GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təhsil nazirinin çıxışına ETİRAZ - “Nə pulumuzdan, nə övladımızdan bezmişik”

Təhsil nazirinin çıxışına ETİRAZ - “Nə pulumuzdan, nə övladımızdan bezmişik”

Tarix: 1-06-2022, 17:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 580


Təhsil naziri Emin Əmrullayev “Təhsil biznesi problem və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən repetitorluq kurslarından danışıb.

O bildirib ki, Azərbaycanda repetitorluq kurslarının özəl sektordakı payı oturuşmuş ümumtəhsil məktəblərinin sayından qat-qat çoxdur. Onun sözlərinə görə, buna səbəb özəl kursların daha qısa və konkret olmasıdır:
“Valideynin gözləntisi ondan ibarətdir ki, repetitor daha qısa müddət ərzində uşağın balını qaldırır. Ona görə ödəmə həvəsi daha yuxarıdır. Amma biz fundamental təhsilə qayıtsaq və tədqiqatlara baxsaq, görərik ki, valideynlər nə qədər pul xərcləyirsə, xərcləsin, aşağı siniflərdə aşağı nəticə göstərən şagirdlərin, yuxarı siniflərdə yaxşı nəticə əldə etməsi çox az hallarda, yeni daha çox istisna hallarda mümkündür. Təhsil uzunmüddətli, davamlı, arası kəsilməz prosesdir. Yəni 9 il heç nə etməyib, 10-11-ci siniflərdə kiməsə pul verib daha çox bal yığmaq mümkün deyil. Bu, məncə bizim cəmiyyətimizdə olan bir mifdir”.
Bu, bir faktdır ki, illər öncə yalnız ali məktəbə hazırlaşdığı dövrdə 11-ci sinifdə təhsil alan cəmi bir neçə şagird repetitor yanına gedirdisə, hazırda bu kütləvi hal alıb. Eləcə də hazırda nəinki 11-ci, ibtidai sinifdən başlayaraq şagirdlər hazırlıq üçün repetitor yanına getməli olurlar. Səbəbini isə məktəbdə dərslə bağlı lazımi səviyyədə məlumat əldə edə bilməmələri ilə əlaqələndirirlər. Ancaq bu gün bir reallıqdır ki, məhz repetitor vasitəsilə hazılaşan şagirdlərin əksəriyyəti ali məktəbə daxil olur.
Repetitor yanına getmədən qəbul imtahanında uğur qazanan abituriyentlər isə barmaqla sayılacaq saydadır. Bu isə əsasən valideynin maddi vəziyyətinin şox aşağı olması ilə əlaqələndirilir.
Bu gün ölkə təhsilini “kölgə təhsili” hesab edən ekspertlər nazirin fikirləri ilə razılaşırmı? Gundemxeber.az-ın məlumatına görə, təhsil məsələləri üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bildirdi ki, heç kim nə övladının sağlamlığından, nə də pulundan bezib:
“İndi 1-ci sinifdən başlayaraq repetitorluq var və 11 il ərzində valideynlər övladlarını repetitor yanına qoyurlar. Bu, 4-cü və 9-cu sinifdə daha da genişlənir. Artıq 1990-cı illərdən, nazir Misir Mərdanovun vaxtından başlayaraq, Dövlət İmtahan Mərkəzi yarandıqdan sonra təhsil strukturları, xüsusilə ümumtəhsil məktəbləri, təhsil idarəetmə orqanları “kölgə təhsili”nin arxasında gizlənib. Repetitor kursları, valideynlərin ödənişi hesabına uşaqların əldə etdiyi bilik, bacarıq, uğurları məktəbin adına yazmışıq.
Cənab nazirin “Repetitorluq təhsilin keyfiyyətinə əsas deyil” deməsi əslində özünümüdafiədən başqa bir şey deyil. Bunu uşaq, valideyn, müəllim də bilir ki, əldə olunan bütün nəticələr repetitorluq kursunun hesabınadır. Bunun da səbəbləri Təhsil Nazirliyi ilə bağlı deyil. Bu, o demək deyil ki, ölkədə keyfiyyətli təhsil verən biləcək müəllimlərimiz yoxdur”.
Ekspertin fikrincə, sistem belədir ki, Dövlət İmtahan Mərkəzinin mərkəzləşdirilmiş imtahanı, ölkənin təhsil siyasətini həyata keçirən Təhsil Nazirliyi və bu ölkənin təhsil siyasətini dağıdan DİM -in öz proqramı var:
"Halbuki, qanunvericiliyə görə təhsil proqramlarını TN təsdiq edə bilər. Reallıq ondan ibarətdir ki, əgər mərkəzləşmiş imtahanda bir dəyişiklik olarsa, ən azı test hazırlanması DİM-dən alıb bitərəf bir təşkilata, Testologiya Mərkəzinə verilərsə və DİM texniki bir quruma çevrilərsə, o zaman “kölgə təhsili”nə böyük zərbə dəymiş olacaq. Nə valideyn ayda minimum 200 manatından, yaxud övladının səhhətindən bezib, halbuki ki, normativlərə görə 11-ci sinif şagirdinin dərsdən sonra 4 saatdan artıq dəsrlə məşğul olmasına icazə verilmir.
Ancaq dərsdən sonra 10 saat repetitor yanına gedir, tapşırıqları yerinə yetirir və bu, şagirdin səhhətinə təsir edir. Nazirin bu fikri ilə razı deyiləm. Hesab edirəm ki, ölkədə təhsil sahəsində yaranmış bu boşluğu aradan qaldırmaq üçün kompleks tədbirlər görülməlidir. Bu tədbirlərdən biri kimi DİM-in test, vəsait hazırlamaq, öz proqramı ilə imtahan keçirmək səlahiyyəti alınmalıdır, o, texniki quruma çevrilməlidir. Təhsil Nazirliyi isə öz vəzifəsini layiqincə yerinə yetirməlidir.
Bunun üçün də ilk növbədə kadrların peşəkarlıq səviyyəsi ilə bağlı sertifikasiyanı sürətləndirmək, ali məktəbdə pedoqoji sahədə kadr hazırlığına diqqət ayırmaq lazımdır”.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Siniflərdə şagird sıxlığı necə tənzimlənəcək?

    Siniflərdə şagird sıxlığı necə tənzimlənəcək? ...

    27-08-2020, 18:56

  • 
  • Azərbyacanda 11-ci və 12-ci siniflər təmayüllər üzrə olacaq

    Azərbyacanda 11-ci və 12-ci siniflər təmayüllər ...

    8-09-2014, 12:17

  • 
  • Bu gündən şagirdlərin yerdəyişməsinə başlanılır

    Bu gündən şagirdlərin yerdəyişməsinə başlanılır ...

    9-08-2021, 09:33

  • 
  • Emin Əmrullayev Təhsil Naziri təyin edildi

    Emin Əmrullayev Təhsil Naziri təyin edildi ...

    27-07-2020, 12:24

  • 
  • TQDK sədri qorxulu nəticə göstərən rayonları açıqladı

    TQDK sədri qorxulu nəticə göstərən rayonları ...

    18-07-2014, 12:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu