Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, “Azercell” abonentlərinə heç bir xəbərdarlıq etmədən onların nömrələrində müxtəlif tətbiqləri aktiv edir.
Abonentlərin nömrəsi öz-özündən ay ərzində günlük “BluTv”, “Azercell Kids”, “Busuu” kimi mobil tətbiqlərə qoşulur. Nəticədə vətəndaşların balansından günlük, aylıq konturlar davamlı olaraq çıxılır. Vətəndaşlar “Azercell”in bu addımı ilə bağlı şirkətin çağrı mərkəzinə müraciət edərək tətbiqləri deaktiv etdirsələr də, növbəti dəfə eyni hal digər tətbiq üzərində təkrarlanır.
“Azercell”in operatorları isə tətbiq kodunun vətəndaşın özü tərəfindən yığıldığını iddia edirlər.
GundemXeber.Az bildirir ki, məsələ ilə bağlı Pravda.az-ın “Azercell”ə ünvanladığı sorğu cavabsız qalıb. Şirkətin Mətbuat xidmətindən bildirildi ki, şikayət edən vətəndaşın nömrələri araşdırıldıqdan sonra mövqe bildiriləcək. Nədənsə şirkət sonda mövqe göndərməkdən yayındı.
Sorğu
Yeni dizaynımız necədir?