GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təhsildə “üstü bəzək, altı təzək” siyasəti: Emin Əmrullayev İqtisadiyyat naziri olmaq eşqinə düşüb?..

Təhsildə “üstü bəzək, altı təzək” siyasəti: Emin Əmrullayev İqtisadiyyat naziri olmaq eşqinə düşüb?..

Tarix: 20-09-2022, 09:18 Bölmə :GündəmXəbər / Manşet Baxış: 278


Binə rayonunun Atçılıq yaşayış massivində uzaqdan möhtəşəm görünən bir təhsil ocağı var – 292 saylı orta məktəb...

Məktəb Heydər Əliyev Fondu tərəfindən inşa olunub. Çox gözəl binası, həyətində quraşdırılmış günəş panelləri və külək turbinləri var. Bu isə o deməkdir ki, məktəbdə təhsil alan şagirdlə təkcə yeni texnologiyalarla işıqlandırılan siniflərdə oxumayacaqlar, həm də bir sıra dəqiq elmlərdə öyrəndiklərinin necə işlədiyini əyani şəkildə öz həyatlarında görəcəklər. Təbii ki, bu ortamda böyüyən yeni nəslin gələcəyin ən böyük dühaları olmaması üçün heç bir səbəb yoxdur.



Yəqin ki, bu şəkilləri görüncə siz də mənim kimi düşündünüz. Amma sevinməyə, xoşbəxtlikdən göyə hoppanıb düşməyə tələsməyin. Sən demə, bütün bu görünənlər məktəbin zahiri görünüşüdür. Daxili görünüşünə gəlincə, qısaca olaraq bunu deyə bilərəm: bu məktəbə çox bel bağlamayın. Burda nəinki XXI əsrin Eynşteyni, Keplepi, Fərabisi, İbn Sinası, heç bizim məhəllənin JEK müdiri də çıxa bilməz. Səbəbinimi soruşursunuz? Bu dəqiqə ərz edim: çünki bizim məhəllənin JEK müdiri də pis-yaxşı hansısa donqili məktəbdə dərs keçib. Eynilə Naxçıvan MR Daxili İşlər naziri Rəşad İsmayılov kimi, heç olmasa Ali Diplomatiya kolleci kimi adı böyük, özü kiçik bir məktəb qurtarıb. 292 saylı orta məktəbin şagirdləri isə ümumiyyətlə dərs keçmirlər.



Bəli, bəli, düz eşitdiniz. Məktəbdə oxuyan şagirdlərin valideynlərinin redaksiyamıza göndərdiyi məktubda belə deyilir. Valideynlərin iddiasına görə, bu məktəbdə yalnız ibtidai sinif müəllimləri var. Onlar da təbii ki, uşaqlara uzaqbaşı hərfləri yazmağı, rəqəmləri üst-üstə gəlməyi və bir-birinə vurmağı öyrədirlər. 5-cü sinifdən yuxarılar üçün isə əməlli-başlı müəllim qıtlığı yaşanır. Məhz bu səbəbdən uşaqlar dərsə gedib yarım saatdan sonra evə qayıdırlar. Məktəb rəhbərliyi onlara bu gün dərs olmayacağını deyib evə göndərir. Məntiqlə,292 saylı orta məktəbdə yaşanan bu biabırçılıq davam etdikcə, onun şagirdlərinin bilgi dağarcığının ibtidai sinif səviyyəsini keçə bilməsi də mümkün görünmür. Bu bilgi dağarcığı ilə isə XXI əsrin Eynşteyni olmağa ümid bağlaya bilməzsən.

Maraqlıdır ki, bu il açılan məktəbin uzaqdan möhtəşəm görünüşü yerli sakinlərin də diqqətini cəlb etmiş və onlar gələcəyin dühaları arasında öz övladlarını da görmək üçün əməlli-başlı yarışa başlamışdılar. Məktəbə tələbat o qədər böyük olmuşdu ki, müdiriyyət müraciət edənlərin hamısını qeydiyyata almağa macal tapa bilməmiş və problem Respublika mediasının da diqqət ayırdığı ən mühüm məsələyə çevrilmişdi. Xəzər TV-nin 1 ay bundan əvvəl hazırladığı reportajda bildirilir: «Paytaxtın Xəzər rayonu, Binə atçılıq massivində yaşayan bəzi sakinlər övladlarını yeni istifadəyə verilən 292 saylı məktəbə elektron qaydada qeydiyyatdan keçirə bilmirlər. Valideynlər iddia edirlər ki, məktəb rəhbərliyi tərəfindən onlara yerlərin dolduğu deyilir.

Xəzərxəbər.az xəbər verir ki, valideynlər bu təhsil ocağının evlərinin yaxınlığında olduğuna görə uşaqlarının digər məktəblərdə təhsil almasını istəmirlər.



Bakı Şəhər üzrə Təhsil İdarəsindən isə bildirilir ki, yeni inşa olunmuş 292 nömrəli tam orta məktəb 1890 yerlikdir. 2022–2023-cü təhsil ili üçün məktəbdə 77 sinif komplekti açılıb. Hazırda qeyd olunan siniflər üzrə 1880 şagird qəbul olunub. Vurğulanıb ki, vətəndaş müraciətləri nəzərə alınaraq həmin məktəbdə əlavə sinif komplektinin açılması imkanları araşdırılır».

Deyəsən, Azərbaycan Elm və Təhsil Nazirliyi məktəb deyəndə sadəcə içi boş sinif otaqları nəzərdə tutur. Məktəblərin yetərli müəllim kollektivi yoxdursa və şagirdlər məhz bu səbəbdən dərsə belə getmirlərsə, yeni komplekslərin tikilməsinə nə ehtiyac var? Görünür, mətbuata verdiyi müsahibələrdə «Səmimi olaraq qeyd edim ki, Azərbaycanda təhsilin keyfiyyəti aşağıdır» deyən Elm və Təhsil naziri Emin Əmrullayev problemin həlli yolunu tapıb. İndi onun həyata keçirdiyi siyasət «aşağı təhsildənsə ümumiyyətlə dərslərin keçirilməməsi daha yaxşıdır» məntiqinə əsaslanır və bu prinsip ilk öncə Heydər Əliyev Fondunun hesabına tikilən məktəblərdə sınaqdan çıxarılır.

Bərəkallah, Emin müəllim, siz bu məntiqinizlə hələ çox uzaqlara gedəcəksiniz. Nə bəlli olar, bəlkə günlərin birində İqtisadiyyat naziri də ola bilərsiniz.

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bu il I sinfə 141 min 166 uşaq gedəcək

    Bu il I sinfə 141 min 166 uşaq gedəcək ...

    13-08-2013, 23:20

  • 
  • Məktəb direktorlarının yeni “pul yığımı” üsulu

    Məktəb direktorlarının yeni “pul yığımı” üsulu ...

    8-11-2013, 12:14

  • 
  • Emin Əmrullayev Təhsil Naziri təyin edildi

    Emin Əmrullayev Təhsil Naziri təyin edildi ...

    27-07-2020, 12:24

  • 
  • Əmrullayev nədən islahata birinci GEYİM-GECİMDƏN BAŞLAYIR? - "Üstü bəzək, içi təzək" siyasəti...

    Əmrullayev nədən islahata birinci GEYİM-GECİMDƏN ...

    15-07-2021, 10:49

  • 
  • Azərbaycanda daha iki məktəb koronavirusa görə bağlandı

    Azərbaycanda daha iki məktəb koronavirusa görə ...

    19-03-2021, 13:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (494)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu