GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şəhid ailəsi İcvra başçısının əməllərindən prezidentə gileyləndi - VİDEO

Şəhid ailəsi İcvra başçısının əməllərindən prezidentə gileyləndi - VİDEO

Tarix: 2-08-2022, 17:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 380


"Allah Vilyam Hacıyevin ölənlərinə rəhmət eləsin"...

Bunu biz demirik, İmişli rayon sakinləri deyir. Halbuki, Vilyam Hacıyev də İmişli rayonunda İcra başçısı olduğu dövrdə rayonda bütün sakinlər onun başçı olaraq heç bir işə yaramadığından danışırdılar. Deyirdilər, "Gedirik qəbuluna, dinləyir, "həll edərik" deyir, amma eləmir. Bizi yola verir ". Vilyam Hacıyev vəzifəsindən azad edildikdən sonra məlum olan milyonlarından onun necə, nə üçün və hansı istiqamətdə işlədiyi də aydın oldu. Amma, iş burasındadır ki, onun yerinə həmin vəzifəyə təyin olunan yeni icra başçısı Elçin Rzayevin isə ümumiyyətlə kimsəni qəbul etməməsindən gileylənirlər. "Heçolmasa Vilyam Hacıyev kimi mehriban dinləyib, yola verməyi də bacarmır" deyirlər. Əslində bu mövzuda onu qınamaq da olmur. Vilyam Hacıyevin kifayət qədər bu vəzifə üzrə təcrübəsi var idi. Ona görə də sakinlərin özü demişkən, "hamının damarını tuta bilirdi". Elçin Rzayev isə uzun müddət icra başçısının müavini işləsə də, bəlli ki, müdiri ona işin sirlərini - yəni insanları "yola verməyi" öyrətməyib. Elə görüb ki, başçı tədbirlərə gedir, Elçin Rzayev də aradabir "komanda"sını toplayıb başına, gedir 5-6 şəhid evini ziyarət edib, 10-15 şəkil çəkdirib, qayıdıb girir "iqamətgah"ına. Şəhid evini ziyarətdən gələn başçı, qapısında saatlarla, bəzən də günlərlə gözləyən şəhid ailələri, qaziləri qəbul etmir. Hər halda sakinlər özləri belə deyir.

Onların məsələsinə baxmalı olan - Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İltizam Quliyev qəbul edir, dinləyir, sonra da "heç Türkiyədə şəhid ailələri dövlətdən heç nə istəmir. Mən də sizin kimi dövlətdən pul alıram, evim də var, maşınım da var, dolanıram da" deyə, utandırıb, yola salır.

Yeri gəlmişkən, deyilənə görə bir dəfə bu cür utandırmanın 15 gün müddəti var. 15 gündən tez İltizam Quliyev qəbul edib xəcalət vermir. Deyirlər "sən burdan təzə getmisən. Növbədə adam hələ çoxdur. Get, 15 gündən sonra gələrsən".

Amma, təəssüflər olsun ki, şəhid ailəsinə vurulan o tənənin təsiri nəinki 15 gün, heç 15 il də keçsə, silinməsi mümkünsüz dərin iz buraxır. Nə yazıq ki, bu gün "fırlanan kürsü"də əyləşən səlahiyyət sahibləri bunu dərk etmirlər...

Rayonda boş yataqxanalar, sosial mənzillər olduğu halda, ikinci Qarabağ müharibəsi qazısı Nahid Şıxalıyevə kirayə pulu ödəmək imkanı olmadığından, müvəqqəti yaşaması üçün bircə otaq belə verilməsini təmin etmir icra hakimiyyəti. Deyirlər, "boş ev yoxdur". "Arvadının babasından qalma" yeni tikili boş binanın birini Vilyam Hacıyev satdı, amma qalan digər bina və köhnə yataqxanalarda 10-larla boş mənzillərdən birini müvəqqəti yaşaması üçün müharibə iştirakçısına, daha doğrusu vətən qazisinə vermək çoxmu çətin idi icra hakimiyyəti üçün?

Gundemxeber.az bildirir ki,  "DogruXeber.az" redaksiyasına müraciət edən şəhid ailəsi Babaşova Adilə Novruz qızının şikayətini təmin etmək, bapbalaca torpaq sahəsinin sənədlərinin hazırlanmasında köməklik göstərmək bir rayonun rəhbərliyi üçün mümkünsüz idimi?



Əgər, mümkün deyilsə, o zaman Mеmarlıq və tikinti şöbəsinin müdiri Nazim Rəsulov hansı əsasla Adilə Babaşovadan 300 (üç yüz) AZN pul tələb edib?

Yaxud, mümkün olduğu halda sözügedən məbləği hansı əsasla istəyib?

Qeyd: Yeri gəlmişkən, məlumatda Nazim Rəsulovun və rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Rahim Zaidovun işinin hazırda korrupsiyada olduğua bildirilir.

Üstəlik də videoda da gördüyünüz kimi, şəhid xanımı Adilə Babaşova bildirir ki, ona məxsus - bələdiyyə sənədi və keçmiş İcra başçısının sərəncamı olan bir neçə sotluq torpaq sahəsində tikinti aparılması üçün İcra Hakimiyyəti icazə vermir. Hətta, tikintiyə başlayıb, başa çatmaq üzrə olduğunda icra hakimiyyəti tərəfindən əraziyə polis əməkdaşları cəlb olunub və tikinti dayandırılıb.

Şikayətçinin sözlərinə görə, "İcra başçısı Elçin Rzayev də "uşaq başı aldadırmış kimi", "Lap mən sənə desəm də get tik, ora qaz, işıq, su verilməyəcək", deyə özünü "yaxşı adam" kimi göstərməyə çalışıb".

Adilə Babaşova isə bildirir ki, həmin ərazidə, ona məxsus kiçik torpaq sahəsinin yanında rayonun axunduna məxsus çörəkbişirmə müəssisəsi və mərasim evi fəaliyyət göstərir ki, Elçin Rzayevin özünün etirafına görə onlar da, eyni zamanda orada tikilən digər yaşayış evləri də sənədsizdir.

Yeri gəlmişkən, rayon sakinləri tərəfindən daxil olan məlumata görə İmişli rayonunun Xanhüseyn Bəylərov küçəsində - Rayon Mərkəzi Xəstəxanasının yanında yerləşən sözügedən bu yer əvvəllər istirahət parkı üçün nəzərdə tutulmuş yaşıllıq ərazi olub. Rayonun tanınmış iş adamlarından biri olan Aslan adlı şəxs bir neçə il əvvəl həmin ərazini İcra Hakimiyyətindən (sənədsiz) satın alıb. Aldıqdan sonra ərazidəki yaşıllıq ağacları bir gecənin içərisində kəsilib, ərazidən daşınıb və həmin ərazi boş torpaq sahəsi kimi hissə-hissə müxtəlif şəxslərə satılıb. İndi orada bir neçə yaşayış villaları var. Həmçinin, "Elçin uşaq bağçası, axunda məxsus çörəkbişirmə müəssisəsi, mərasim evi, market və bu kimi iaşə obyektləri fəaliyyət göstərir.

Özü də həmin ərazi rayon sakinləri arasında "Milyonçular məhəlləsi" kimi tanınır ki, bu da orada torpaq sahəsinin rayonun digər ərazilərinə nisbətən baha qiymətə satıldığı, orada tikilən evlərin 2-3 mərtəbəli villalar olduğu üçün sakinlər tərəfindən verilmiş addır.

P.S: Şəhid ailəsi Adilə Babaşovanın müraciətini yayımlamadan əvvəl Mеmarlıq və tikinti şöbəsinin müdiri Nazim Rəsulov ilə telefon əlaqəsi saxladıq və vətəndaşın narazı olduğu durumu diqqətinə çatdırdıq. Eyni zamanda, bu durum hər zaman problemli və imtiyazlı şəxslərin yanında həssas mövzu olduğu üçün şəxsən öz adımızdan da problemin həllində yardımçı olması və şəhid xanımının icra başçısının fərdi qəbulunda olması üçün köməklik göstərməsini xahiş etdik. O başçının qəbul günlərinin hər həftənin dördüncü günü olduğunu, başqa günlərdə bunun mümkün olmadığını bildirdi və fərdi qəbul üçün şərait yaradacağını qeyd etdi. Adilə Babaşova deyilən vaxtda yenidən İcra Hakimiyyətində oldu. Bəli, fərdi görüş təşkil edildi. Təbii ki, məsələyə aidiyyatı olan digər işçilərin iştirakı ilə baş tutan görüşdə, Elçin Rzayev yenə də sənədlərini düzəltməsini tövsiyyə edib, yola salıb.

Halbuki, xanım elə sənədlərin hazırlanmasında köməklik göstərilməsi və tikintini davam etdirməsinə icazə verilməsini xahiş etmək üçün oraya üz tutmuşdu.
Videomaterial yayımlandıqdan sonra isə sosial şəbəkədə rəy bölməsində İmişli rayon İcra Hakimiyyəti məsələyə bucür münasibət bildirib.
"İmişli şəhər sakini, şəhid ailəsi Babaşova Adilə Novruz qızı tərəfindən şəhərin Xanhüseyn Bəylərov küçəsinin sağ hissəsində yerləşən 120 kv.metr torpaq sahəsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 75-ci maddəsinin tələblərinə əsasən üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən müvafiq icazə sənədləri və Tikinti üçün Layihə Sənədləri Sisteminin tələblərinə uyğun tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi hazırlanmadan qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı müəyyən edilmiş və tikinti işləri dayandırılmışdır. İlkin mərhələdə nəzərdə tutulan obyektin tikintisi ilə əlaqədar yuxarıda qeyd olunan sənədlərin hazırlanması ilə bağlı A.Babaşovaya ətraflı izahatlar verilmişdir. Eyni zamanda A.Babaşova Rayon İcra Hakimiyyəti başçısının qəbulunda olarkən obyektin tikintisi üçün tələb olunan icazə sənədlərinin hazırlanmasında ona təkrar izahatlar verilmiş və sənədlərin hazırlanması ilə bağlı bu işlərdə ona dəstək olunacağı bildirilmişdir."
Daha bu dəstəyin nə vaxt göstəriləcəyi, ümumiyyətlə göstərilib - göstərilməyəcəyi, bugünə qədər niyə göstərilmədiyi sual olaraq qalır.
Mövzuya qayıdacağıq və növbəti yazıda İcra Hakimiyyəti binasının qarşısındakı Heydər Əliyev adına istirahət parkında qurudulmuş ağaclar, yığışdırılmış oturacaqlar, parkın iyrənc, antisanitar vəziyyətdə olan ayaqyolusu və bu kimi digər problemlərdən, eyni zamanda bəzi vəzifəli şəxslərin sahib olduqları əmlaklardan da bəhs edəcəyik .
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yeni başçı Vilyam Hacıyevin kadrını İŞDƏN ÇIXARDI

    Yeni başçı Vilyam Hacıyevin kadrını İŞDƏN ÇIXARDI ...

    25-06-2020, 13:22

  • 
  • Vilyam Hacıyev medianı hədələdi

    Vilyam Hacıyev medianı hədələdi ...

    19-02-2013, 11:02

  • 
  • Vilyam Hacıyevin ailəsi 124 manata kirayə yaşadığı yataqxanadan çıxarıldı - FOTO

    Vilyam Hacıyevin ailəsi 124 manata kirayə ...

    20-04-2021, 14:31

  • 
  • Vilyam Hacıyev İmişli sahibkarlarına Bakıdakı villasını təmir etdirib

    Vilyam Hacıyev İmişli sahibkarlarına Bakıdakı ...

    16-01-2013, 10:07

  • 
  • Vilyam Hacıyev iş günü rayonu icazəsiz tərk edib? – İcra başçısının xidməti avtomobili Bakıda belə qayda pozdu

    Vilyam Hacıyev iş günü rayonu icazəsiz tərk edib? ...

    23-01-2020, 16:43


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu