Gundemxeber.az » GündəmXəbər » Rektor 83 min manata “cip”i hansı pul ilə alıb?
Azərbaycanda son illər təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitlər artmaqda davam edir. Ancaq təəssüflər olsun ki, büdcədən ayrılan vəsaitlər çox zaman təhsilin keyfiyyətinə yox, izafi işlərə xərclənir.
Gundemxeber.az qlobal.az-a istiandla xəbər verir ki, izafi xərclərə yol verən təhsil müəssisələrindən biri də Mingəçevir Dövlət Universitetidir.
Məlumata görə Mingəçevir Dövlət Universitetinin rektoru yeni xidməti avtomobil üçün 83.000 manat xərcləyib.
Universitetin büdcəsindən satınalma yolu ilə xərclənən bu vəsaitə Toyota Abşeron Center MMC-dən avtomobil alınıb.
İlginc məqam isə Universitet rektorunun əvvəlki xidməti avtomobilinin istifadəyə tam yararlı olmasıdır.
Məsələ ilə bağlı Qlobal.az Mingəçevir Dövlət Universiteti ilə əlaqə saxlayaraq yeni avtomobilə xərclənən vəsaitin mənbəyi, yeni avtomobil almaq ehtiyacının nədən yarandığı və rektorun əvvəlki xidməti avtomobilinin marka və buraxılış ilinə aydınlıq gətirilməsini istəyib. Universitetin verdiyi açıqlamada deyilir:
“Bildiririk ki, MDU tərəfindən həyata keçirilən bütün satınalmalar, o cümlədən, yeni avtomobilin alınması zamanı “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş tələblərə tam riayət edilmişdir. Nəzərinizə çatdırırıq ki, Cənab Prezidentimizin tapşırığına əsasən, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-nun maddi-texniki bazasının təkmilləşdirilməsi ilə bağlı Mingəçevir şəhərində ölkə ərazisində analoqu olmayan müasir kampusun tikintisi də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Təhsil naziri cənab Emin Əmrullayev 27.07.2022-ci il tarixdə keçirdiyi brifinqdə də bu barədə ətraflı məlumat vermişdir”.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovdur.
Gundemxeber.az
28-11-2018, 16:20
4-01-2019, 22:13
16-04-2017, 22:41
13-11-2014, 22:10
8-06-2020, 12:20
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?