Gundemxeber.az » GündəmXəbər » Səfər Mehdiyevi HƏBSƏ YOLLAMAQ İSTƏYİRLƏR... - İDDİA
Şahin Bağırov Dövlət Gömrük Komitəsinə sədr əvəzi gələndən sonra keçmiş DGK rəhbəri Səfər Mehdiyevə qarşı bir kampaniya başlayıb və burada başlıca məqsəd onun həbsinə nail olmaqdır. Gudnemxeber.az bildirir ki, bu barədə dia.az-a DGK-dakı mötəbər mənbə informasiya verib.
Xəbəri verən qaynaq bildirir ki, əslində Səfər Mehdiyev Şahin Bağırovun gəlişinə qədər də hədəfdə idi: "Ona qarşı kampaniya Ehtiram xəlilov tutulanda ortaya çıxdı. Səfər Mehdiyev də onda xəbər tutu ki, artıq bir proses başlayıb. Və o zaman gec idi. İndi də onun həbsi üçün şərait yetişdirilir. Bəlkə də yaxın günlərdə belə bir hadisə baş verəcək.
Ola bilsin ki, kimlərsə Səfər Mehdiyevin toxunulmazlığını düşünür. Yəni rəhbərlər bu kimi olaylarda adətən həbs olunmur. Amma bu dəfə məsələ tamam fərqlidir".
Onu da qeyd edək ki, Səfər Mehdiyev özü də həbsdə olan keçmiş adamlarının azadlığı üçün çaba sərf edir və qohumlarının bu şəkildə hədəfə alınmasını önləməklə məşğuldur. Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Gundemxeber.az
27-08-2019, 16:26
16-11-2018, 16:09
25-07-2020, 18:15
7-04-2020, 20:56
24-06-2020, 12:23
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?