GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » TƏBİB və Səhiyyə Nazirliyi BİRLƏŞİR? - AÇIQLAMA

TƏBİB və Səhiyyə Nazirliyi BİRLƏŞİR? - AÇIQLAMA

Tarix: 17-05-2022, 11:46 Bölmə :GündəmXəbər / Manşet Baxış: 356

Azərbaycanda fəaliyyət göstərən 3 səhiyyə qurumunun idarəetməsi ilə bağlı narazılıqlar səngimir. Xüsusilə Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) arasında bitməyən idaraetmə bölgüsü ictimaiyyəti hərəkətə gətirib.

4 il əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində publik hüquqi şəxs-“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” yaradıldı. Zaman-zaman Səhiyyə Nazirliyinin səlahiyyətləri TƏBİB-ə verildi. Səhiyyə Nazirliyi isə formal qurum kimi fəaliyyətini davam etdirdi.
Hətta pandeçiya dövründə də TƏBİB aktiv fəaliyyəti və idarəetməsi ilə diqqətdən yayınmadı. Ciddi problemlərə gələndə isə hər iki qurum yaxasını kənara çəkdi. Daha doğrusu məsələyə cavabdehliklərindən boyun qaçıraraq, özlərinin də çaş-baş qaldıqları maraqlı siyasət yürütdülər.
İndi də bu tendensiya davam edir və nəticə etibarilə əhalinin sağlamlığının qorunması istiqamətində ciddi boşluqlar hökm sürür.
Növbəti yerdəyişmə olub və bu dəfə TƏBİB-in bəzi səlahiyyətləri Səhiyyə Nazirliyinə verilib. Artıq illərdir ki, vətəndaşlar 3 qurumun - Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin əlində giriftar qalıb.
Üz tutduqları problemlərə görə həm çaş-baş içindədirlər, həm də elə bu qurumlar tərəfindən get-gələ salınırlar. Bu səbəbdən TƏBİB və ya Səhiyyə Nazirliyinin ləğv edilməsi, yaxud bu qurumların birləşdirilməsi təklif olunur. Gundemxeber.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev ya Səhiyyə, ya da TƏBİB-in ləğv olunması təklifi ilə çıxış edib:
"Azərbaycanda İcbari Tibbi Sığorta Agentliyinin fəaliyyətinə ehtiyac var. Çünki bu qurum icbari tibbi sığorta ilə məşğuldur və bütün dünyada da bu sistem mövcuddur. Onlar bu sahəni idarə edir və etməlidir. Amma TƏBİB-lə Səhiyyə Nazirliyinin fəaliyyətinin bu şəkildə olması özünü doğrultmadı. Həmişə bu məsələ ilə bağlı qətiyyətli fikrim o olub ki, Azərbaycanda iki səhiyyə qurumuna ehtiyac yoxdur. Hər iki sahə səhiyyə sistmini bərbad duruma salıb. Üstəlik bilmirsən hansı məsələ ilə bağlı kimə müraciət edəsən. Bəzi səlahiyyətlər Səhiyyə Nazirliyində, bəziləri isə TƏBİB-dədir. Sanki aralarında gizli rəqabət gedir. İki qurumun bu vəziyyətdə olmasının ziyanını çəkən isə vətəndaşlardır. Mən həm deputat, həm də partiya sədriyəm. Özüm ayırd edə bilmirəm. Yoruldum, öyrənə bilmədim. Bu şəkildə idarəçilik yaxşı deyil və məqbul bir yol tapılmalıdır. Ya TƏBİB, ya da Səhiyyə Nairliyi olmalıdır. İki qurumun ikisinin də fəaliyyət göstərməsinin məntiqi izahı yoxdur”.
Deputat qeyd edib ki, dövlət birdirsə, tibb də bir əldə olmalıdır:
“Bu gün hər dövlət qurumunun özünün tibb müəssisəsi və səhiyyə baş idarəsi var. Bu tibb müəssisələri hər bir avadanlıq və imkanlarla təchiz olunub. Bu nə deməkdir? Dövlət idarəsinin yaxşı pulu var və öz müəssisəsini tibbi sistemlə təchiz edəcək, qalanı ölməlidir? Dövlətin içərisində bir səhiyyə qurumu olmalı və vətəndaşlarına bərabər xidmət göstərməlidir. Bu gün vətəndaşı bir xəstəxanadan digərinə futbol topu kimi atırlar. Əsas da gətirirlər ki, filan xəstəxanada aparat yoxdur, digərində var. Əslində dövlət xəstəxanaları özəl xəstəxanalardan daha yüksək şəraitə malik olmalıdır. Xarici ölkələrdə dövlət xəstəxanaları özəl tibb müəssisələrindən daha şəraitli və təchizatlıdır. Bizdə isə əksidir və qəbuledilməzdir. Ya Səhiyyə Nazirliyi, ya da TƏBİB ləğv olunmalıdır. İkisindən biri qalmalıdır”, - deyə Razi Nurullayev əlavə edib.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ

    TƏBİB-də yoxlamalar aparılır - RƏSMİ ...

    29-07-2021, 16:30

  • 
  • Səhiyyə Nazirliyi koronavirusla bağlı vətəndaşlara müraciət edib

    Səhiyyə Nazirliyi koronavirusla bağlı ...

    30-01-2020, 16:32

  • 
  • TƏBİB-lə Nazirlik arasında nə baş verir? –Rauf Nağıyev işdən çıxarılıb, amma...

    TƏBİB-lə Nazirlik arasında nə baş verir? –Rauf ...

    24-06-2020, 12:48

  • 
  • İlham Əliyev yeni mərkəz yaratdı - FƏRMAN

    İlham Əliyev yeni mərkəz yaratdı - FƏRMAN ...

    23-12-2019, 19:11

  • 
  • Səhiyyı Nazirliyi Təcili Tibbi Yardımı TƏBİB-dən geri aldıqdan sonra İŞÇİ TOPLAMAĞA BAŞLADI

    Səhiyyı Nazirliyi Təcili Tibbi Yardımı TƏBİB-dən ...

    29-06-2020, 18:24


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu