GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Nazirə dedim ki, necə xəbəriniz yoxdur, zəliləri satıb, pulunu yemisiz"

"Nazirə dedim ki, necə xəbəriniz yoxdur, zəliləri satıb, pulunu yemisiz"

Tarix: 8-09-2022, 14:21 Bölmə :GündəmXəbər Baxış: 243


“Sərhəddə məndən müsadirə olunmuş zəliləri saxlanılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kiçik Qızılağac Balıqartırma Təsərrüfatına təhvil veriblər. Təsərrüfatın müdiri də zəliləri satıb. Məhkəmələr qərar çıxarıb ki, Balıqartırma Təsərrüfatı mənə 120 min manatı ödəsin, ancaq məhkəmə qərarı icra olunmur”.


Gundemxeber.az xəbər verir ki, bu sözləri Masallının Boradigah kənd sakini Azad Abdullayev Meydan TV-yə deyib.

O bildirib ki, dədə-babadan tibbi müalicəvi zəli yetişdirməsiylə məşğul olublar. Uzun illərdir ki, zəli yetişdirib həm ölkə daxilində, həm də əsasən İranda satırlar. 2017-ci ildə növbəti dəfə Astaradan və Biləsuvardan bir gün fərqi ilə İrana zəli keçirmək istəyərkən saxlanılıb. Səbəb zəliləri təhvil verəcəyi İrandakı müəssisə ilə aralarında müqavilənin olmaması imiş. Zəlilər müsadirə olunub, özü isə bir neçə nəfərlə birlikdə (aralarında gömrük işçiləri də olub) cinayət məsuliyyətinə cəlb edilib. Astara gömrüyündə müsadirə olunan 68 min ədəd zəli Neftçaladakı Kərimov adına Balıqartırma Zavoduna, Biləsuvar gömrüyündə müsadirə olunmuş 112 min ədəd zəli isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kiçik Qızılağac Balıqartırma Zavoduna saxlanması üçün təhvil verilib. Azad Abdullayev 7 ay istintaq müddətini həbsdə keçirib və bu zaman hər iki zavodun rəhbərliyi onlara saxlanılması üçün verilmiş zəliləri satıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsi ona 2 il müddətinə şərti cəza kəsib, hökmdə müsadirə olunmuş zəlilərin özünə qaytarılması da əksini tapıb. Azad Abdullayev azadlığa çıxanda dəymiş zərərin ödənilməsi üçün hər iki zavodun rəhbərliyini məhkəməyə verib. Məhkəmə Neftçaladakı Kərimov adına Balıqartırma Zavodunun 68 min manat, ETSN Kiçik Qızılağac Balıqartırma Zavodununsa 112 min manat zərərin ödənilməsi ilə bağlı qərar çıxarıb. Kərimov adına zavodun rəhbərliyi zərəri ödəsə də, zəlinin sahibi digər zavodla bu mövzuda hələ də çəkişir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən bildirilib ki, mübahisə predmeti olan zəlilər dövlətin olub. Azad Abdullayev dövlətin sərvəti olan zəliləri qaçaqmalçılıq yolu ilə başqa ölkəyə keçirmək istəyərkən həbs olunub və məhkum edilib.

Ancaq Azad Abdullayev başqa söz deyir:

“Qeyd etdiyim kimi, Kərimov adına Balıqartırma Zavodu zərəri ödədi, ancaq digər zavodun direktoru Dadaş Abbasov məhkəməyə zəlilərin ölməsiylə bağlı saxta sənəd düzəldib təqdim etdi. Hakim sənədin saxta olduğunu bildi və zavodun direktoruna “bilirsən də buna görə səni nə gözləyə bilər”, – dedi. 1 il 6 ay çəkən məhkəmə zavoda qarşı 112 min manat maddi zərərin ödənilməsi iddiamın təmin olunmasıyla başa çatdı. Qarşı tərəf apelyasiya şikayəti verdi, 1 il 4 ay da o məhkəmə davam etdi, məhkəmə mənim iddiamı təmin edən Qətnaməni qüvvədə saxladı”.

Azad Abdullayevin sözlərinə görə, kassasiya şikayəti müddəti ötsə də, qarşı tərəf Ali Məhkəməyə kassasiya şikayəti vermir, ona dəymiş zərəri ödəyəcəyini vəd edir:

“Zavodun direktoru Dadaş Abbasov Lənkəran rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra icra məmuruna dedi ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquqşünaslarıyla məsləhətləşib, qərara gəliblər ki, dəymiş zərər ödənilsin. İcra məmurunun yanında izahat yazdı ki, 2022-ci il fevralında nazirlik tərəfindən dəymiş zərər ödəniləcək. Fevral ayı oldu, ödəniş edilmədi. İcra məmuru nazirliyin hüquq şöbəsi ilə əlaqə saxladı, yenə nəticəsi olmadı. Zavodun əmlaklarına həbs qoyuldu. Qarşı tərəf məhkəməyə verib, əmlakları həbsdən çıxartdı, əvəzinə, zavodun həyətindəki torpaq təpəciklərə həbs qoyuldu. Yəni bildiniz də, təpəciklər deyəndə söhbət nədən gedir. Gölü qazıb, torpağı kənara tökürlər, torpaq təpəciklər yaranır, öz aralarında buna “damba” deyirlər, bax, həmin “damba”lara… Mən etiraz etdim, dedim, torpaq yığınından əmələ gələn təpəcik nə vaxtdan əmlak sayılır? Zavodda işlək vəziyyətlə olan 42 min manatlıq kürüyetişdirmə sexləri var, həbs onların üzərinə qoyulsun. Zavodun direktoru Dadaş Abbasov dedi, o təpəciklərin 290 min manat dəyəri var. Hakim də bu sözün əsasında təpəciklərə həbs qoydu”.

Azad Abdullayev bu ilin mayında Fuad Ələsgərovun, iyununda baş prokuror Kamran Əliyevin qəbulunda olub. Kamran Əliyev məsələni şəxsi nəzarətinə götürəcəyini deyib. Bir neçə gün sonra icra məmuruna Baş prokurorun işi şəxsi nəzarətinə götürməsi barədə iki cümləlik məktub daxil olub, vəssalam.

Azad Abdullayev Bakıya – ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin qəbuluna gəlib. Ona nazirin növbəti gün Qazaxda qəbul keçirəcəyini bildirərək ora getməsini tövsiyə ediblər. O da Qazax rayonuna gedib, ancaq nazirin qəbulunda eşitdiyi söz onu məyus edib:
“Dedi, mənim bu işdən heç xəbərim yoxdur ki… Dedim, necə yəni xəbəriniz yoxdur, zəliləri satıb, pulunu yemisiz, 4 ildir məhkəmələr gedir, naziri olduğunuz quruma qarşı iddia qaldırılıb və təmin olunub, bu boyda həngamədən necə xəbərsiz qala bilərsiz? Mənə son sözü bu oldu ki, dövlət vətəndaşa pul ödəmir”.

Nazirin qəbulundan 20 gün sonra Azad Abdullayev yenə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hüquq şöbəsiylə əlaqə saxlayıb. Ona “məsələ araşdırılır” deyilib:

“Dedim, bu işi məhkəmə araşdırıb, hüquqi qiymətini də verib, siz kimsiniz ki, araşdırma aparasınız? Sizin işiniz odur ki, məhkəmənin kəsdiyi pulu vətəndaşa ödəyəsiz”.



GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bayılın ardınca "At yalı" və "Zəli gölü" ərazilərində sürüşmə aktivləşdi

    Bayılın ardınca "At yalı" və "Zəli ...

    20-02-2018, 17:12

  • 
  • Toyuna dava düşən ev sahibi Rəşad Dağlının pulunu vermir - 5 min manatın davası

    Toyuna dava düşən ev sahibi Rəşad Dağlının pulunu ...

    22-09-2017, 19:55

  • 
  • 75 ovçu cərimələndi (VİDEO)

    75 ovçu cərimələndi (VİDEO) ...

    28-11-2014, 00:38

  • 
  • Qanunsuz balıq ovlayan 30 nəfər saxlanılıb

    Qanunsuz balıq ovlayan 30 nəfər saxlanılıb ...

    11-01-2016, 13:45

  • 
  • Qaçaq yolla Çinə gətirilən 1600-dən çox lüks avtomobil müsadirə olunub

    Qaçaq yolla Çinə gətirilən 1600-dən çox lüks ...

    4-05-2018, 15:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu