GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Deputat oğlunun biznes maxinasiyaları - Ortada “kristal” kimi faktlar var...

Deputat oğlunun biznes maxinasiyaları - Ortada “kristal” kimi faktlar var...

Tarix: 15-08-2022, 13:02 Bölmə :GündəmXəbər / Manşet Baxış: 231


Milli Məclisin “Şöhrət” ordenli deputatı Ağalar Vəliyevin şan-şöhrətini görmək üçün medya üzərindən qısa bir araşdırma aparmaq kifayətdir. Millət vəkili adlanan şəxsin indiyə qədər millətdən yana quruca bir çıxışı olmasa da barəsində türlü-türlü informasiyalar verilir. İndiyə qədər bir şəhid, qazi ailəsinə hər hansı yardımı toxunmayan A.Vəliyev Milli Məclisin sabiq sədri Oqtay Əsədova dəyəri milyonlarla ölçülən villa hədiyyə edib. Uçuq-sökük komalarda böyüyən və bu ölkənin zəfər tarixini yazan qəhrəmanlarımızın birinə bir otaq bağışlamayan tikinti maqnatı A.Vəliyev sabiq spikerinə qarşı görəsən nədən belə səxavətli davranıb? Bəlkə 2013-cü ildə bir məclisdə buraxdığı “səhv”inə görə o zamankı MTN şefinin toruna düşən deputat bir daha belə səhvlərə yol vermək istəməyib. Xatırladaq ki, o vaxt Ağalar Vəliyev MTN tərəfindən özünün səs yazısı ilə vurulmuşdu. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Gundemxeber.Az Rubrika.Az-a istinadla bildirir ki, həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib.

“Kristal Abşeron” demişkən, fəaliyyəti heç də kristal olmayan bu şirkət haqqında da çoxsaylı məlumatlar vardır. Şirkətin qeyri-rəsmi sahibi olan deputatın tikinti sektorunda böyük payı var. İnşa edilən binalarda yol verilən qanunsuzluqlar, alıcılarla yaranan problemlər barəsində isə dastan bağlamaq olar. Deputatın rəhbəri olduğu “Azəraqrartikinti” ASC-də baş verənlər isə xüsusi araşdırma mövzusudur. Qeyri-şəffaf tenderlər, milyonlarla vəsaitin havaya sovrulması, özəlləşdirmə maxinasiyaları və s. Unutmayın ki, bu və sairədən sonra yenə də söhbət milyonların qaranlıq taleyindən keçir. Yoxa çıxan milyonların bir qismi isə deputatın oğlunun ölkədə və xaricdə rəhbərlik etdiyi şirkətlər tərəfindən “yuyularaq” yenidən dövriyəyə daxil olur. Pərviz Vəliyevin biznes şəbəkəsi Türkiyədə, Ukraynada, Gürcüstanda da şaxələnib. Beləcə Azərbaycanda havaya sovrulan milyonlar digər ölkələrdə “ikinci həyat” qazanır. Olmazmı ki, Azərbaycanın millət vəkili adını daşıyan bir şəxs elə biznesini öz ölkəsində çiçəkləndirəydi? Dövlət başçısı xarici sərmayədarları ölkəyə dəvət etdiyi halda “Şöhrət” ordenli deputatın oğlu hansı səbəbdən milyonları xaricdə dövriyəyə sürür? Sizcə də qeyri-anormal deyilmi?

Görünür A.Vəliyev cənabları millət vəkili statusunu daha çox biznes imperiyasının toxunulmazlığı üçün işlədir. Əks təqdirdə onun fəaliyyətindən bu millətə də bir zərrə xeyir toxunardı. Ən azından böyük qələbəmizdən keçən bir ildə bu baş verməyibsə fikirləşməyə dəyər. Ortada “kristal” kimi faktlar var…


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Generalın adamı nazirə qarşı

    Generalın adamı nazirə qarşı ...

    1-09-2015, 14:21

  • 
  • Milli Məclisdə görünməmiş səhv - FOTO

    Milli Məclisdə görünməmiş səhv - FOTO ...

    24-10-2013, 21:33

  • 
  • Deputata və şirkətinə müdhiş ittihamlar

    Deputata və şirkətinə müdhiş ittihamlar ...

    13-04-2015, 22:23

  • 
  • Milli Məclisin üzvlərinə deputat vəsiqələri paylanıb

    Milli Məclisin üzvlərinə deputat vəsiqələri ...

    1-12-2015, 14:05

  • 
  • Milli Məclisdə “casus qalmaqalı“ məsələsi müzakirə olunub

    Milli Məclisdə “casus qalmaqalı“ məsələsi ...

    14-02-2014, 12:46


Təqvim

«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Arxiv xəbərlər

Sentyabr 2023 (534)
Avqust 2023 (582)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu