Haqqında danışdığımız ərazi – Beyləqan rayonun daxili küçələri, İcra hakimiyyətinin ətrafında olan ən çox zibillik poliqonunu xatırladır
Beyləqan ölkəmizin iri rayonlarından biridir. Təbiətin gözəlliyinin insan əli ilə çirkləndirilməsi antisanitar vəziyyət yaradır, həmçinin bura təşrif buyuran insanların bir də gəlməməsinə səbəb olur.
Beyləqan rayonunda təmizliyin keşiyində duran insanların da əməyinə hörmət edilmir, kim hara istəyirsə, ora da zibil atır. Üstəlik rayon kommunal idarəsinin rəhbərliyi də bu vəziyyətə biganə yanaşır. İndi rayonun ərazisi zibil poliqonuna çevrilib, ətrafdan üfunət qoxusu gəlir.
Rayon sakini Səfərov Şükür Nazar oğlu GundemXeber.Az-a açıqlamasında məsul təşkilatın biganəliyindən bezdiklərini deyib. Bildirir ki, dəfələrlə müraciət etmələrinə baxmayaraq, tədbir görən yoxdur, yayda qoxudan, soyuqda isə gəmiricilərin əlindən cana gəliblər. Hətta gecələr rayonun mərkəzi küçələri qaranlığa qərq olur deyə vətəndaş müraciətində qeyd edib.
Haqqında danışdığımız ərazi —Beyləqan rayonun daxili küçələridir. Minlərlə sakinin yaşadığı ərazilərdə zibil qutusunun olmamasından və mərkəzi küçənin Beyləqan Rayon İcra Hakimiyyətinin olduğu ərazisi zibilliyin əhatəsində qalıb.
Məsələ ilə bağlı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev, Mədəniyyətin müdiri Qələndər Məhəmmədov və Şəhər meri Rəşad Malıyev heç bir reaksiya vermir.
Rayonun mərkəzində fantan işləmir və zibilllərin üfunətindən də dayanmaq olmur.
Ümid edirik ki, bu yazımızdan sonra Beyləqanın aidiyyatı qurumları, məsuliyyət daşıyan şəxslər rayon ərazisində yaranmış anti-sanitar vəziyyətlə bağlı lazımi tədbirləri həyata keçirəcəklər. Həmçinin Beyləqanlılar da bu işdə onlara yaxından yardımçı olacaqlar.
Sorğu
Yeni dizaynımız necədir?