GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Apellyasiya məhkəməsindən Ali məhkəməyə şikayət olundu - TƏFƏRRÜAT

Apellyasiya məhkəməsindən Ali məhkəməyə şikayət olundu - TƏFƏRRÜAT

Tarix: 7-09-2022, 12:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 343

Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun ədalətsiz qərarından şikayət - DSX-nin haqsız yerə xidmətdən uzaqlaşdırılan giziri Ali Məhkəmənin ədalətinə ümid edir.


Vətəndaş Cənnətova Rəqsanə Şəmil qızı GundemXeber.Az-ın redaksiyasına müraciət edərək oğlu Cənnətov Alim Cənnət oğlunun haqsızlıqla üzləşdiyini bildirmiş, məhkəmə ədalətsizliyindən şikayətlənmişdir.

R.Cənnətova bildirir ki, gizir rütbəli Alim Cənnətov Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Nəzarəti İdarəsində “Heydər Əliyev Beynəlxalq Aeroportu” sərhəd nəzarəti şöbəsinin yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində xidmət edirmiş. Onu iki il əvvəl Mirzəyev Şahin Sahib oğlu şəxsin şikayəti əsasında və İdarənin daxili təhlükəsizlik şöbəsinin rəisi Namiq Cəlilovun ona qarşı qərəzli mövqe nümayiş etdirək təzyiq altında aldığı izahatla formalaşdırdığı mənfi rəy  nəticəsində guya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq vəzifədən azad etmişlər. 

Haqsızlıqla barışmayan Alim Cənnətov Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidməti rəisinin onun vəzifədən azad olunması və ehtiyata buraxılması barədə 11.03.2021-ci il tarixli 549Ş/H saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanılaraq ona verilməsinin Dövlət Sərhəd Xidmətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. 

İşin halları Bakı İnzibati Məhkəməsində, daha əvvəl isə istintasq orqanında Rövşən Bayramov adlı müstəntiq tərəfindən araşdırılmış, Alim Cənnətovun xidməti uyğunsuzluq kimi dəyərləndirilə biləcək heç bir nöqsanının olmadığı qənaətinə gəlinmiş və hakim Mehriban Qarayevanın sədrliyi ilə Alim Cənnətovun iddiasının təmin olunması barədə qərar çıxarılmışdır.

Qarşı tərəf qərardan narazı qaldığı üçün Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermişdir.

Rəqsanə Cənnətova bildirir: “Apellyasiya məhkəməsi ilk əvvəl iyulun 20-nə təyin olunmuşdu. Sonra qəfildən iki gün geri çəkilməsi barədə bizə mesaj göndərildi. İyulun 18-də keçirilən iclasda apellyasiya şikayəti verən tərəfin nümayəndəsi məhkəməyə gəlmədi. Hakim Azər Hüseynov yekun prosesi avqustun 31-nə təyin etdi. Alim Cənnətovu məhkəmədə atası və qanuni nümayəndəsi kimi Cənnətov Cənnət Lətif oğlu təmsil edirdi. Alimə vəkillik xidməti göstərən şəxsə məlum olmuşdur ki, əslində Alimdən şikayət edən Şahin Mirzəyev özü deyil, atası Sahib Mirzəyev olmuşdur. Məsələnin vaxtında deyil, iki il sonra qabardılması da müəmmalıdır və Alimə qarşı qərəzli mövqeyin göstəricisidir. Bizim tərəfdən məhkəmədə iştirak edən şəxslərin müşahidələrindən təəssüratları belə olmuşdu ki, sanki hakim və köməkçiləri birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəstəkləyəcəklər. Həmin məhkəmə iclasında hakim köməkçiləri hətta qarşı tərəfə qınayıcı suallar da vermiş, əsaslandırılmış cavab almadıqlarına görə başlarını məyusluqla yelləyərək təəssüflərini bildirmişlər. Lakin apellyasiya məhkəməsinin qərarının məhz həmin gün elan olunmaması, sentyabrın 2-nə saat 16:45-ə kimi təxirə salınması bizdə müəyyən şübhə və narahatlıqlar doğurmuşdu. Odur ki, “qaynar xəttə” zəng vurub öyrəndik ki, əslində qərarın elanı sentyabrın 21-nə təxirə salınıb. Ancaq yenə də gözləmədiyimiz halda qərar qəfil sentyabrın 5-də elan olundu və dərhal da sistemə oturduldu. Sən demə, şübhələrimiz heç də əsassız deyilmiş. Bu təxirəsalmalar da hakim Azər Hüseynovun oyunları imiş. Apellyasiya məhkəməsinin qərarı ilə Bakı İnzibati Məhkəməsinin ədalətli qərarı əsassız elan olundu. Hakim Azər Hüseynovun bunca ədalətsiz olacağını gözləmirdik. Alimin atası Cənnət Cənnətov deyir ki, proses zamanı Alimin xidmət dövründə davranışının heç də xidmətə uyğunsuz olmadığı barədə hakim Azər Hüseynovla fikir mübadiləsi aparıb, söhbət əsnasında Dövlət Sərhəd Xidməti rəisi general-polkovnik Elçin Quliyevin əsgərə “cənab” deyə müraciət etməsi kimi təqdirəlayiq nüanslar xatırlanıb. Onun hakimə verdiyi: “Alimə “küçük” deyib təhqir edən, təzyiq göstərən zabit Namiq Cəmilovun davranışı xidmətə uyğundurmu” sualına Azər Hüseynov: “Yox, yüksək vəzifəli şəxsin məsuliyyəti daha böyükdür” cavabını verib. Hamımız elə bilirdik ki, Bakı Apellyasiya Məhkəməsinin məlum qərarının elan olunmasının təxirə salınması yəqin reqlamentin gərginliyi ilə əlaqədardır. Rövşən Bayramovun işin əvvəlində sərgilədiyi obyektivlik mövqeyini sonradan dəyişməsi haradasa başa düşüləndir - xidmət etdiyi nüfuzlu qurumun məhkəməni uduzmasını istəmir, yəqin, o da təzyiqlə üzləşib. Amma qərar verməkdə müstəqil olan məhkəmə hakimi Azər Hüseynovun nəyə görə 180 dərəcə mövqe dəyişməsi anlaşılan deyil. Bəlkə, hakim Azər Hüseynovun simasından küskünlük hiss edən Cənnət Cənnətovun sezdiyi kimi, nəsə minnətdarlıq umurmuş? – deyə bilmərik. Onu da qeyd edim ki, Cənnət Cənnətov bizi məyus edən məlum qərardan sonra dəfələrlə Bakı Apellyasiya Məhkəməsinin “qaynar xətti”nə zəng vuraraq hakimin özü, köməkçiləri, məhkəmə katibi ilə əlaqə qurmağa çalışmış, lakin telefonu qaldıran “qaynar xətt” operatoru Günel adlı xanım təəssüf hissi ilə onları əlaqələndirmək cəhdlərinin uğursuz olduğunu bildirmişdir. Alimin atası həmçinin dəqiqləşdirib ki, Azər Hüseynov daha əvvəl Azərbaycan Respublikası Ali Məhkəməsində hakim işləyib, onun Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilməsi karyera nöqteyi-nəzərdən endirilmə kimi qəimətləndirilə bilər. Bu da yəqin bir növ “xidməti uyğunsuzluğunun” nəticəsidir. Görünür, Azər Hüseynov bu tənbehdən nəticə çıxarmayıb, öz əvvəlki ampluasındadır.

Zərərçəkmiş Alim Cənnətov və yaxınları Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verməyə hazırlaşır. Eyni zamanda məsələni, Məhkəmə-Hüquq Şurasının sədri, Ədliyyə naziri çox hörmətli cənab Fikrət Məmmədovun yüksək diqqətinə çatdırmaq niyyətindədirlər. Ümid edirlər ki, Ali Məhkəmədə Alim Cənnətovun təqsirsizliyi, eləcə də əmisinin I Qarabağ müharibəsi şəhidi, qaynatasının I Qarabağ müharibəsi iştirakçısı və II qrup əlil, anasının II qrup əlil olduğunu, başçılıq etdiyi gənc ailənin ehtiyaclı durumu nəzərə alınacaq.

Redaksiya olaraq mövzunu diqqət mərkəzində saxlayacağıq və Cənnətovların Azər Hüseynovla Namiq Cəlilovu bağlayan “incə tellər” barədə şübhələrindən yazacağıq.  


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DSX-nin 5 zabitinə ali hərbi rütbə verildi — SİYAHI

    DSX-nin 5 zabitinə ali hərbi rütbə verildi — ...

    17-08-2020, 14:46

  • 
  • Ramin Hacılının apellyasiya şikayəti təmin edilməyib

    Ramin Hacılının apellyasiya şikayəti təmin ...

    6-08-2018, 16:28

  • 
  • ​DTX əməliyyat keçirdi: XİN-in və DSX-nın əməkdaşları tutuldu

    ​DTX əməliyyat keçirdi: XİN-in və DSX-nın ...

    27-01-2018, 13:31

  • 
  • Sərhədçilər qəzaya düşüb, qərargah rəisi ölüb

    Sərhədçilər qəzaya düşüb, qərargah rəisi ölüb ...

    20-07-2020, 10:57

  • 
  • DSX Laçında 2 hərbçinin ölümü ilə bağlı rəsmi açıqlama yaydı

    DSX Laçında 2 hərbçinin ölümü ilə bağlı rəsmi ...

    17-06-2021, 11:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu