GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Əmrullayevin BATIRDIĞI TƏHSİL... - Halına ağlayan lazım...

Əmrullayevin BATIRDIĞI TƏHSİL... - Halına ağlayan lazım...

Tarix: 13-09-2022, 13:52 Bölmə :GündəmXəbər / Manşet Baxış: 383

Bir müddət əvvəl Təhsil Nazirliyinin adı dəyişdirilərək Elm və Təhsil Nazirliyi oldu. Cəmi 35 il öncə Azərbaycanda orta məktəblərlə bağlı Maarif Nazirliyi, ali və orta ixtisas məktəbləri ilə bağlı Təhsil Nazirliyi, hətta Dövlət Peşə Təhsili Komitəsi də var idi. Bütün bu komitələri birləşdirib Təhsil Nazirliyi yaradıldı.


Allah qoymasa, üstəlik bu yaxınlarda ELM sahəsini, xeyli sayda elmi-tədqiqat institutunu da nazirliyə birləşdirdilər, Elm və Təhsil Nazirliyi oldu. Birincisi cənab nazir Emin Əmrullayev heç təhsil sahəsini düz-əməlli idarə edə bilmirdi. Bundan sonra ELM sahəsini də nə günə qoyacaq, onu bir Allah bilir. Axı, Emin Əmrullayev anlayışı olmadığı riyaziyyat, fizika, kimya və s elmindən institut direktorlarına hansı məsələhəti verə bilər..?
Bu adamın konkret ixtisas sahəsi də yoxdur, Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsini bitirib. Və 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində Siyasi Elmlər üzrə magistr pilləsində təhsil alıb. Hansı siyasi elmlərdən söhbət gedir..?
Və bu təhsilin sahibi necə Təhsil və üstəlik də Elm naziri ola bilər..?
Nə isə, sözün qısası, cənab Emin Əmrullayev 3 ildir ki, təhsilimizi, indi isə elmimizi qara günə qoymaqla məşğuldur. Bu adamın son bir ildə verdiyi gülməli açıqlamalar onun elm və təhsil səviyyəsini göstərir.
Bir müddət əvvəl cənab nazir açıqlama vermişdi ki, məktəblər təhsil vermir və biz bunu bilirik, müəllimlər sinifdə dərs keçmirlər… Əgər məktəblər təhsil vermirsə, müəllimlər sinifdə dərs keçmirlərsə….onda 5000-ə yaxın məktəb nəyə lazımdır..?
Onda dövlət, sayı 100 mindən artıq olan müəllimlərə niyə hər ay yüksək maaş verir..? Görəsən, bu suallara cənab nazir Emin Əmrullayev cavab verə bilərmi..?
Əgər məktəblər təhsil vermirsə, Təhsil Nazirliyi nəyə gərəkdir..?
Onda Emin Əmrullayev niyə nazir kreslosunu zəbt edib..? Hələ bu harasıdır ?
Cənab nazir Emin Əmrullayev deyir ki, bəzi müəllimlər sözləri düzgün yazmağı bacarmır: “60 yaş üzəri olanlardan 68%-i uğur əldə edib.
Müəllimlər daha çox sözlərdən hərflərin ardıcıllığı ilə bağlı 18 faiz səhv cavab verib. Bəzi müəllimlər “şaftalı” , “anbar” kimi sözləri düzgün yazmır. Nazirin bu açıqlaması cəmiyyətdə ciddi müzakirə olundu və müxtəlif tənqidi fikirlər səsləndirildi. Birincisi, ondan başlayaq ki, söhbət bəzi müəllimlərdən deyil, sınaqdan keçə bilməyən 18 faizdən gedir. İkincisi, şaftalı, yaxud anbar sözünü düz yazmaqla guya yaxşı müəllim olmaq olar..? Yəni təsəvvür edirsinizmi, XXI əsrdə Azərbaycanın təhsil naziri müəllimin savad, bilik, praktiki bacarığını şaftalı sözü ilə müəyyən edir. Lap tutaq ki, müəllim şaftalı sözünü düz yazdı. Bununla müəllimin savadını necə müəyyən etmək olar, ay Əmrullayev..?
Deməli, sən təhsil sahəsini bilmədiyin üçün ciddi islahatlar paketindən deyil, şaftalıdan, ya da qarpızdan danışırsan. Adamın yadına kənd təsərrüfatı naziri İnam Kərimovun quzu ilə şəkil çəkdirməyi düşür.
Bir sözlə, təhsil nazirimiz Emin Əmrullayev gülməli açıqlamalar verərək məsxərə obyektinə çevrilib. Sonuncu açıqlamasında isə cənab nazir gülüş deyil, ağlaşma obyektinə çevrilib. Belə ki, elm və təhsil naziri Emin Əmrullayev 13 yaşlı məktəbli qızın uşaq dünyaya gətirməsi və bu dövrdə məktəbdən yayınmasına belə münasibət bildirib: “Mən heç nə deyə bilmərəm, bu, Elm və Təhsil Nazirliyinin səlahiyyətində olan iş deyil.
Gundemxeber.az gundelik-baku.com-a istinadla bildirir ki, Araşdırma aparıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək. Əgər bizimlə bağlı olan məsələ olarsa, ölçü götürəcəyik”. Emin Əmrullayev başa ədüşmür ki, o kənd təsərrüfatı, yaxud dəmiryol naziri deyil, təhsil naziridir. Uşaqların tərbiyə olunmasında isə ailə ilə bərabər məktəblər məsuliyyət daşıyır. Axı, təhsillə bərabər, təlim və tərbiyə deyirlər, ay Əmrullayev. Necə yəni mənə dəxli yoxdur..? Biz demirik ki, konkret sən nəsə eləmisən..?
Amma… Əmması odur ki, cənab Əmrullayev, bəyənmədiyimiz, adına Allahsız dediyimiz sovet dövründə 13 yaşlı məktəbli, digər məktəblidən uşaq doğsaydı, rayonun bütün rəhbər şəxslərini, təhsil nazirini başqa bir aqibət gösləyərdi.
Sözün qısası, bir daha əmin olduq ki, nazir Emin Əmrullayevdən islahat-filan, islahat paketi gözləmək boş quyudan su gözləmək kimidir..


P.S. Hörmətli Emin Əmrullayev, 13 yaşlı hamilə yeniyetmənin uşaq dünyaya gətirənə qədər 9 ay məktəbə gediş-gəlişi olub. İstintaq yaradılmalı, uşağın dərsə davamiyyəti yoxlanılmalı, məktəbin tibb bacısından və məktəbin idman müəllimindən bu məsələlərlə bağlı münasibət öyrənilməlidir. Ola bilməz ki, həmin məktəbin idman müəllimi, o uşağın idman etdiyi dövrdə qarnındakı şişkinliyi görməsin. Bütün fənlər üzrə məktəbin jurnalları yoxlanılmalıdır, test aparılmalıdır. Bu məsələnin sakitçiliklə üzərindən keçmək olmaz.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Emin Əmrullayev Təhsil Naziri təyin edildi

    Emin Əmrullayev Təhsil Naziri təyin edildi ...

    27-07-2020, 12:24

  • 
  • Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar aparacaq

    Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar ...

    18-11-2013, 16:03

  • 
  • Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

    Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə ...

    23-07-2013, 12:43

  • 
  • Təhsil nazirliyi  təkzib etdiyi xəbər düz çıxdı

    Təhsil nazirliyi təkzib etdiyi xəbər düz çıxdı ...

    14-08-2013, 10:32

  • 
  • Təhsil Nazirliyi işçilərini məktəblərə yerləşdirdi

    Təhsil Nazirliyi işçilərini məktəblərə yerləşdirdi ...

    17-01-2014, 11:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu