Azərbaycanda İpək yoluna (Bakı-Gürcüstan sərhədi) paralel yeni avtomobil yolu çəkiləcək və bu yol ödənişli olacaq, bu məsələ Azərbaycan Nəqliyyat Nazirliyinin ödənişli yollara dair həyata keçirməyi nəzərdə tutduğu layihələr arasında yer alıb. Məsələ ilə bağlı APA-Economics-ə açıqlama verən Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib ki, qurum ilk olaraq hələlik bu variantı nəzərdən keçirir.
“Ödənişli yollar dünyanın hər yerində var. Bizdə də belə yollar var, lakin hələ ki, onlardan istifadəyə görə ödəniş tətbiq edilməyib”, - deyə Nazirlik nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ilkin mərhələdə şəhərin tarixi yerlərində yolların ödənişli edilməsi düşünülürdü:
“Bu həm avtomobil yolları üçün xüsusi bir büdcənin əmələ gəlməsinə, həm də sərnişinlərin gediş-gəlişinin asanlaşmasına yardım edəcək”.
Qeyd edək ki, Nəqliyyat Nazirliyi hansı yolların pullu olması və buna nə qədər ödəniş edilməsi istiqamətində araşdırmalar aparır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?