Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pul almaq üçün tələbələrin imtahandan kütləvi şəkildə kəsilməsi iddia edilib.
Gundemxeber.az xəbər verir ki, ikinci kurs tələbələri oxu.az-a bildirib ki, universitetdə tələbələrə qarşı ədalətsizlik hökm sürür “İmtahandan qəsdən kəsirlər, daha sonra pul tələb edirlər. Tələbə təqaüdünə ehtiyacı olanlar var, amma buna əhəmiyyət verən yoxdur. İmtahan zamanı tələbənin birindən telefon, birindən isə “şparqalka” tutdular, amma müəyyən səbəbdən bir tələbəni bağışladılar, digərini yox”. Eyni zamanda, iddia edilib ki, pul almaq məqsədi ilə Teatr sənəti fakültəsinin Aktyorluq ixtisasında multikulturalizm fənnindən yüksək balla imtahana daxil olan 22 tələbəni də imtahandan qəsdən kəsiblər. Qeyd edilib ki, universitetdə yeməkxanaya kənardan yemək gətirilməsi qadağası da var. İddialarla bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən açıqlama almaq istəsək də, saytımıza bildirdilər ki, bu barədə heç bir açıqlama verilməyəcək. Xatırladaq ki, Bakı Dövlət Universitetinin də, müəlliminin tələbələrdən pul almaq üçün onları imtahandan kütləvi şəkildə kəsdiyi iddia edilib.
Sorğu
Yeni dizaynımız necədir?