GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qarayevin mürəkkəb rüşvət sxemi… – İlginc faktlar

Qarayevin mürəkkəb rüşvət sxemi… – İlginc faktlar

Tarix: 20-07-2022, 11:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 326


Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2021-ci il və 2022-ci ilin birinci yarısında Mədəniyyət Nazirliyinin müraciəti əsasında 11 halda araşdırma aparılıb. Araşdırmalar nəticəsində Bakı şəhəri, Bərdə, Şamaxı, Ağcabədi və Kürdəmir rayonları ərazisində yerləşən mədəniyyət müəssisələrinin rəhbər vəzifəli şəxslərinin əsasən dələduzluq, mənimsəmə və israf etmə, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətləri törətmələri faktlarına dair 8 cinayət işi başlanıb.

Bunlardan 4 şəxs barəsində 4 cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib, 1 cinayət işi üzrə dövlətə vurulmuş zərərin ödənilməsi təmin edildiyindən icraata xitam verilib, 3 cinayət işi üzrə isə hazırda istintaq davam etdirilir.

Gundemxeber.az aztoday.az-a istinadla bildirir ki, Dövlət büdcəsinə vurulmuş 1 milyon 870 min manat zərərin 917 min manat hissəsinin istintaq dövründə ödənilməsi təmin edilib.

Bu cinayət işləri çərçivəsində konkret olaraq nəyin araşdırıldığı və kimlərin məsuliyyətə cəlb edildiyi açıqlanmır. Xatırladaq ki, 2020-ci ilin mayında korrupsiya ilə bağlı qalmaqallardan və nazir müavini də daxil olmaqla, bir neçə yüksək vəzifəli məmur həbs edildikdən sonra Mədəniyyət Nazirliyinin rəhbərliyi dəyişdirilib.

Amma belə görünür ki, sabiq nazir Əbülfəs Qarayevin qurduğu mürəkkəb “rüşvət sxemi” ondan sonrakı dövrdə də işləyib. Azərbaycanın uzunömürlü nazirlərindən biri də Əbülfəs Qarayev idi. Əbülfəs Qarayev 1994-cü ildən 2001-ci ilədək gənclər və turizm naziri, 2001-ci ildən 2006-cı ilədək gənclər, idman və turizm naziri, 2006-cı ildən 2018-ci ilədək mədəniyyət və turizm naziri, 2018-ci ildən isə mədəniyyət naziri postunu tuturdu. Mədəniyyət Nazirliyi sahəsində rüşvət və yeyinti faktlarının qarşısını niyə almaq mümkün olmur? Əbülfəs Qarayevə qarşı konkret ittihamlar olsa da, onu həbs etmədilər. Bu cəzasızlıq mühiti isə nisbətən aşağı ranqlı məmurları “ürəkləndirir”. Azərbaycanda mütəşəkkil cinayətkarlıq, irimiqyaslı korrupsiya halları baş vermiş dövlət qurumlarının bəzi rəhbərləri cinayət məsuliyyətinə cəlb edilməyib. Məsələn, keçmiş rabitə naziri Əli Abbasov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, xarici işlər naziri Elmar Məmmədyarov, mədəniyyət naziri Əbülfəs Qarayev vəzifələrindən azad edilsələr də, həbs edilməyiblər. Baxmayaraq ki, adıçəkilən dövlət qurumlarının yüksək rütbəli məmurları ən ağır cinayətlərdə ittiham edilərək, məhkum edilib. Bu ittihamlar sırasında dövlətin yüz milyonlarla əmlakını mənimsəmə, quldurluq, adam oğurluğu, vəzifə saxtakarlığı və s. kimi əməllər var. İstintaq və məhkəmə prosesləri zamanı bu məmurların cinayətə bulaşdıqlarını təsdiq edən konkret sübutlar təqdim edilib, şahid ifadələri səsləndirilib. Amma məhkəmə və dövlət ittihamını müdafiə edən prokurorluq orqanları məmurlar barəsində heç bir hüquqi addım atmayıblar. Bu səbəbdən də təkcə mədəniyyət deyil, digər sahələrdə də korrupsiya hallarının qarşısını almaq çətinləşir. AzToday.az-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, son illər ölkədə gedən islahatların əsas istiqamətlərindən biri də korrupsioner məmur-oliqarxların vəzifədən kənarlaşdırılmasıdır: “Lakin sabiq məmurların çox az bir qismi törətdiyi cinayətlərə, korrupsiya və yeyintilərə görə həbs olundu. Həbsdən kənarda qalanlar ümumilikdə korrupsiyaya qarşı mübarizəyə çox ciddi ziyan vurur. Ümumən götürəndə Azərbaycanda yalnız bəzi icra başçıları korrupsiya ittihamı ilə vəzifələrindən azad olunublar. Nazirlərin əksəriyyəti isə sadəcə, korrupsiyaya görə vəzifədən azad olunublar. Bu baxımdan ilk növbədə korrupsiya faktları araşdırılıb sübuta yetirilməlidir. Maliyyə sənədlərini araşdırmaqla bu və ya digər qurumda nə qədər maliyyə pozuntusunun olduğunu aydınlaşdırmaq olar. Bilmək olar ki, nə qədər maxinasiyalar olub. Korrupsiya faktlarını müəyyən etmək üçün o sənədləri tədqiq etmək lazımdır. Bunu isə hüquq-mühafizə orqanları edə bilmirlər. Hüquq-mühafizə orqanı əməkdaşı gedib Maliyyə Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və ya İqtisadiyyat Nazirliyində deyə bilməz ki, verin sənədlərinizə baxım, görüm nə qədər maliyyə itkisi var. Hətta baxsa belə, heç nə başa düşməz, çünki polis və ya prokurorluq işçisi o sahənin adamı deyil. Burada yalnız köhnə nazirləri, məmurları əvəz edən yenilər öz sözünü deyə bilər. Onlar fəaliyyətləri əsnasında yeyinti faktlarını üzə çıxartmalıdırlar. Yeni gələnlər çox aydın şəkildə görə bilərlər ki, öncəki məmur nə çirkli işlərlə məşğul olub. Çox təəssüf ki, yeni gələn məmur, nazir, yerli icra başçısı köhnənin əməlləri ilə bağlı susur, üstünü açmır. Çünki eyni mexanizmlərdən özü də istifadə etmək istəyir. Baxır ki, öncəki hansı yollarla pul qazanıb, onun üstünü açsa, onu tutacaqlar, ancaq özü istifadə edə bilməyəcək. Hətta işdən çıxarılan məmuru həmin faktlarla şantaj da edə bilər ki, əməllərinin üzə çıxmasını istəmirsənsə, qazandığından filan qədər verməlisən. Ancaq yeni təyin olunan peşəkar kadrlar var ki, onlar üzə çıxarırlar, kimisi daha tez, kimisi bir qədər gec olsa da, müəyyən faktlar ortaya qoyurlar”.

Hüquqşünas deyib ki, korrupsiyaya bulaşmış məmurun həbs edilməməsi çox ciddi problemlərin əsasını qoyur: “Nazirlikdə, komitədə və digər dövlət qurumunda 10 milyonlarla ölçülən korrupsiya faktı varsa, ilk olaraq həmin qurumun rəhbəri istintaqa cəlb olunmalı, barəsində həbs qərarı verilməlidir. Amma Azərbaycanda çox biabırçı ənənə yaranıb. Az qala nazirliyin qapıçısını da həbs edirlər, nazir qalır kənarda. Mədəniyyət Nazirliyində keçirilən antikorrupsiya əməliyyatında belə bir yanlış praktikadan istifadə olundu”.

Hüquqşünasın sözlərinə görə, xarici təcrübədə də belə hallar var ki, kimsə gəlib vurduğu zərəri ödəyirsə, istintaqla əməkdaşlığa gedirsə, barəsində həbs-qətimkan tədbiri seçilmir:

“Əbülfəs Qarayevin həbsi üçün kifayət qədər əsaslar var. Mədəniyyət Nazirliyindəki korrupsiya cinayətləri məhkəmə qərarlarında əksini tapıb. Artıq ittihamlar Azərbaycan məhkəməsinin hökmü ilə təsdiqini tapıb. Yəni Əbülfəs Qarayevin rəhbərliyi altında mədəniyyət sahəsinə dövlət büdcəsindən ayılan milyonların oğurlanması faktları ortadadır.

Zakir Sultanov 5 milyon manatdan artıq büdcə vəsaitini dövlətə qaytarıb. Ona görə də iş üzrə yeni həbslərin olması üçün çox ciddi əsaslar yaranıb. İndi üzə çıxır ki, Əbülfəs Qarayev nazir olanda Xorvatiyada üçulduzlu, üçmərtəbəli “Amfiteatr” hotelini 1 milyon avroya alıb. Həmin pul Azərbaycan dövlətinin, Azərbaycan xalqınındır. Azərbaycan mədəniyyətindən oğurlanıb. İstintaq bu məsələni araşdırmalıdır”.

Hüquqşünas deyib ki, Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinə rəhbərlik edərkən orada böyük korrupsiya cinayətləri baş verib: “O nazir olaraq hara baxırdı? Dogrudanmı Əbülfəs Qarayevin baş verənlərdən xəbəri olmayıb? Kiminsə nazirin rəhbərlik etdiyi qurumda baş verənlərdən xəbərsiz olmasına inanacağını gözləmək sadəlövhlükdən başqa bir şey deyil. Əbülfəs Qarayev də istintaqa cəlb olunmalı, həbsi gerçəkləşdirilməlidir. Azərbaycan xalqından oğurladığı hər qəpiyə, manata görə cavab verməlidir”.


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 143 məmur 100 cinayəti necə bölüşdü

    143 məmur 100 cinayəti necə bölüşdü ...

    15-07-2016, 13:21

  • 
  • 133 vəzifəli şəxs barəsində korrupsiya ilə bağlı cinayət işi başlanıb

    133 vəzifəli şəxs barəsində korrupsiya ilə bağlı ...

    17-07-2017, 12:53

  • 
  • Şabranda vəzifəli şəxslərin qanunsuz əməlləri

    Şabranda vəzifəli şəxslərin qanunsuz əməlləri ...

    17-12-2014, 11:36

  • 
  • Tikinti kooperativinin rəhbəri barəsində cinayət işi başlanmışdır

    Tikinti kooperativinin rəhbəri barəsində cinayət ...

    21-12-2015, 15:05

  • 
  • Baş Prokurorluq korrupsiya hesabatı verdi

    Baş Prokurorluq korrupsiya hesabatı verdi ...

    24-01-2013, 11:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu