Moskvada Rusiya Xarci İşlər Nazirliyində Türkiyədə qətlə yetirilmiş səfir Andrey Karlovla vida mərasimi keçirilib.
Səfir Andrey Karlov bazar ertəsi Ankarada qətlə yetirilib. Diplomatlar və ailə üzvləri səfirin fəxri qarovul əsgərlərinin əhatəsində əklillərlə bəzədilmiş tabutu önündə ona son ehtiramlarını bildiriblər.
Baş nazir Dmitri Medvedev və xarici işlər naziri Sergey Lavrov da vida mərasimi iştirakçıları ilə səfirə son ehtiramlarını ifadə edib.
Prezident Vladimir Putin mərasimə qatılanlar arasında olub.
Rusiya təhqiqat başa çatmayana qədər hadisə ilə bağlı nəticə çıxarmağın tez olduğunu bildirib.
Səfir Karlov Ankarada sərgidə nitq söylədiyi zaman qətlə yetirilib. Atəş açan şəxsin “Hələbi unutmayın! Suriyanı unutmayın!” deyə bağırdığı bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?