Məlum olduğu kimi 2017-ci ildə Tərtərdə Azərbaycan Ordusunun əsgər və zabitlərinə qarşı törədilmiş amansız cinayətdə ağır işgəncələr hadisəsi baş vermişdir. Törədilmiş cinayət hadisəsi ilə bağlı, bu gün dəhşətli işgəncələr görmüş hərbçilərimiz və işgəncələrlə qətlə yetirilmiş hərbçilərin valideyinləri, qohumları olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun qarşısında piket keçiriblər.
GundemXeber.Az-ın məlumatına görə İşgəncələrlə qətlə yetirən əsgər anası Validə xanım qeyd edib ki, "piketin tələbi hərbi prokuror Xanlar Vəliyevi istefaya çağırmaq idi. Ümüd edirik ki, ölkə başçısı cənab İlham Əliyev bizim səsimizə səs verəcək və Azərbaycan Ordusunu aşağılayan, onun şərəf və ləyaqətini alçaldan, günahsız yerə əsgər, zabitlərimizi alçaldan Xanlar Vəliyevin cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara göstərişini verəcək.
Aksiya dinc şəkildə keçirildi və polisin müdaxiləsi baş vermədi. Aksiyada iştirak edən, Tərtər qurbanlarının müdafiəsinə qalxan bütün bacı və qardaşlarıma dərin təşəkkürümü bildirirəm."
Sorğu
Yeni dizaynımız necədir?