Çində 475 sağalma və 361 ölüm hadisəsi qeydə alınıb Yeni koronavirusdan ölənlərin sayı 2002 və 2003-cü illərdə Çində baş verən ağır kəskin tənəffüs sindromundan (SARS) ölənlərin sayından artıqdır. "The New York Times” xəbər verir ki, son günlərdə ölkə daxilində sağalan insanların sayı artıb, bu yeni virusun ölüm nisbətinin nisbətən aşağı olduğunu göstərir.
Çinin Səhiyyə Komissiyası bazar günü bildirib ki, ölkədə 475 sağalma və 361 ölüm hadisəsi qeydə alınıb. SARS yayılması zamanı Çində 349 nəfərin öldüyü bildirilir. Sağlamlıq mütəxəssisləri sağalma sayının durmadan artmasından məmnun qaldıqlarını deyiblər. Onlar edilən müalicələrin təsirli olduğunu və virusun SARS kimi ölümcül olmadığını qeyd ediblər. SARS-da ölüm nisbəti 9,6 faiz olub və yeni koronavirus ilə yoluxmuş insanların indiyədək təxminən 2 faizi ölüb. Çin ilk olaraq koronavirusun yayılma xəbərini 31 dekabr tarixində bəyan edib. Pnevmaniya virusu Çinin 10 milyondan artıq əhalisi olan Hubey əyalətinin Vuhan şəhərində yaranıb. Artıq 12 gündür ki, həm şəhər, həm də Hubey əyaləti karantin altına alınıb. Verilən məlumatlara görə, virusun episentri olan Hubeydə 80 xəstə bazar günü sağalıb. Bununla yanaşı 56 nəfər həyatını itirib. Şənbə günü 49 xəstə xəstəxanadan sağlam ayrılsa da, 45 nəfərin öldüyü bildirilir. Hələ də yeni koronavirusa yoluxanların sayı artmaqdadır. Yoluxmanın sonlanmasının zaman alacağı bildirilir. Bazar günü də daxil olmaqla 17,205 yoluxma hadisəsi qeydə alınıb. SARS yoluxması zamanı xəstəlik halının sayı 5,327 olub, Dünya Səhiyyə Təşkilatı bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?