“Mingəçevir Təhsil Şöbəsində özbaşınalıq və korrupsiya baş alıb gedir”.
gundemxeber.az xəbər verir ki, bu haqda gunxeber.com-a adının çəkilməsini istəməyən Mingəçevir sakini bildirib. Onun redaksiyamıza müraciətində deyilir ki, 2 aydır Hesablama Palatası Təhsil Şöbəsində maliyyə yoxlaması aparır: “İndi də müəllimlərdən külli-miqdarda rüşvət yığılır. Komissiyaya rüşvət vermək üçün müəllimlərdən kütləvi şəkildə pul yığlır. Sentyabr ayının 15 günlük əməkhaqqı keçən həftə(indi noyabr ayıdır) verilib. Oktyabr ayının əməkhaqqından isə xəbər yoxdur. Mingəçevirdəki bütün müəllimlərin bu faktlardan xəbəri var. Ümid edirəm ki,bu faktları gündəmə gətirəcəksiniz. Biz təhsil naziri cənab Mikayıl Cabbbarova müraciət edərək bu duruma müdaxilə etməsini izləyirik”. Görünür, Mingəçevir Təhsil Şöbəsində baş verən özbaşnalıqdan Təhsil Nazirliyinin xəbəri yoxdur. Mingəçevir Təhsil Şöbəsində baş verənlər və müəllimlərin üzləşdiyi problemlərlə bağlı araşdırmalar davam etdirilir. **** Mələk adlı oxucu yazır- “Yazılanlar 100% düzdür. 3 saylı məktəbin direktoru 30 min, Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin direktoru 50 min manata bu vəzifəyə gəliblər. Sahib müəllim özü də təhsil şöbəsinin müdiri olmaq üçün 50 min manat verib. Bunu bütün şəhər bilir.Ümumiyyətlə, məktəb və bağça müdirlərinin 65 yaşı tamam olan kimi onların vəzifələri satılır. Bütün bu işlərə isə icra hakimiyyətinin başçısının müavini Ramiz Əliyev baxır”
Sorğu
Yeni dizaynımız necədir?