GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » "Dam örtüyünün dəyişdirilməsinə ehtiyac yox idi, minlərlə manat pul sildilər" - Astarada ÖZBAŞINALIQ

"Dam örtüyünün dəyişdirilməsinə ehtiyac yox idi, minlərlə manat pul sildilər" - Astarada ÖZBAŞINALIQ

Tarix: 19-09-2022, 16:38 Bölmə :GündəmXəbər / Manşet Baxış: 367


“Tədris ili başlayıb, ancaq məktəblərin çoxunda hələ də təmir işləri yarımçıqdır. Bir neçə ay əvvəl başları sökdükləri dam örtüklərini naməlum istiqamətə daşımağa qarışdı, dam örtüklərini gec düzəltdilər, yağış sinif otaqlarının içərisinə yağdı. Normal vəziyyətdə olan məktəblər də bərbad günə qaldı, hələ də tam düzəldilməyib”.

Gundemxeber.Az bildirir ki, Astaranın bir qrup sakini Meydan TV-yə ünvanladıqları şikayətdə belə deyir. Onlar danışırlar ki, bu ilin aprelində Təhsil Nazirliyindən rayonun kəndlərindəki səkkiz məktəbin dam örtüyünün yenilənməsiylə bağlı göstəriş verilib. Yeni tikilmiş dörd məktəbin və köhnədən fəaliyyət götərən daha dörd məktəbin dam örtüyü sökülüb. Sökülmüş dam örtükləri vaxtında yeniləri ilə əvəz olunmadığına görə, aprel-may aylarında yağan leysan yağışlar məktəblərin yuxarı mərtəbələrini tamamilə bərbad vəziyyətə salıb. Siniflərdəki stol-stul və mebellər, kompüterlər, dərs vəsaitləri yağış sularının altında qalıb. Mayın sonlarında dam örtükləri düzəldilsə də, keyfiyyətsiz olduğundan əvvəlki qəzalı dam örtüyündən fərqlənməyib.

Söhbət Şahağacı kəndindəki 1 saylı, Pensər kəndindəki 2 saylı, Astaradakı 3 saylı, Şiyəkəran kəndindəki 2 saylı məktəblərdən gedir.
“Rinə və Deqədi kənd məktəblərinin də dam örtükləri sökülmüşdü. Məktəblərin təmirə ehtiyacı yox idi, məsələn, Rinə kəndindəki məktəb yeni tikilmiş məktələrdən idi”, – şikayətçilər deyib..
Şiyəkəran kənd sakinləri isə deyir, kənddəki məktəbdə yarımçıq qalmış təmirlə bağlı heç bir iş görülmür:

“Səkkiz məktəbin dam örtüyünü eyni vaxtda sökdülər. Bizim məktəb də içərisində. Sonra da gözlədilər ki, material verilsin. Bir aydan sonra tələsik örtməyə başladılar. Söküntü ilə yeni örtüyün vurulması bir ay çəkdi və sinif otaqları yağış altında qaldı. Nəticədə keyfiyyətsiz iş qoydular ortaya. İndi yağış yağanda sinif otaqları suya qərq olur. Partalar, digər mebellər, dərs ləvazimatları, elektronika vasitələri, divarlardakı elektrik xətləri sıradan çıxıb. İdman zalının üstü isə hələ də açıq qalıb”.
Şikayətçilərin sözlərinə görə, məktəbin dam örtüyünün təmirinə ümumiyyətlə ehtiyac olmayıb:

“Kəndimizdəki məktəbin dam örtüyü “nejavika” materialından və metal konstruksiyalı, möhkəm idi. Sökülməmişdən əvvəl Yanğından Mühafizə İdarəsinin göstərişi ilə dam örtüyü içəri tərəfdən bütövlükdə taxta və şiferlərlə birlikdə əhənglənmişdi. Dəyişdirilməsinə ehtiyac yox idi. Dağıdıb tökdülər, xeyli də fəhlə gətirib işlətdilər, minlərlə manat pul sildilər. Nəticədə möhkəm dam örtüyü keyfiyyətsizi ilə əvəz olundu. Eləcə də digər məktəblərin dam örtüyünün dəyişdirilməsinə ehtiyac yox idi. Məktəblərin bəziləri yeni tikilib, bəzilərinin dam örtükləri yeni dəyişdirilmişdi”.


Astara Rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsiylə əlaqə saxlamağı məsləhət görüblər. Elxan Nəcəfovla əlaqə saxlanılmağa çalışılsa da, o, zənglərə və “Whatsapp” üzərindən yazılan ismarıclara cavab verməyib. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov da eyni cür davranıb. Zənglərə, xəttə olduğu halda “Whatsapp” üzərindən yazılanı ismarıclara cavab verməyib.

"Dam örtüyünün dəyişdirilməsinə ehtiyac yox idi, minlərlə manat pul sildilər" - Astarada ÖZBAŞINALIQ



"Dam örtüyünün dəyişdirilməsinə ehtiyac yox idi, minlərlə manat pul sildilər" - Astarada ÖZBAŞINALIQ










Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıtda dam örtükləri dəyişəcək - 5 milyon manat ayrıldı

    Sumqayıtda dam örtükləri dəyişəcək - 5 milyon ...

    15-12-2015, 21:39

  • 
  • Astarada 24 ailənin yaşadığı binada yanğın olub

    Astarada 24 ailənin yaşadığı binada yanğın olub ...

    23-02-2014, 23:53

  • 
  • Yardımlıda güclü külək: Evlərin dam örtükləri uçdu

    Yardımlıda güclü külək: Evlərin dam örtükləri uçdu ...

    15-04-2017, 00:51

  • 
  • Azərbaycanın 5 şəhər və rayonunda binaların dam örtüyünün təmirinə 21,7 milyon manat ayrılıb - SƏRƏNCAM

    Azərbaycanın 5 şəhər və rayonunda binaların dam ...

    4-02-2019, 19:08

  • 
  • Abşeronda 38 çoxmənzilli binanın dam örtüyü yenilənib

    Abşeronda 38 çoxmənzilli binanın dam örtüyü ...

    8-02-2019, 12:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu