GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Səhiyyə ilə Prokurorluğu nə bağlayır?... - VİDEO

Səhiyyə ilə Prokurorluğu nə bağlayır?... - VİDEO

Tarix: 4-08-2022, 10:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 376


Xərçəngdən ölənlərin sayı kəskin dərəcədə artıb.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, hər il 14 milyondan artıq insana xərçəng diaqnozu qoyulur. Bu rəqəmin 2030-cu ilə qədər 21 milyona çatması gözlənilir.
Təşkilat bildirir ki, bütün dünyada xərçəng xəstəliyindən ölənlərin sayı 2000-ci illərlə müqayisədə 27,5 faiz artaraq 8,8 milyona çatıb.
Açıqlamada deyilir ki, əgər bu xəstəlik daha tez aşkarlansa, xəstənin sağalma ehtimalı da yüksək olur. Amma, nə yazıq ki, Azərbaycan səhiyyəsində elə bir vəziyyət yaranıb ki, müraciət edən xəstələrin vəziyyətindən əvvəl əlinə və cibinə baxılır. Maddi vəziyyəti ağılabatandırsa, xəstəliyi vaxtında aşkar olunur, deyilsə, həmin xəstə qalır evi ilə xəstəxana arasında yollarda. Salırlar get-gələ. Bunu biz demirik, bu vəziyyəti yaşayan yüzlərlə, hətta minlərlə vətəndaşlar deyir.

Qaldı ki, vətəndaşların doğru, yaxud səhiyyə işçilərinin dili ilə desək, "yalan" danışdığına, bunu da əyani olaraq, aşağıdakı linkdə izləyə bilərsiniz.



Bilirsiniz ki, hər zaman doğruları yayımlayan "DogruXeber.az" istənilən mövzuda əmin olmadığı və əlində reallığı sübut edən maddi dəlillərin olmadığı məlumatlar dərc etmir. Odur ki, izlədiyiniz bu görüntülər də 76 yaşlı Tibb Elmləri doktoru, professor, akademik Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzində lentə alınıb. Yeri gəlmişkən bu barədə əvvəllər də redaksiyamızda materiallar dərc olunub. Bizi yenidən mövzuya qayıtmağa vadar edən isə, sözügedən müəssisədə proseslərin eyni qaydada aparılması, bu qədər müraciət və şikayətlərə rəğmən vəziyyətin olduğu kimi qalmasıdır. Eyni zamanda, yaxınlarda redaksiyamıza göndərilən daha bir video materialdır ki, həmin görüntülər də Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasında lentə alınıb.
Görüntülərdən də aydın görünür ki, burada "pul tələb etmə" elə qapıdan girən kimi başlayır. Klinikaya daxil olanlar qeydiyyatdan keçməsi üçün yönləndirilir. Qeydiyyat şöbəsində çalışan xanımlar isə bunun üçün 5 (beş) manat ödəniş tələb edir. Özü də ödənilən bu məbləğ üçün heç kimə ödəniş qəbzi təqdim edilmir. Çünki müəssisə dövlət müəssisəsidir və kassa sistemi yoxdur. Belə olan halda sual yaranır, bəs hər kəsdən tələb olunan bu 5 manatlar hansı əsasla, kim (yaxud kimlər) üçün yığılır?

Yeri gəlmişkən, qeyd edək ki, məsələdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi də xəbərdardır. Yəni, əgər əvvəllər xəbəri yox idisə də, biz redaksiyası olaraq, dəfələrlə rəsmi müraciətlər göndərib, xəbərdar etmişik.

Lakin, cavabsız qalan müraciətlərdən və hər hansı bir tədbirin görülməsi barəsində redaksiyamıza heç bir məlumat verilməməsindən aydın oldu ki, bizə bu xəbəri verdiyimiz üçün "muştuluq da düşmür". Yəni, qurum müəssisədə olanlardan xəbərdardır və niyəsə susur.

Biz ötən yayımımızda da vurğuladığımız kimi Səhiyyə Nazirliyinin mətbuat xidmətində çalışan Fərid bəyə məlumat verdiyimizdə, o bizi ATU-nin özünün mətbuat xidməti ilə əlaqə saxlamağımızı tövsiyyə etdi. Halbuki, birbaşa cavabdeh qurum olduğu üçün dərhal məsələ barəsində araşdırmalara başlanılmalı və barəsində müvafiq tədbirlər görülməli idi.

Biz Fərid bəyin "tövsiyyə"si ilə ATU-nin mətbuat xidmətində çalışan Günel xanım ilə telefon əlaqəsi saxladıq. O da müəssisənin rəhbəri ilə görüşüb, onlarla danışmağımızı tövsiyyə etdi. Beləcə "Məlikməmməd" nağılında olduğu kimi ötür-ötur gedib, nəhayət ki, ATU-nin Onkoloji Klinikasının rəhbəri Leyla xanım ilə görüşdük.

