilidir. Hansını ki, Ermənistan və ermənilər haqda söyləmək mümkünsüzdü.

Bu saxta dövlət və onun toplumu yenə ənənəvi ampluasındadı. Diqqət edin, Ermənistanda, oradakı səfirlik önündə Ukraynaya dəstək xarakterli heç bir aksiya keçirilməyib. Erməni mediası, erməni ekspert camiyəsi də ağzına su alıb. Halbuki təkrar edirik: ukraynalılar indi həm də Ermənistan üçün mücadilə verir.

Rəsmi İrəvan isə yenə işğalçı Rusiyanın yanındadı. Çünki qəsbkarlıq, zorakılıq, separatçılıq ona daha doğma anlayışlardır. Donbasdakı iki qondarma qurumun tanınmasının Ermənistanda, erməni toplumunda yaratdığı məmnunluq buna şəkk-şübhə saxlamadı. Bizim yenə ən azından ürəyimiz Ukrayna xalqının yanındadır. Bəs ermənilər haqda bunu demək mümkünmü? Əsla...

İndi guya onlar Ukraynadan 2-ci Qarabağ savaşındakı mövqeyinə görə qisas alır. Amma Ukrayna güc yolu ilə öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanı dəstəkləməklə hansı yanlışı edib ki? Ermənistanın ərazi bütövlüyünə qəsd olsaydı, inanın, Kiyev, ukraynalılar eyni prinsipiallıqla onun yanında olacaqdılar...

Lakin Ermənistan ötən həftə AŞ PA-da Ukrayna ilə bağlı, Rusiyanı qınayan sənədin əleyhinə səs verdi. Eləcə də indiyədək digər beynəlxalq təşkilatlarda İəvan bu qəbildən bütün sənədlərə qarşı çıxıb, Rusiyanın yanında yer alıb, almağa davam edir.

Aydındır, o, satellit ölkədir, Kremldən tam asılıdır. Amma yəqin ki, Rusiya və Ermənistan arasındakı müttəfiqlik sazişində belə bir bənd də var ki, bu sənəd üçüncü ölkəyə qarşı yönəlməyib. O zaman beynəlxalq hüququn yanında durmaq məntiqlə İrəvan üçün prioritet dəyərdə olmalı idi. Yəni istəsəydi, ədalətli mövqe tutardı. Bu isə gözə dəymir. Ona görə ki, Rusiya kimi Ermənistanın özü də dünənə kimi işğalçı dövlət olub və hələ də köhnə siyasətindən əl çəkməyib. Ukraynaya məlum münasibətin kökündə ən əvvəl bu imperativ durur.

Ancaq Ermənistanda unudurlar ki, beynəlxalq hüquqa, ərazi bütövlüyü prinsipinə tüpürməklə o həm də özünün ərazi bütövlüyünə tüpürür, Ermənistanın simvolik də olsa, suverenliyi və sərhəd toxunulmazlığını şübhə altını alır.

Bu xüsusda özlərini guya qərbçi", "demokrat", "mədəni" toplum sayan ermənilərin, onların saxta dövlətlərinin növbəti fiaskosu, sinizmi, ikiüzlülüyü ortadadı: Baydenin "demokratiya sammiti"nə çağırdığı Ermənistan faktiki anti-Qərb, anti-ABŞ mövqeyində dayanıb. Paşinyanın səsi çıxmır.

Sammitə çağırılmayan Azərbaycan, qardaş Türkiyə isə beynəlxalq birliyin, haqq-ədalətin yanındadır. Çünki biz qonşulardan fərqli olaraq, "izqoy" dövlət, "izqoy" və kölə xalq deyilik.../musavat.com/




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı KXCP Ali Məclisinin Bəyanatı

    Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı KXCP Ali ...

    23-02-2022, 18:28

  • 
  • Obama Rusiyanı Ukrayna ilə bağlı öhdəliklərini pozmaqda ittiham edib

    Obama Rusiyanı Ukrayna ilə bağlı öhdəliklərini ...

    3-03-2014, 16:23

  • 
  • Berlində Azərbaycan səfirliyi önündə prezident seçkilərinə qarşı etiraz aksiyası keçirilib]

    Berlində Azərbaycan səfirliyi önündə prezident ...

    12-04-2018, 11:59

  • 
  • Ukrayna hadisələri Azərbaycana necə təsir edəcək?

    Ukrayna hadisələri Azərbaycana necə təsir edəcək? ...

    15-05-2014, 11:12

  • 
  • Ukrayna prezidenti: "SOCAR ölkəmizin enerji infrastrukturuna böyük töhfələr verib"

    Ukrayna prezidenti: "SOCAR ölkəmizin enerji ...

    31-01-2020, 16:51


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu