GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Magna Trans" qalmaqalı kulimanisya həddində... - TƏFƏRRÜAT

"Magna Trans" qalmaqalı kulimanisya həddində... - TƏFƏRRÜAT

Tarix: 29-06-2022, 15:53 Bölmə :GündəmXəbər / Manşet Baxış: 352

Azərbaycanda son illər iqtisadi sahədə şəffaflığın artırılması istiqamətində ciddi islahatlar aparılmaqdadır. Dövlət başçısının hökumət qarşısında qoyduğu əsas məqsədlərdən biri iqtisadi reformaların sürətlə həyata keçirilməsi, bu sahədə fəaliyyət göstərən iş adamlarına əlverişli şəraitin yaradılması və büdcə daxilolmalarının artırılmasıdır.
Bu sahədə mühüm işlər görülsə də, hələ də neqativ hallar qalmaqda davam edir. Belə ki, bəzi özəl sektorlarda hələ də büdcədən yayınma, qeyri- şəffaflıq, ciddi qanunsuzluqlar hökm sürməkdədir. Əlbəttə ki, qanunların aliliyinə tabe olmayan, qazandığı pullara rəğmən dövlətə cüzi miqdarda vergi ödəyən təşkilatlar reallıqda böyük vəzifələrdə çalışan, geniş əlaqələrə malik məmurlara və yaxud da onların yaxınlarına aiddir.
Bu cür qalmaqallı təşkilatlardan biri də uzun illər Azərbaycanın Baş Prokuroru vəzifəsində çalışmış Zakir Qaralovun kölgəsinə sığınaraq, "AKKORD” şirkətinə uzun illər rəhbərlik etmiş Bürhan Həmidov adlı şəxsin həmtəsisçisi olduğu "MAGNA TRANS” MMC-dir. Sərnişindaşıma sahəsində fəaliyyətə başlayan "MAGNA TRANS” MMC 2010-cu ildə 3 nəfər şəxsin həmtəsisçiliyi və səhmdarlığı ilə yaradılıb. Şirkətin həmtəsisçiləri: Əfqanıstan Müharibəsi veteranı, Qarabağ Müharibəsi iştirakçısı, III qrup müharibə əlili, qazi Ağasəf İslam oğlu İsmayılov və yeznə-qayın qohumları olan Bürhan Əhməd oğlu Həmidovla Namıq Gülosman oğlu Hacıyev olub.
"MAGNA TRANS” MMC 79 ədəd müxtəlif markalı avtobuslarla 113, 208, 209, 213 saylı şəhərdaxili marşrutlarla Bakı şəhərində, həmçinin iritutumlu reys avtobusları ilə Bakı - Lənkəran - Bakı və Bakı Astara - Bakı rayonlararası marşrut xətləri ilə, gündəlik sərnişindaşıma həyata keçirməklə məşğul olub.

Yeznə-qayın həmtəsisçilərin "planı"

Şirkətin fəaliyyəti tam nizama düşəndən sonra, yeznə-qayın olan həmtəsisçilərdən Bürhan Həmidov "krışa"sından istifadə edərək, "MAGNA TRANS” MMC-nin əsas təşkilatçısı olan Ağasəf İsmayılovdan "qopmaq”, yəni onu MMC-nin həmtəsisçiliyindən uzaqlaşdırmaq, daha doğru desək, əmlakını əlindən çıxarmaq planı hazırlayır.

Belə ki, Ağasəf İsmayılovun ona olan etibarından istifadə etməklə MMC-nin direktor vəzifəsinə "öz adamı" olan və həmin vaxtda "Akkord" şirkətində şöbə rəisi vəzifəsini tutan Ağayev Mirzahid Mirsahib oğlunu təyin edir. Əslində isə, sonradan özünün yazılı olaraq etiraf etdiyi kimi "işlədiyi 10 il müddətində 1 manat əməkhaqqı almayan" Mirzahid Ağayev direktor vəzifəsini formal tutub.
Bürhan Həmidov MMC-nin "altından girib-üstündən çıxıb", yəni "Magna Trans" MMC-ni tam müflisləşdirib - 79 ədəd sərnişin daşıyan avtobusların yarıdan çoxunu sənədləri saxtalaşdırma yolu ilə satıb pulunu da "həzmi-rabe"dən keçirib, yerdə qalanları da söhüb talayıblar.
113, 208,209, 213 saylı şəhərdaxili marşrutları da Bürhan Həmidov oğlunun adına yaratdığı "Transkontrol" MMC-yə ötürüb. Bürhan Həmidovun bu əməlləri Ağasəf İsmayılova məlum olanda, ondan hesabat tələb etmək üçün axtaranda, Bürhan Həmidov "atlı olub", Ağasəf İsmayılov isə "piyada".

Eyni vaxtda "Akkord" ASC-nin də icraçı direktoru olan Bürhan Həmidov mühafizəçilərinin müşaiyəti ilə bahalı avtomobillərlə hərəkət etdiyindən ona yaxın düşmək olmayıb ki, olmayıb. Hətta, iddialara görə "Akkord" ASC şirkəti yerləşən küçəyə Bürhan Həmidovun avtomobil karvanı daxil olanda əks istiqamətdən gələn hərəkəti saxlayırmışlar. Beləliklə, şəriki Ağasəf İsmayılovun telefon zənglərinə, sms yazışmalarına, poçt vasitəsilə rəsmi müraciətlərinə cavab verməyən, sözün əsl mənasında gizlənən Bürhan Həmidovun "ağ yelkənli gəmisi daşa çırpılır" və ocağı sönmüş "Akkord"da onun fironluğu sona çatır.

"10 il müddətində 1 manat almayan" direktorun təsisçilərə ərizəsi"

Digər həmtəsisçiləri Bürhan Həmidovla Namiq Hacıyevin və direktor Mirzahid Ağayevin onunla üz-üzə gəlməkdən hər bir cəhdlə yayındıqlarına görə, hər üçünün hesabat verməkdən açıq-aşkar imtina etdiklərinə görə Ağasəf İsmayılov üz tutur hüquq-mühafizə orqanlarına. Və onların hər üçünün üzərinə məhkəmə qaydasında hesabat vermək öhdəliyi qoyulur. Bax burada sözün əsl mənasında "Kərəmi ağlamaq tutur". Ağasəf İsmayılovun qanunun aliliyindən və gücündən istifadə edərək atdığı "kəməndin" onları "sıxıb-boğmaq" məqamının yetişdiyini hiss etdikləri və özlərinin qazdıqları "quyudan" çıxmaq üçün yollar axtarırlar. Hələ bir il öncə ondan hesabat verməyi yazılı olaraq tələb edən Ağasəf İsmayılova və digər təsisçilərə direktor Mirzahid Ağayev ərizə ilə müraciət edərək işdən azad olunmağını xahiş edir. Direktor təsisçilərə ünvanladığı bu məktubunda işlədiyi müddətdə bir manat da olsun əməkhaqqı almadığını yazır.

İki təsisçiylə direktorun "müdafiə xətti"

Müəssisəni müflisləşdirməkdə "sağ əli" direktor Mirzahid Ağayev olan Bürhan Həmidov özünün ətrafında toplayıb başçılıq etdiyi və MMC-yə heç bir aidiyyatı olmayan dəstə üzvləri bu qanunazidd əməllərini elə bu günlərdə də davam etdirirlər. Bürhan Həmidovun illər ərzində MMC-nin əmlakını talamasını, milyonlarla manat məbləğdə pulları hesabatdan gizlətmə yolu ilə mənimsəməsinin Ağasəf İsmayılov tərəfindən araşdırılmasına başlayanda, cavab verməyin vaxtı çatdığını duyan həmtəsisçilər Bürhan Həmidovla Namiq Hacıyev ərizə ilə MMC-də olan paylarının satmaqları ilə bağlı müraciət edirlər.
Ağasəf İsmayılov da həmin payları almağa razı olduğunu bildirir. Lakin MMC-də satmağa avtobus, digər avadanlıq olmadığı üçün Bürhan Həmidov "öz dəstəsini" "sudan quru çıxarmaq üçün" özünü, direktor Mirzahid Ağayevi, direktor müavini Ramil Xəlilovu müdafiə etmək üçün vəkil Bəşir Camalovu işə cəlb edir. (Bu vəkilin istifadə etmiş olduğu "müdafiə üsulu" ilə bir qədər sonra ətraflı açıqlama veriləcək).

Təsisçi Ağasəf İsmayılovun direktordan tələbi nədir?

Dədə-babadan görmüşük ki, işdən çıxan şəxs sadəcə olaraq "ayağında olan mal-mülkü" təhvil verir, "təmizlik kağızı" alıb, halallaşıb gedir. Sual yaranır ki, axı görəsən bu həmtəsisçilər, Bürhan Həmidovla Namiq Hacıyevdən və direktor Mirzahid Ağayevdən ibarət olan üçlüyü nə yaxud kim belə arxayın salıb ki, onlar həmtəsisçi Ağasəf İsmayılovun qanuni tələbinə dirəniş göstərirlər və güman edirlər ki, heç bir halda cavabdehlik daşımayacaqlar. Oxşar işlərə dair çox misallar gətirmək olar. Lakin yaxın keçmişə nəzər salsaq, vaxtı ilə "at oynadan", "babam mənə kor deyib, gəlib-gedəni vur deyib", yaxud da "burda mənəm, Bağdadda kor xəlifə" havasına oynayanların hamısının vaxtı gəldikcə, cabahdehliyi necə daşıdıqlarının hamımız şahidiyik. Bələd olanlar bilirlər ki, qanunun aliliyi və gücü "dəvəni də iynənin deşiyindən keçirir"

Məhkəmə qərarı "heçə", hüquqa bir "qoz" deyənlər

"MAGNA TRANS MMC-nin həmtəsisçisi və səhmdarı Ağasəf İsmayılov qarşılaşdığı qanunsuzluqla bağlı Abşeron rayon Məhkəməsinə "məlumatların verilməsinin və iştirakçıların ümumi yığıncağında iştirakını təmin edilməsi vəzifəsinin həvalə edilməsi" tələbi ilə bağlı müraciət edib.

"MAGNA TRANS" MMC-nin direktoru və qanuni təmsilçisi Ağayev Mirzahid Mirsahib oğlu, MMC-nin digər həmtəsisçiləri Hacıyev Namiq Gülosman oğlu və Həmidov Bürhan Əhməd oğlunun cavabdeh qismində tanındığı Abşeron Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli qəqətnamədə deyilir: ""MAGNA TRANS MMC-nin indiyədək və bundan sonra təsərrüfat fəaliyyəti və maliyyə vəziyyəti barədə bütün məlumatların müraciəti əsasında iddiaçı İsmayılov Ağasəf İslam oğluna verilməsi, eləcə də iştirakçıların növbəti və növbədənkənar ümumi yığıncaqlarında iştirakının təmin edilməsi vəzifəsi cavabdehlər "MAGNA TRANS MMC-nin direktoru (qanuni təmsilçi) Ağayev Mirzahid Mirsahib oğlunun, "MAGNA TRANS MMC-nin iştirakçısı Həmidov Bürhan Əhməd oğlunun və "MAGNA TRANS MMC-nin iştirakçısı Hacıyev Namiq Gülosman oğlunun üzərinə qoyulsun". Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin nəzərinə çatdırırq ki, aidiyyəti icra qurumları məhkəmənin bu qətnaməsinin icrası üçün hələ ki, barmaqlarını belə tərpətməmişlər.
Bir sıra hüquq-mühafizə qurumlarının, digər aidiyyəti vəzifə sahiblərinin qaldırılmış məsələ ilə bağlı biganəliyi, yaxud məsuliyyətsizliyi, hətta məmur özbaşınalığı barədə növbəti açıqlamalarda məlumat veriləcək.
Sonda isə Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Əliyevin sözlərini bir daha xatırlatmağı özümüzə borc bilirik: "Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer olmamalıdır. Bütün dövlət məmurları bunu eşitsinlər, bilsinlər və elə işləsinlər ki, həmişə dövlət və xalq qarşısında alnıaçıq, üzüağ olsunlar. Dövlət məmuru xalqın xidmətçisidir. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır”./CivilAzerbaijan.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev: “Minimum əməkhaqqının, pensiyanın artırılması gündəlikdə duran məsələlərdir”

    Prezident İlham Əliyev: “Minimum əməkhaqqının, ...

    9-05-2019, 17:16

  • 
  • Əli Əhmədov: Təhsil sahəsində neqativ hallar hələ də var

    Əli Əhmədov: Təhsil sahəsində neqativ hallar hələ ...

    28-11-2018, 15:46

  • 
  • Azərbaycanda struktur və kadr islahatları aparılacaq - Deputat

    Azərbaycanda struktur və kadr islahatları ...

    31-01-2017, 20:57

  • 
  • Zakir Qaralovun şirkətinin 1 milyona yaxın vergi borcu var

    Zakir Qaralovun şirkətinin 1 milyona yaxın vergi ...

    23-06-2020, 15:11

  • 
  • Zakir Qaralovun vəzifədə çalışan qohumları - SİYAHI

    Zakir Qaralovun vəzifədə çalışan qohumları - ...

    5-06-2020, 13:20


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu