"Tez-tez İçərişəhərdə, Şirvanşahlar sarayınının düz yanında yerləşən Seyid Yəhya Bakuvi türbəsini ziyarət edirdim. Sarayı gəzmək ödənişli olsa da, türbəni ziyarət ödənişsiz idi. Hər dəfəsində çox saylı ziyarətçi görürdüm. Hətta xaricdən, xüsusən də cənubi Azərbaycandan və Türkiyədən təriqət mənsubları görürdüm. Təbii ki, Azərbaycan təsəvvüründən də danışırdım." Bu sözləri "Ekspress" jurnalının baş redaktoru Sərxan Carçı GundemXeber.Az-ın redaksiyasına danışıb. O, əlavə olaraq onu da bildirib ki, "Bu gün Seyid Yəhya Bakuvi türbəsinə gedəndə məni və digər ziyarətçiləri buraxmadılar. İşçilər təəssüf hissi ilə bildirdilər ki, ziyarət ödənişli olub. Bəlli oldu ki, bir müddət əvvəl Içərişəhər dövlət qoruğuna yeni rəhbər təyin olunub. Və təyinatdan sonra gördüyü iş o olub ki, ziyarəti ödənişli edib. Təyin olunan rəhbər isə deputat mandatına xitam vermiş Şahın Seyidzadə adlı şəxsdir.
Soyadı Seyidzadə olan bir şəxsin övliya seyidin pirini ödənişli etməsi çox yaraşıqsız görünür."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?