Leyla xanım isə çözüm əvəzinə məsələni bizim də ört-basdır etməyimiz üçün "qeyri-rəsmi yolla razılığa gəlmək" təklifini etdi. Məsələnin bu qədər sərbəst şəkil alması ilə üst-üstə düşən təklifdən anladıq ki, bu nə ilkdir, (qarşısı alınmazsa) nə də ki, son. Görünür, Leyla xanım da, ondan əvvəlki rəhbərlər də həmişə bu kimi olayları "qeyri-rəsmi yollarla" ört-basdır edərək, özləri şərait yaradıblar ki, bu da rəhbər şəxsin özünün bu mövzuda şəxsi maraqları olduğuna işarə edir.

Nə hələ Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yaradılmamışdan əvvəl Milli Onkologiyada lentə alınmış rüşvət almanı əks etdirən görüntülərə, nə ATU-nin Onkoloji Klinikasında lentə alınan görüntülərə, nə də Akademik Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində qeydə alınan maddi dəlillərə və məlumatlara məhəl qoymamasından isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu kimi halların bu həddə çatmasında birbaşa səbəbkar və maraqlı tərəf olduğunu göstərir. Belə olmasaydı, məlumatlar hələ dərc edilmədən əvvəl, tərəfimizdən rəsmi müraciət daxil olan kimi dərhal həmin məsələ barəsində araşdırma başladılıb, lazımi tədbirlər görülərdi.

Bu tibb müəssisəsində korrupsiya tüğyan edir

Jurnalistdən rüşvət tələb olunan müəssisənin rəhbərindən maraqlı teleqram ...

Deyək ki, Səhiyyə Nazirliyini başa düşdük. Bir sahədə çalışanların biri -biri ilə əlbir olması gözləniləndir.

Qanun pozuntuları, korrupsiya halları barəsində qanuni tədbir görməli olan hüquq-mühafizə orqanı - Azərbaycan Respublikasının Baş Prokurorluğu hansı səbəbdən haqqında şikayətlər və faktlar olan tibb işçiləri, yaxud müəssisələri barəsində heç bir müvafiq tədbirlər görmür?

Halbuki dəfələrlə bir neçə müəssisə, iaşə obyektləri, qanunsuz, gizlin kəsilən ağaclar və sair barəsində dəfələrlə redaksiyamız adın rəsmi müraciətlər göndərmişik.

Keçmiş Qobustan rayon Mərkəzi Xəstəxanasının baş həkimi, hazırkı "Şamaxı Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsinin direktoru Emin Hüseyin barəsindəki iddiamız əlimizdə kifayət qədər materiallar olduğu halda digər vətəndaşların çoxsaylı şikayətləri kimi rədd edildi. Kəsilən ağaclar barəsindəki müraciətə baxılması prosesi uzadıldı və ümumiyyətlə qapadıldı. Zərifə Əliyeva adına Oftalmologiya Mərkəzində baş verənlər barəsindəki müraciətimizə hələ də heç bir məlumat, heç bir cavab yoxdur. Onkoloji klinika barəsindəki məlumatlar da həmçinin qapadıldı. Necə ki, birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi tapşırıq verməsinə baxmayaraq, Ordubad rayonu, Vənənd kənd sakini Nihal Hüseynovun övladı Uğur Hüseynovun müalicəsində etməli olduqları kömək başlamadan bitdi.

Necə olur ki, sosial şəbəkələrdə yazdığı sərbəst, şəxsi fikirlərinə görə jurnalistlər və sıravi vətəndaşlar prokurorluğa dəvət edilir, bu boyda korrupsiya, rüşvət, özbaşınalıq faktları və vətəndaş şikayətləri, media müraciətləri olduğu halda, yuxarıda qeyd etdiyimiz və etmədiyimiz bu kimi qanun pozuntuları bu qurum tərəfindən görməzdən gəlinir?
Mövzuya qayıdacağıq.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ATU-nin Onkoloji Klinikası BAZARA ÇEVRİLİB... - BU DA FAKT!!!

    ATU-nin Onkoloji Klinikası BAZARA ÇEVRİLİB... - ...

    3-08-2022, 13:50

  • 
  • 13 milyon insan xərçəng xəstəliyindən öləcək

    13 milyon insan xərçəng xəstəliyindən öləcək ...

    5-02-2014, 11:00

  • 
  • Ukraynada koronavirusdan ölənlərin sayı 300-ü ötdü

    Ukraynada koronavirusdan ölənlərin sayı 300-ü ötdü ...

    4-05-2020, 15:56

  • 
  • Azərbaycanda dəhşətli “xərçəng” statistikası

    Azərbaycanda dəhşətli “xərçəng” statistikası ...

    25-08-2015, 01:50

  • 
  • Koronavirusda ölənlərin sayı SARS-dan ölənlərdən çoxdur

    Koronavirusda ölənlərin sayı SARS-dan ölənlərdən ...

    4-02-2020, 15:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu