GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Hom Paş Prestij” qurbanları təşvişdə : məhkəmə, fırıldaq – Reportaj

“Hom Paş Prestij” qurbanları təşvişdə : məhkəmə, fırıldaq – Reportaj

Tarix: 10-03-2018, 17:25 Bölmə :GündəmXəbər / Manşet Baxış: 572
“Hom Paş Prestij” qurbanları təşvişdə : məhkəmə, fırıldaq – Reportaj


Paytaxtın “Xətai” metrosu yaxınlığında inşa olunmuş “Hom Paş Prestij” tikinti firmasından mənzil almaq olduqca risklidir.

Şirkət sahibi ilə şəriki arasındakı məhkəmə çəkişməsi payçıları təşvişə salıb. Artıq sosial şəbəkədə hüquqlarının müdafiəsi ilə bağlı səhifə təsis ediblər.

► Ev alanlar əndişə içində

2008-ci ildə Bakı şəhəri İcra hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq hündür mərtəbəli bina tikintisinə başlayıb.
Həmin yaşayış binası “Xətai” metrosu ilə üzbəüz yerləşir. MTK-dan mənzil alanlar nə evlərinə köçə bilirlər, nə də siyahıyaalınma prosesi tam müəyyənləşib. Çünki audit yoxlaması ilə bağlı evlərin siyahısı düzgün aparılmalıdır.
İlk növbədə isə şirkətin sahibi Hikmət Yiğitdöl və şəriki Qabil Əliyev arasında konfliktin olması vətəndaşları qorxuya salıb.
Onlar başı üzərində qarşıdurma olan “Hom Paş Prestij” MTK-dan mənzil almağa ehtiyat edirlər.
Bir müddət əvvəl türk iş adamı saytımız vasitəsi ilə Baş Prokuror Zakir Qaralova müraciət etmişdi. O, şəriki Q.Əliyevin barəsində cinayət işi açılmasına göstəriş verilməsini istəmişdi.
Hikmət bəy yazırdı ki, Q.Əliyev onun Azərbaycanda olmamasından istifadə edərək dələduzluq yolu ilə ikinci möhür düzəltdirib:
“Biz təsisçilərin təsis protokolu və razılığı olmadan Bakı şəhəri İcra Hakimiyyətinə məktubla müraciət edib.
Adımdan saxta imza ataraq 0.73 ha torpaq sahəsini özünə məxsus “İnter” MMC-nin adına keçirilməsinə nail olub.
Meriyadan 23 oktyabr 2015-ci il tarixdə sərəncam aldıqdan sonra tikintini özünə məxsus “İnter” MMC-nin adından aparmağa başlayıb.
Sonra vətəndaşlara yaşayış və qeyri-yaşayış sahəsi satıb. Mən bunu öyrəndikdən sonra 2 saylı Bakı İnzibati İqtisad məhkəməsinə müraciət etdim”.
H.Yiğitdöl Z.Qaralovun nəzərinə çatdırıb ki, 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsi 2-1(82)185/2018 saylı qərarı ilə sərəncam etibarsız hesab edilib. Amma Q.Əliyev binadan mənzil və qeyri yaşayış sahəsi almış adamları aldadaraq vətəndaşları türk sahibkara qarşı yönəldir.

► Başıbəlalı şirkətin arxivi

AzEuroNews.com xəbər verir ki, bundan qabaq, 2012-ci ildə Turanə Həsənova şirkətdən mənzil alsa da, fırıldağın qurbanı olub, iş məhkəməyə gedib.
Eyni zamanda Hom Paş Prestij MTK-nın sədri Hikmət Yigitdöllə bərabər, həmin şirkətlə müqavilə əsasında işləyən “Vaqif Oğulları” MMC-in direktoru Asif Pirvəliyev və mühasib Şirməmməd Baxşəliyev arasında da uzun müddətdir məhkəmə çəkişməsi gedib.
2016-cı ildə isə tanınmış iş adamı İsfəndiyar Axundov “Hom Paş Prestij” MTK şirkətini məhkəməyə verib.
Şərurlu İsfəndiyar mənzillərin və mağazaların ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürüb.
Bundan başqa, şirkətdən narazı olan payçılar Feysbukda səhifə açaraq problemlərini sosial şəbəkələr vasitəsi ilə ictimailəşdirirlər.

► Daha bir məhkəmə işi və faktlar

2015-ci ildə başqa bir məhkəmə faktına diqqət edək: İddiaçı A.E-nin nümayəndəsiKərimov Şahbaz Namaz oğlunun iştirakı ilə, cavabdeh “Hom-Paş Prestij” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 1-2-3-4-cü mərtəbələrdə yerləşən ümumi sahəsi 860 m2 olan qeyri-yaşayış sahəsinə və Bakı şəhəri Xocalı prospekti 32 ünvanda inşa edilmiş yüksək mərtəbəli binanın A1 blokunun 10-11-12-ci mərtəbələrində yerləşən ümumi sahəsi 1770 m2 olan yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması, “Hom-Paş Prestij” MTK tərəfindən müqavilə öhdəliklərinin icra edilərək həmin daşınmaz əmlakların onun sahibliyinə və istifadəsinə verilməsi və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
İddiaçı müqavilələrə əsasən üzərinə düşən öhdəliyini vaxtında və tam şəkildə icra edərək, müqavilələr üzrə 860 m2 qeyri-yaşayış sahəsinin və 1770 m2 yaşayış sahəsinin ümumi dəyəri olan müvafiq olaraq 1290000 manat və 885000 manat pul vəsaitlərini MTK-nınhesabına ödəmiş və bu ödənişlər müqavilələrin 3.3-cü bəndində ayrıca qeyd olunmaqla tərəflərin imzası ilə təsdiq edilmişdir.
Lakin binanın tikintisinin və müqavilələrə əsasənmüəyyən olunmuş müddətin artıq çoxdan başa çatmasına baxmayaraq, MTK tərəfindən müqavilələrlə üzərinə düşən öhdəlik pozularaq, həmin yaşayış və qeyri-yaşayış sahələri heç bir əsaslı səbəb göstərilmədən iddiaçıya təhvil verilməmişdir.

Bütün bu məhkəmə işləri, qaranlıq məqamlarla bağlı firmaya zəng etsək də, cavabsız qaldı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq./azeuronews.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İşçilərinə mənzil verən nazirliklərin - SİYAHISI

    İşçilərinə mənzil verən nazirliklərin - SİYAHISI ...

    14-12-2012, 13:37

  • 
  • Bakının "fırıldaq qurbanları" - "Bizdən sonra 4 nəfərə evi satmışdılar"

    Bakının "fırıldaq qurbanları" - ...

    1-10-2017, 19:43

  • 
  • Sakinlər MTK sahiblərinin özbaşınalıqlarına etiraz edir - Problem o qədər böyüyüb ki... ÇOX PİS NƏTİCƏLƏR OLA BİLƏR

    Sakinlər MTK sahiblərinin özbaşınalıqlarına ...

    20-02-2017, 21:38

  • 
  • Azərbaycan məhkəmələrinin iç üzü

    Azərbaycan məhkəmələrinin iç üzü ...

    28-02-2013, 11:40

  • 
  • Akif Çovdarovun üzərinə həbs qoyulan əmlaklarının SİYAHISI və DƏYƏRİ

    Akif Çovdarovun üzərinə həbs qoyulan əmlaklarının ...

    16-11-2016, 02:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu