Sosial şəbəkə üzərindən əldə etdiyimiz məlumatdan bildik ki, səfir Fuad İsgəndərovun başına iş gəlib. Bu məlumatı Fransada mühacir həyatı yaşayan və "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid öz Facebook hesabında paylaşıb. Həmin məlumatda qeyd olunanları olduğu kimi GundemXeber.Az-ın oxucularına təqdim edirik: "Azərbaycan Respublikasının İsveçrədə və Lixtenşteyn krallığında səfiri olan Fuad İsgəndərovun başına iş gəlib.
Dəyərli səfirimiz çirkli pulların yuyulması, korrupsiya mexanizmi qurma ittihamı ilə İsveçrədə silistə çəkilib. Avqustun 2- də səfir Məhkəməyə ifadə verməlidir.
Hal- hazırda Cenevrədə məskunlaşmış səfir İsgəndərov telefon kitabçasını qarşısına qoyub ərki çatan- çatmayan hamıya zəng edir, bu loodan qurtarmaq üçün yardım istəyir, rüşvət belə vəd edir.
Cənab səfiri bu zibildən xilas edəcək şəxsə mükafat təyin edilib.
( Səfirin diplomatik toxunulmazlığı var, amma çirkli pul yuma ittihamı onu məhkəməyə ifadə vermək öhdəliyindən azad etmir)."
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?