Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa maraqlı təkliflə çıxış edib. Deputat AzVision.az-a açıqlamasında əməkhaqlarının artırılmasını, parlament sədri Oqtay Əsədovun maaşının 10 min manata qaldırılmasını təklif edib.
“Hakimiyyət qolları arasında nazirlərin maaşının qaldırılmasın məsələsinə diqqət yetirilməlidir. Prezidentin maaşı 15 min manatdır, Milli Məclis sədrinin maaşı 10 min manat olmalıdır”,-deyə deputat qeyd edib.
Millət vəkili ümid edir ki, irəli sürdüyü təklif gələcəkdə reallaşacaq: “Bu qədər differensiyanın çox olması doğru deyil. Amma hələ ki, məsələyə baxılmadı. Ümid edirəm ki, gələcəkdə buna baxılacaq”.
F.Mustafa açıqlamasında həmçinin deputat həmkarlarının əməkhaqlarının artırılmasının vacib olduğunu deyib. Onun sözlərinə görə, millət vəkillərinin maaşı indiki şəraitə uyğun deyil: “Millət vəkillərinin maaşı indiki şəraitə uyğun deyil. Söhbət əlavə deputatlıq fəaliyyəti ilə bağlı ayrılan müavinətin artırılmasından gedir. Bu müavinət artırılsa faydalı, effektli çalışma imkanları yarana bilər. Dövlət büdcəsindən maliyyələşən başqa təbəqələr var, onların da maaşı qalxmalıdır. Burada təkcə millət vəkilinin deyil, həkimin, müəllimin, başqa təbəqələrin də maaşı artırılmalıdır”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?