GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Generalın restoranında “Penitensiar pomidoru” yeməyin başqa ləzzəti varmış... - Burası AZƏRBAYCANDIR!

Generalın restoranında “Penitensiar pomidoru” yeməyin başqa ləzzəti varmış... - Burası AZƏRBAYCANDIR!

Tarix: 6-09-2022, 11:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 381

Otən sayların birində “Ceyhun Həsənovun yeni sort pomidoru ölkədə böyük marağa səbəb olub” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini, Penitensiar Xidmət rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənovun yeni növ pomidor yetişdirməsindən söhbət açılırdı. Qeyd olunurdu ki, sosial şəbəkələrdə “Penitensiar pomidoru”, “General pomidoru” adı verilən bu tərəvəz növü çox sayda insanın diqqətini cəlb edib. Belə ki, vətəndaşlar general-leytenantın yetişdirdiyi pomidorun dadına baxmaq arzusunda olduğunu bildiriblər...

Etiraf edək ki, yazı müəllifi olaraq həmin pomidorun dadına baxmaq istəyi bizim də içimizdən keçməmiş deyildi. Amma eşidəndə ki, bu pomidorların böyük hissəsi ölkədən kənarda satılır, boşalmış, yarızay məhsullar isə Penitensiar Xidmətin tabeçiliyində olan həbsxanalara göndərilir, nəfsimizi boğmaqdan başqa çarəmiz qalmadı. Çünki karantin rejiminin davam etdiyi, quru sərhədlərin bağlı olduğu indiki dönəmdə ölkədən kənara çıxmağın çətinlikləri hər kəsə bəllidir. “Penitensiar pomidoru” yemək üçün cinayət törədib həbxsanaya düşmək isə heç də ağıllı fikir deyildi. Hətta bu yola əl atsaq belə, digər məhkumlar kimi, bizim də ancaq boşalmış, xarab pomidorların dadına baxmaqdan başqa şansımızın olmadığı bəlli idi.
Elə bu düşüncələr içərisində “General pomidoru” əldə etməyin yollarını axtararkən, təsadüfən saytların birində qarşıma maraqlı bir xəbər çıxdı. Məlum oldu ki, general-leytenantın yenicə biznesə qədəm qoyan oğlu Salyan rayonunda atasının şərəfinə “Yolüstü” adlı restoran açaraq, müştərilərə “Penitensiar pomidoru”, eləcə də Ceyhun Həsənovun yetişdirdiyi digər tərəvəz məhsullarını təklif etməkdədir. Sayt yazırdı ki, təmtəraqlı açılış mərasimi keçirilən restoran Bakı-Astara magistralının hər iki kənarında yerləşir və general-leytenantın doğulduğu kəndin adını daşıyır.

İşə bax ki, C.Həsənovun oğlunun restoran açması xəbərini eşidər-eşitməz könlümüzdən “quşdan qanad alıb” Salyana uçmaq həvəsi keçdi. Lakin qarşıdakı günlərdə peşə fəaliyyətimizlə əlaqədar cənub rayonlarından birinə səfərimiz nəzərdə tutulduğundan, “quşları narahat etməyib”, məhz həmin vaxt yolüstü general-leytenantın oğlunun restoranına da baş çəkməyi qərara aldıq
Beləliklə, həftə sonu “Yolüstü” restoranında “Penitensiar pomidoru” yemək, Ceyhun Həsənovun bostanından olan məhsulların dadına baxmaq arzumuz çin oldu. Oxucularımız arasında da bu istəkdə olanların varlığına şübhə etmədiyimizdən, öncə restoranın yerləşdiyi ərazinin mənzərəsini canlandırmağa çalışaq. Yuxarıda da qeyd etdiyimiz kimi, restoran Salyan rayonu ərazisində yerləşir və Bakı-Astara yolunun hər iki hissəsini əhatə edir. Yanında “SOCAR” yanacaq doldurma məntəqəsi, mağaza, ibadət evi və s. iaşə müəssisələri fəaliyyət göstərir. Obyektin bir hissəsində, daha böyük ərazidə isə adı mətbuatda bir çox qalmaqalda hallanan “Salyan Aqro” yerləşir. Obyektin tikintisi hələ tam başa çatmasa da, ərazidə böyük sürətlə abadlaşma işləri aparılırdı...

Ətrafı bir qədər seyr etdikdən sonra “Yolüstü” restoranına daxil olduq. Gözlədiyimizin əksinə olaraq içəridə müştəri az idi. Görünür, həmin yolun üstündə uzun zamandır fəaliyyət göstərən və özünə müştəri toplayan “Hacıoğlu” kimi restoranlar olduğundan, yenicə fəaliyyətə başlayan “Yolüstü” təbii olaraq müştəri qıtlığı yaşayır...

Restorana daxil olanda diqqətimizi ilk olaraq cəlb edən içəridə quraşdırılan və qiyməti 4 min manatdan ucuz olmayan çoxsaylı “AUX” kondisionerləri oldu. Hiss olunurdu ki, general-leytenant oğlunun biznesi üçün yaxşı pul buraxıb. Amma kondisoner məsələsinin marağımıza səbəb olmasının başqa bir səbəbi vardı. Kimsəyə sirr deyil ki, Penitensiar Xidmətin nəzarətində olan cəzaçəkmə müəssisələrində kondisionerli otaqlar üçün məhkumlardan böyük məbləğdə pullar alınır. Əksər kameralarda isə yay aylarında temperatur 35-40 dərəcədən aşağı düşmür. Bu səbəbdən, bir anlıq fikrimizdən keçdi ki, kaş, Ceyhun müəllim oğlunun obyektinə qoydurduğu 4 min manatlıq “AUX” kondisionerlərindən ikisinin qiymətinə 10-12 ədəd sıradan kondisioner alıb, türmələrdə istidən əzab çəkən kasıb məhbusların kameralarına yerləşdirəydi. Lakin bunun heç vaxt olmayacağını bildiyimizdən, boş xəyala dalmaqdan vaz keçib, masalardan birinə əyləşdik.
Gundemxeber.az hurriyyet.az-a istinadla bildirir ki, bir neçə dəqiqə sonra sonra ofisiant yaxınlşadı və bizi menyü ilə tanış etdi. İnsaf naminə, qiymətlər cənub zonasında mövcud olan digər restoranlarla müqayisədə münasib idi. Ətrafdakı milçəklərin çoxluğunu nəzərə almasaq, xidmət və yeməklərin keyfiyyəti də pis deyildi. İlk olaraq pomidor sifariş verməyimiz ofisiantı təəccübləndirsə də, istəyimizə uyğun olaraq masaya öncə ayrıca qabda pomidor, əlavə olaraq xiyar və qarpız gətirildi. Tərəvəzlərin yerli məhsul olub-olmadığı ilə maraqlandıqda isə, hamısının “Salyan Aqro”nun bostanından olduğunu söylədi.

Generalın restoranında “Penitensiar pomidoru” yeməyin başqa ləzzəti varmış...

Beləliklə, Avropasayağı həzin musiqilərin sədası altında yeməyimizi yeyib, üstündən də çay içdikdən sonra hesabı istədik. Ofisiant məbləği birbaşa söylədikdə, “sizin restoranda müştərilərə çek verilmirmi” deyə sual etdik. O, “verilir” deyib, kassaya yaxınlaşdı. Az sonra üzərində sadəcə məbləğin qeyd olunduğu ağ kağız parçası ilə geri döndü. Bu zaman bizə agah oldu ki, əksər məmurların obyektlərində olduğu kimi, Ceyhun müəllim də vergi ilə “dərin anlaşma” içərisindədir. Amma uzunçuluq etməyib hesabı ödədik və ofisianta “çayvoy” verməyi də unutmadıq. Restoranı tərk edərkən hər şeydən xəbərsiz kimi, ofisiantdan obyektin sahibinin kim olduğunu soruşduq. Təbii ki, aldığımız cavab bizi heç də təəccübləndirmədi: “Bilmirsiniz, bura türmələrin rəisi Ceyhun müəllimin obyektidir”.
Çıxışda mağazaya da baş çəkib, yol üçün yüngül alış-veriş etdik. Maşına minərkən “Salyan Aqro”nun böyük anbarı diqqətimizi cəlb etdi. Yerli sakinlərin birindən bu anbarda nə saxlanıldığını soruşduq. Məlum oldu ki, Ceyhun Həsənov təkcə tərəvəz yetişdirməklə məşğul deyil, rayonda özünə məxsus hektarlarla ərazidə taxıl da becərir və toplanılan məhsulu “Salyan Aqro”nun anbarına yığır. Dedilər ki, general-mayor buğdanı daha baha qiymətə satmaq üçün qış fəslini gözləyir...

P.S. Əlbəttə, “Penitensiar pomidoru” yemək üçün Bakıdan Salyana gedib, sonra onun dadı ilə bağlı düşüncələrimizi oxucularla paylaşmasaq, doğru olmaz. Amma dəyərli oxucuların əfvinə sığınıb, bu haqda susmaq qərarına gəldik...
 


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • GENERALIN POMİDOR YETİŞDİRMƏSİ… - Ceyhun Həsənovun yeni sort pomidoru ölkədə böyük marağa səbəb olub

    GENERALIN POMİDOR YETİŞDİRMƏSİ… - Ceyhun ...

    10-08-2022, 14:45

  • 
  • Ədliyyə naziri Penitensiar xidmətlə bağlı əmrlər verdi

    Ədliyyə naziri Penitensiar xidmətlə bağlı əmrlər ...

    19-11-2013, 11:35

  • 
  • İsakov Penitensiar Xidmətdən getdi - " ... yola salınmağımı gözləmirdim" - FOTO

    İsakov Penitensiar Xidmətdən getdi - " ... ...

    12-05-2016, 22:29

  • 
  • Nazir yeni rəisi təqdim etdi

    Nazir yeni rəisi təqdim etdi ...

    11-06-2016, 15:22

  • 
  • Penitensiar Xidmətin 51 əməkdaşı məsuliyyətə cəlb edilib

    Penitensiar Xidmətin 51 əməkdaşı məsuliyyətə cəlb ...

    24-07-2013, 11:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu