GundemXeber.Az-ın sosial şəbəkələr üzərindən əldə etdiyi məlumatlardan bəlli olur ki, ARB kanalının aparıcısı ictimaiyyət tərəfindən sərt tənqid olunur. Buna səbəb olan məsələ ondan ibarətdir ki, ARB kanalında “Həmin Zaur” verilişinin aparıcısı Zaur Kamalın Güney Azərbaycandan olan müğənnini efirdən qovması olub. Faktı təstiqləmək üçün AXCP üzvü Fuad Qəhrəmanlının tənqidi fikirlərini gundemxeber.az-ın oxucularına təqdim edirik: “Zaur adlı bu səviyyəsiz, yekəxana, ibtidai mədəniyyətdən uzaq, etik davranış qaydalarını bilməyən, primitiv və bayağı danışıqları ilə ürək bulandıran aparıcı təkcə təmsil etdiyi ARB kanalının deyil, həm də millətin utancı, üz qarasıdır.
Güney Azərbaycandan olan müğənnini efirdən qovmaqla böyük tərbiyəsizlik edən və "İran, İran" deyib Güneydəki soydaşlarımızın milli varlığını görməzdən gələn, "mənəmlik xəstəliyinə" tutulmuş bu milli şüurdan məhrum nadanın özünü efirdən qovmaq lazımdır ki, gedib efirdə deyil, öz həm cinsləri ilə birgə qanqallıqda bağırsın.” Bundan sonra, “Təzəadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin də fikiri belə olub: “Zaur Kamalın efir tərbiyəsizliyinə bu gün ARB rəhbərliyindən cəza tədbiri görülməsə, təklif edirəm, hamı ARB-ni baykot eləsin...”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?