GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Zafer Reisoğlu Azərbaycan xalqını ələ salır... - BU NƏDİ BELƏ?

Zafer Reisoğlu Azərbaycan xalqını ələ salır... - BU NƏDİ BELƏ?

Tarix: 9-09-2022, 16:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 297

Azərbaycanda küçələrin açıq qumarxanalara çevrildiyi məsələsi zaman-zaman gündəmə gəlir. “Azərlotereya” ASC-nin hər küçənin tinində açdığı piştaxtaların önünü görəndə, insanlarımızın “şans” urğunda apardığı mübarizəyə baxanda həqiqətən də ürək ağrıyır.

Lotereya oyunları dünyanın hər yerində var, amma bir qaydası, ənənəsi, yolu da var, heç bir ölkənin paytaxtının küçələrində Bakı qədər acı mənzərə ola bilməz. Əvvəllər insanlar hansısa hadisə zamanı bir yerə toplaşırdısa, indi küçədə gedən qumara toplaşır, uduzanların ah-naləsi, şansı gətirməyənlərin ümidsizliyi və keçirdikləri əsəbin özü elə hadisəyə çevrilib. Çox maraqlıdır ki, heç vaxt “Azərlotereya”nın küçədə quraşdırdığı qumar piştaxtalarının önündə böyük sevinc yaşanmır, çünki böyük uduşlar olmur. Görünən yalnız kədər, əsəb, ümidlərin puç olmasıdır.
Bu mənzərə fonunda “Azərlotereya” ASC-nin İdarə Heyətinin rəhbəri Zafer Reisoğlunun bu günlərdə mediaya verdiyi müsahibəsində səsləndirdiyi fikirlər həm paradoks təşkil edir, həm də olduqca gülünc görünür. Zafer Resifoğlu elə danışır ki, sanki ölkəyə böyük xoşbəxtlik bəxş ediblər. Hərçənd ki, qumar piştaxtalarının önündə yaşanan bədbəxtliklər günümüzün acı reallığıdır. Gundemxeber.az demokrat.az-a istinadla bildirir ki, Zafer Reisoğlu isə bu reallığı müsahibəsində gizlətməyə çalışır. Deyir ki, “Azerlotereya” ASC Azərbaycanın qeyri-neft sektorunun inkişafına, əhalinin rifahının yaxşılaşdırılmasına töhfə verir.

Cavaba baxın, qeyri-neft sektoru, əhalinin rifah halının yaxşılaşdırılması.

Hansı töhfədən danışırlar?

İnsanları ciblərindəki son manata qədər qumara qoymağa təşviq etmək töhfədirmi?!

“Azerlotereya” deyə bilər ki, heç kimi buna məcbur etmir. Elə də deyir.
Elədir, amma hər küçənin tinində qumarxana açırlarsa, bu, vətəndaşı asan yolla pul qazanmağa sövq edən, sonuncu manatına qədər oynamağa təşviq edən addımdır.
Reallıq budur ki, “Azerlotereya” bu gün vətəndaşları sürətlə qumara təşviq edir. İdarə Heyətinin sədri isə bunu “əhalinin rifah halının yüksəldilməsinə töhfə” adlandırır. Gülməli, həm də ağlamalı cavabdır, çünki Zafer Reisoğlu bizi, xalqı sözün həqiqi mənasında barmağına dolayıb.
Hələ bu azmış kimi, qeyri-neft sektorunun inkişafına verdikləri töhfədən də bəhs edir. Görünür, cəmiyyəti axmaq hesab edir.
“Azerloteraya” istehsalat müəssisəsidirmi, nəsə istehsal edirmi, yoxsa, fabriklər, zavodlar açıbmı ki, qeyri-neft sektorunun inkişafından danışırlar.
Qumarxana açmaq, vətəndaşı buna təşviq etmək nə vaxtdan qeyri-neft sektorunun inkişafı olub?!
Zafer Reisoğlu isə yeni iş yerləri yaratmalarından danışır, əlavə edir ki, işçilərə tibbi sığorta və nahar pulu da verirlər. Sanki “Azerlotereya” olmasaydı, ölkədə işsizlik baş alıb gedərdi. Vətəndaşın cibinə girməklə, nəinki pulunu, ümidlərini də oğurlamaqla “iş yerləri” açılmır, cənab Reisoğlu.

Realıqlar ortada olduğu halda siz lotereyalarda qoyulan böyük uduşlardan danışır, qazancın 50 faizindən çoxunun uduşlara xərcləndiyini iddia edir, cek-potlardan dəm vurursunuz. Halbuki, udanlarla uduzanların müqayisəsini apardıqda birinciləri tapmaq mümkün deyil.

Necə ola bilər ki, hər gün onlarla lotereya oyunları keçirilir, amma böyük uduşlardan heç birini heç kim qazanmır?
Necə ola bilər ki, son bir ildə cek pot udulmayıb?
Yaxud necə olur ki, maksimim uduşlar 1000 AZN-i keçmir?
“Azerloteraya”nın rəsmi saytında son oyunların nəticələri də təsdiq edir ki, bu qədər lotereya biletinin satışına, keçirilən oyunlara rəğmən, ən yüksək uduş 990,97 AZN olub.

Cavablar bəllidir, “şans” deyib başımızın altına yastıq qoyan “Azerlotereya” ASC insanları qumara “oturduğu” kimi, uduşlarla bağlı da maxinasiyalara yol verir.
Zafer Reisoğlu isə hər şeyin “dünya standartlarına uyğun olduğunu”, hər şeyin “şansla bağlı olduğunu” deməklə əməllərini ört-basdır edir. Zənnimcə, Azərbaycanın müvafiq dövlət qurumları “Azerlotereya” ASC-nin fəaliyyətini ciddi araşdırmalı və lazımı ölçü götürülməlidir. Əks təqdirdə bu qurum Azərbaycan əhalisini daha da müflisləşdirərək, dövlətə qarşı yönləndirəcək. 


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Maqsud Tağıyevin qeyri-müəyyən taleyi - “Azərlotereya” ASC-də yoxlamalar başlayıb (VIDEO)

    Maqsud Tağıyevin qeyri-müəyyən taleyi - ...

    8-04-2021, 16:29

  • 
  • Azərbaycandakı lotereya biznesinin yeni gizlinləri...

    Azərbaycandakı lotereya biznesinin yeni ...

    18-12-2012, 12:43

  • 
  • “Azərlotereya”nın MİSLİ görünməmiş YALANI... - ARAŞDIRMA

    “Azərlotereya”nın MİSLİ görünməmiş YALANI... - ...

    11-05-2022, 10:12

  • 
  • Hər küçədə rast gəlinən qumar masaları... - Qanun bu barədə nə deyir?

    Hər küçədə rast gəlinən qumar masaları... - Qanun ...

    30-08-2022, 10:56

  • 
  • “Azərlotereya” müəmması - Ortada kifayət qədər sual var...

    “Azərlotereya” müəmması - Ortada kifayət qədər ...

    3-03-2021, 21:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu