Gundemxeber.az » GündəmXəbər » İdris və Şəmsi Əliyev qardaşlarının “Ağ şəhər”dən Biləcəriyədək olan əməlləri - Generala güvənirlər?
“Prestij-V” MTK-nın rəhbəri İdris Əliyev hər yerdə nüfuzlu bir generalın adını çəkərək onun himayəsində olduğunu bildiir...
Xətai rayonunda, “Ağ Şəhər” layihəsində çalışan “Prestij-V” MTK-nın iş icraçıları “Prestij-V” MTK-nın rəhbəri İdris Əliyevdən şikayətçidirlər. Onlar deyirlər ki, 12 oktyabr 2020-ci ildə “Prestij-V” MTK ilə müqavilə bağlayaraq, Xətai rayonu, Rüstəmov küçəsi 8 ünvanında yerləşən və “Bakı Ağ Şəhər” layihəsinə aid “Majestik” adlı 8 mərtəbəli binada işləməyə başlayıblar.
Gundemxeber.az bildrir ki, bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, ötən müddət ərzində icraçılar binanın çöldən hörgülərini, fasadını tam təmir ediblər, amma MTK müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edir:
“Hörgünü apardıq, fasadı təmir etdik. Bütün işləri gördük, hətta təhvil də verdik. Amma MTK rəhbərliyi süni əngəllər yaradır, işimizi yarımçıq qoymaq məqsədilə müqavilə ödəliklərini heç bir əsas olmadan icra etmək istəmir”.
İdris Əliyev bu addımı ilə birbaşa prezidentin nəzarətində olan və dünya standartlarına cavab verən “Ağ şəhər” layihəsinə kölgə salmağa çalışır, “Aydın görünür ki, “Ağ şəhər”i yenidən “Qara şəhər”ə çevirmək istəyir. İcraçılar deyirlər ki, şirkət faktiki İdris Əliyevin adınadır, bütün işləri də oğlu Vüsal Əliyev icra edir. Mənbənin bildirdiyinə görə, “Prestij-V” MTK-nın rəhbəri İdris Əliyev hər yerdə nüfuzlu bir generalın adını çəkərək onun himayəsində olduğunu bildiir.
Maraqlıdır ki, İ.Əliyevinqardaşı Şəmsi Əliyevin də adı tikinti biznesində və torpaq biznesində hallanır. Təhsil Nazirliyi yaxınlığında hündürmərtəbəli binanın tikintisini həyata keçirən Ş.Əliyevin Biləcəri qəsəbəsində 48 sot torpaq sahəsini hissə hissə olmaqla bir payı bir neçə nəfərə satması haqda məlumatlar var. İcra hakimiyyəti torpağın vətəndaşa məxsus olduğunu bildirsə, əldə alqı-satqı sənədləri olsa da Şəmsi Əliyev bu günədək vətəndaşa dəymiş ziyanı ödəməkdən imtina edir və məsuliyyətdən yayınıb.
Bu iki qardaşın öz qanunsuz əməllərində adını hallandırdıqları generalın kimliyi və “Ağ şəhər”dən Biləcəriyədək uzanan qanunsuzluqlar haqda növbəti yazımızda.
Gundemxeber.az
6-07-2022, 20:51
23-06-2020, 12:18
21-08-2020, 15:15
11-03-2019, 16:27
10-03-2018, 17:25
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?