Təkcə deputatların, Ombudsmanın maaşı artmayıb ki! Son bir neçə ildə hakimlərin, prokurorluq işçilərinin, polisin, Prezident Administrasiyasının- bu hakimiyyətə aid olan hər kəsin maaşı bir neçə dəfə artıb.
Biz maaşların artmasının əleyhinə deyilik, hamının zəngin olmasını istəyirik, amma sosial ədalətsizliyin əleyhinəyik. Ölkə əhalisinin əksəriyyətinin işsiz olduğu, işsizliyə görə müavinət və sosial yardım almadığı, işləyən məhdud sayda vətəndaşımızın da aylıq gəlirlərinin 300-500 manat civarında olduğu bir ölkədə millət vəkili 10 min manat maaş alırsa, məndən inciməyin, orada nəinki millətin vəkili, heç millətin özü də yoxdur. Olsa, varlığını hiss etdirərdi.
Bu ölkədə Şəhidin Qanının, Canının, Həyatının toplam qiyməti bir deputatın, prokurorun, hakimin bir aylıq əməkhaqqına bərabərdir-11 min manat!
Yəqin bunun da günahkarı müxalifət imiş, yaxşı tələb etməyi bacarmırıq!
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?