Ermənistanda əsgər ailələri aksiya keçirib. Ermənistan KİV xəbər verir ki, aksiya hökumət binasının önündə keçirilib. Hərbi qulluqçuların ailələri övladlarının təhlükəsizliyi barədə şübhə etdiklərini vurğulayıblar. Müharibədə iştirak etmiş müddətli həqiqi hərbi xidmət keçən əsgərlərin vaxtından əvvəl demobilizasiya edilməsi əsas tələb kimi qoyulub. Əsgər valideynləri baş nazirdən təhlükəsizliklə bağlı təminat istəyiblər. Aksiya sonradan Nikol Paşinyana istefa şüarları ilə yadda qalıb. Polis aksiyanı dağıdıb. Həbslərlə bağlı məlumat yoxdur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?