Dünən “Xəzər” telekanalında yayımlanan “5-də 5” verilişinin aparıcısı Zaur Kamalın atdığı addım cəmiyyətdə birmənalı qarşılanmayıb.
Belə ki, aparıcı Z.Kamal oğlan evinin istəyilə rayonlardan birində yaşayan 15 yaşlı qıza elçi düşüb. Elçilik prosesini həyata keçirən aparıcı bir neçə tanınmış şəxsi də özü ilə aparıb. Təbii ki, tənqid olunan məsələ elçilik deyil. Tənqid hədəfinə tuş gələn məsələ 15 yaşlı qızın nikaha cəlb edilməsinin təbliğidir. Hazırda orta məktəblərdən tutmuş Milli Məclisə qədər erkən nikahların qarşısının alınması istiqamətində işlər həyata keçirildiyi halda, telekanalda belə bir hadisənin yayımlanması nə dərəcədə etikdir? Buna Milli Teleradio Şurası (MTRŞ) necə baxır? Verilişin aparıcısı ilə bağlı hər hansı tədbir görüləcəkmi? MTRŞ-nın sədr müavini Qafar Cəbiyevin Modern.az əməkdaşının sualına reaksiyası belə olub. “Dediyiniz məsələ ilə bağlı hər hansı bir addım atılanda siz də biləcəksiz. İndi əlavə nəsə deyə bilmərəm”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?