GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » 20 yanvar küçəsində yaşıllıqlar açıq şəkildə məhv edilir - VİDEO

20 yanvar küçəsində yaşıllıqlar açıq şəkildə məhv edilir - VİDEO

Tarix: 23-06-2022, 15:47 Bölmə :GündəmXəbər / Manşet Baxış: 281

Hər gün təbiətə qəsdən vurulan ziyanlardan, sahibkarlar tərəfindən yerində obyekt inşa etdirmək üçün kəsilən ağaclardan danışırıq, rəsmi saytlar isə "qanunsuz ağac kəsən şəxslər cərimə olundu", "cəzalandırıldı" və sair kimi məlumatlar yayımlayırlar. Çox vaxt həmin xəbəri açıb oxuyanda görürsən ki, rayonlarda, kəndlərdə məsuliyyətə cəlb edilən "cinayətkarlar", kəsdikləri az qala samovar yandırmağa yarayacaq odunlara görə məsuliyyətə cəlb olunublar.

Yox, biz əsla o şəxslərə haqq qazandırmırıq. Kimliyindən asılı olmayaraq, qanunsuz əməl törədən hər kəs, qanun qarşısında cavab verməlidir.
Qanun, hamı üçün qanundur.
Amma, yox. Deyəsən, bu yalnız sözdə belədir. Reallığa gəldikdə isə, "kasıblar" demişkən, "Qanun kasıblar üçündür". İndi, yazacaqlarımızı diqqətlə oxuduqda, bu sözün nə qədər yerində deyildiyini və həqiqət olduğunu özünüz görəcəksiniz.

3-5 "çıl-çırpı" üçün şikayətçi olan cavabdeh qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) maraqlıdır, görəsən paytaxtın mərkəzi küçələrindəki yaşıllıq ağaclarının kəsilməsinə niyə bu qədər həssaslıqla yanaşmır?

Ucqar kəndlərdən xəbəri olan nazirlik, doğrudanmı şəhərin əsas küçələrində sahibkarlar tərəfindən kəsilib, yerində biznes məqsədli tikintilər aparılan yaşıllıq ağaclarından xəbərsizdir?

Halbuki, bir neçə fərqli ünvanlarda kəsilən ağaclar barəsində elə şəxsən özümüz ETSN-ə həm rəsmi, həm telefon vasitəsilə məlumatlar vermişik ki, bunu izləyicilərimiz də yaxşı xatırlayır.

Məsələn, "20 yanvar" küçəsində - "Köhnə hamam" deyilən ərazidə kəsilən 20-dən çox yaşıllıq ağaclarının taleyi dəfələrlə məlumat verdiyimizə baxmayaraq, Ekologiya Nazirliyini zərrə qədər narahat etmədi.

Məhz buna görədir ki, bu gün həmin kəsilən ağacların yerində iaşə obyektləri inşa edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bir vaxtlar bizə ağac kəsiminin hansı hallarda həyata keçirilə biləcəyini, prosedur qaydalarını izah edirdi. Hansı ki, bunu biz özümüz də bilirik. Amma, bilmədiyimiz, daha doğrusu özlərindən eşitmək istədiyimiz, şəhərin mərkəzi küçələrində həyata keçirilən ağac kəsimlərinə kimin necə, icazə verməsi - yaxud onların bundan necə "xəbərsiz" olmasıdır.

Hamının xəbəri olan bu boyda "mərəkə"dən nazirliyin illa ki, xəbəri vardır.

Bəs niyə bunların qarşısının alınması üçün, tərəfinizdən lazımi tədbirlər görülmür, hörmətli Muxtar Babayev?

Bu qədər yayımlanan məlumatlar, edilən müraciətlərdən də mi məlumatsızsınız?
O zaman sizin işiniz nədir?

Vurğulamaq yerinə düşər ki, bir neçə dəfə bəzi məlumatlar barəsində ETSN-nə israrlı şəkildə, təkrar -təkrar müraciətimizdən sonra, rəsmi cavab verilib ki, "Araşdırma aparıldı. Fakt öz təsdiqini tapdı. Məsələdə cinayət tərkibi aşkar edildiyindən, baxılması üçün Baş Prokurorluğa göndərildi."

Vəssalam.

Gundemxeber.Az dogruxeber.az-a istinadla bildirir ki, Baş Prokurorluğun apardığı araşdırmalar, gördüyü tədbirlər (əgər görübsə) və nəticə barəsində heç bir məlumat verilmir. Halbuki, Təbiətin qorunmasında birbaşa cavabdeh olan qurum - Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələ hüquqi həllini tapana qədər nəzarətində saxlamalıdır.

Əgər sözügedən Nazirliyin hüquqşünası yoxdursa, biz hüquqi məsləhətlərimizlə də onlara dəstək olub, gərəkən prosedurların hansı formada aparılması qaydalarını izah edə bilərik. Məsələn, ETSN-nin diqqətinə çatdırırıq ki, faktlar təsdiqini tapdığı halda, hüquq-mühafizə orqanlarına məlumat verdikdən sonra məsələ və ərazi tərəfinizdən diqqətdə saxlanılmalı, aşkarlanan ekoloji cinayət əməli dayandırılmalı, məsələnin hüquqi həllini tapması və bunun qarşısının alınmasını müraciət etdiyi hüquq-mühafizə orqanlarından tələb etməlidir.

Siz isə qorumalı olduğunuz təbiətimizi, gözümüz baxa-baxa nələrəsə qurban verirsiniz.

Görünür, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözügedən ərazi üzrə müfəttişi Elman adlı şəxs də bu kimi halları "ört - basdır etmək sahəsində mükəmməl dərəcədə profesionallaşıb" ki, taa Tiblisi prospektindəki konstruksiyalarla inşa edilən - ağacların inkişafını məhdudlaşdıran restoranın inşasına başlanılanda da ETSN, eləcə də digər qurumlar qətiyyən müdaxilə etmədi, 20 yanvar küçəsindəki ağaclar kəsiləndə də.

Amma, deyəsən ETSN-in ərazi üzrə əməkdaşı, eləcə də nazirlik özü "20 yanvar" küçəsini "gözünə kəsdirib".

20 yanvar küçəsində yaşıllıqlar açıq şəkildə  məhv edilir - VİDEO

Belə ki, redaksiyasına məlumat daxil oldu ki, 20 yanvar küçəsində yenə də yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün ərazidəki yaşıllıq ağaclar məhv edilir. Məsələni dəqiqləşdirmək üçün, üz tutduq "20 yanvar" küçəsinə. Ünvana çatdıq və məlumatın həqiqət olduğunu gözümüzlə gördük. Məsələ barəsində hər hansı bir səlahiyyətli şəxslə görüşüb, gördüklərimizə aydınlıq gətirmək istədik. Bildirdilər ki, "Səlahiyyətli şəxs hazırda yoxdur. Birazdan gələcək".

20 yanvar küçəsində yaşıllıqlar açıq şəkildə  məhv edilir - VİDEO

Aradan bir qədər keçdikdən sonra zəng edib, səlahiyyətli şəxsin əraziyə gəldiyini və  aydınlıq gətirmək üçün bizi yenidən oraya dəvət etdiyini dedilər. Təkrar, sözügedən ünvana yaxınlaşdıq. Özünün tikintiyə nəzarət edən səlahiyyətli şəxs kimi təqdim edən Sovetxan adlı şəxs bizimlə görüşüb, gördüklərimizi görməzdən gəlməmiz üçün rüşvət təklif etdi. Hətta, vurğuladı ki, "Gəlib -gedən çoxdur. Hamısını belə yola salırıq". Biz təbii ki, onun rüşvət təklifini birmənalı olaraq, rədd etdik və gördüklərimiz barəsində ETNƏ və digər aidiyyatı qurumlara məlumat verəcəyimizi bildirdik. Elə bu əsnada bizə bir şəxs yaxınlaşdı və çox özündən razı, təkəbbürlü danışmağa başladı. Kim olduğunu soruşduq, adının Elton olduğunu və aparılan tikintinin rəhbərlərindən biri olduğunu dedi.
"Heç kimə heç nə demirik. Araşdıran orqan var. Ekologiya bilər, biz bilərik deyib, "Range Rover " markalı avtomobilinə əyləşərək, ərazidən uzaqlaşdı.

Bu gün özündən razı Eltonlara bu cür danışmaq ixtiyarını verən, məhz sizsiniz, Muxtar Babayev.

O bu cür danışırsa, demək ki, işini "həll etdiyi"ndən tam arxayındır.
Bunun adı harınlamış iş adamlarına "insanların nəfəsini kəsmək ixtiyarını satmaq"dır.
Çəkiliş apararkən isə mühafizəçi olduğunu deyən mülki geyimli şəxs yaxınlaşıb, rəhbərindən aldığı cəsarətlə redaksiyamızın rəhbərinə qarşı güc tətbiq etdi və kobudluq göstərərək, çəkiliş aparmağımıza mane olmağa çalışdı.

Yeri gəlmişkən, biz dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlayıb, məsələ barəsində məlumat verdik. Eyni zamanda, Daxili İşlər Nazirliyinin "102 qaynar xətt" xidmətinə də zəng edib, məlumat verdik. Lakin, digər işlərimizlə əlaqədar, gözləyə bilmədiyimiz üçün, özümüz də oradan uzaqlaşdıq.
Bir qədər sonra ETSN -nin mətbuat xidmətindən zəng edib bildirdilər ki, artıq nazirlik əməkdaşları araşdırma aparılması üçün həmin ünvandadırlar. Həmçinin, bildirildi ki, Nəsimi rayon 19-cu polis bölməsinin əməkdaşları və tədqiqatçısı da məsələyə cəlb olunublar və hazırda hadisə yerindədirlər.

Onu da qeyd edək ki, hələ dərin araşdırma aparılarsa, orada çalışan şəxslərin əmək müqaviləsimin belə olmadığı da ortaya çıxacaq. Ən azından mülki geyimli şəxsin, özünü mühafizəçi kimi təqdim etməsi, belə qənaətə gəlməyimizə əsas verir.
Məsələ diqqətimizdədir. Sabah tərəfimizdən əraziyə təkrar baxış keçiriləcək, aidiyyatı qurumlarla əlaqə saxlanılıb, görülən tədbirlər barəsində ictimaiyyətə də məlumat veriləcək.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qanunsuz balıq ovlayan 30 nəfər saxlanılıb

    Qanunsuz balıq ovlayan 30 nəfər saxlanılıb ...

    11-01-2016, 13:45

  • 
  • Azərbaycanda 108 ədəd qovaq ağacını kəsən şəxs məsuliyyətə cəlb ediləcək

    Azərbaycanda 108 ədəd qovaq ağacını kəsən şəxs ...

    21-07-2017, 21:56

  • 
  • Ruhi Əliyevaya hədə-qorxu gələn şəxslərə hökm oxunub - AÇIQLAMA

    Ruhi Əliyevaya hədə-qorxu gələn şəxslərə hökm ...

    6-04-2022, 11:33

  • 
  • "Eldar Mahmudovun hələ də azadlıqda qalması təəccüb doğurur"

    "Eldar Mahmudovun hələ də azadlıqda qalması ...

    17-02-2016, 13:34

  • 
  • Qanunsuz ağac kəsilməsi faktı araşdırıldı - 2700 manat cərimə

    Qanunsuz ağac kəsilməsi faktı araşdırıldı - 2700 ...

    1-07-2017, 11:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu