GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » BU NƏDİ BELƏ: Naxçıvanda daha bir qanun pozuntusu – Vüqar Abbasov deputat mandatından məhrum edilməlidir

BU NƏDİ BELƏ: Naxçıvanda daha bir qanun pozuntusu – Vüqar Abbasov deputat mandatından məhrum edilməlidir

Tarix: 29-09-2022, 11:55 Bölmə :GündəmXəbər / Manşet Baxış: 419

Bu günlərdə sosial şəbəkələrdə əsas ofisi Naxçıvanda yerləşən “Cahan Holdinq”lə bağlı bəzi məlumatlar yayıldı. Həmin məlumatların nə qədər doğru olduğunu dəqiqləşdirmək üçün araşdırma apardıq, holdinqin saytına nəzərə yetirdik. Holdinqin cahan.az saytında axtarış apararkən çox ciddi bir məlumatla rastlaşdıq. Açığı elə bilirdik, “Cahan Holdinq”in prezidenti Vüqar Abbasov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçildikdən sonra formal da olsa holdinqdəki vəzifəsini dondurub. Amma ora Naxçıvandır axı. Muxtar respublikada hansı qanun işləyir ki, bu da işləsin. Deməli, Vüqar Abbasov hələ də “Cahan Holdinq”in prezidentidir. Halbuki, bu, qanunla qadağandır. Vüqar Abbasov nəinki holdinq prezidentidir, hətta Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının da İdarə Heyətinin sədridir. Yəni sahibkar olmalısan ki, bu konfederasiyada təmsil olunasan və ora rəhbərlik etməyə də hüququn yarana. Bu da Vüqar Abbasovun sahibkarlıqla məşğul olduğunu təsdiqləyən faktlardan biridir.

Qeyd edək ki, Vüqar Abbasov 2020-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə 24 saylı seçki dairəsindən Ali Məclisə deputat seçilib.

Doğrudur, Vüqar Abbasov illərdir ki, sahibkarlıqla məşğul olur. “Cahan Holdinq”in prezidentinin bacarıqlı bir sahibkar olduğu, şirkətini qısa müddət ərzində sürətlə böyütdüyü çoxlarına bəllidir. Amma Azərbaycan qanunları deputatın sahibkarlıqla məşğul olmasına yol vermir. Vüqar Abbasov deputat seçildikdən sonra sahibkarlıqla məşğul olmamalı idi. Əgər söhbət Naxçıvandan gedirsə, bu, mümkündür.

Bu məsələyə münasibət bildirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə TNS-ə açıqlamasında Konstitusiyanın maddələrini xatırladıb.
“Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsində Milli Məclisin deputatlığına namizədlərə bir sıra tələblər irəli sürülüb. Həmin maddədə göstərilib ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. Əgər namizədlər belə fəaliyyətlə məşğuldurlarsa, deputat seçildikdən sonra bu fəaliyyətlərini dayandırmalıdırlar. Konstitusiyanın 89-cu maddəsində isə Milli Məclisin deputatlarının səlahiyyətlərinin itirilməsi halları sadalanıb. Bu maddədə də konkret olaraq göstərilir ki, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətləri istisna olmaqla, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər deputat mandatından məhrum edilir. Hər bir millət vəkili qanunun tələblərinə əməl etməlidir”, - partiya sədri bildirib.
Arzuxan Əlizadə deyib ki, eyni tələblər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında da nəzərdə tutulub.
“Bu məsələlər Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının 15-ci və 19-cu maddələri ilə tənzimlənir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları da sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməzlər. Deputatlar Konstitusiyanın irəli sürdüyü tələblərə əməl etməlidirlər. Əks təqdirdə onların deputat səlahiyyətlərinə xitam verilməlidir. Əgər belə bir fakt varsa, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər hansısa bir deputatı biznes fəaliyyəti ilə məşğuldursa, hansısa şirkətin rəhbəridirsə, Konstitusiyanın müvafiq maddələrinə uyğun olaraq, o, səlahiyyətlərini itirmiş hesab edilməli və onun deputat səlahiyyətlərinə xitam verilməlidir”, - partiya sədri qeyd edib.Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədli TNS-ə açıqlamasında bildirib ki, Azərbaycanda dövlət vəzifəsi daşıyan, hətta deputat olan şəxslər arasında bizneslə məşğul olanlar az deyil. Mövcud müvafiq qanunvericilik vəzifə sahibləri və millət vəkillərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı qadağan etsə də, buna ciddi nəzarətin olmadığını müşahidə edirik.

“Belə çıxır ki, dövlət idarəetməsində və qanunvericilik bazasında bu kimi hallara qarşı sərt cəzalandırma mexanizmlərinin hələ də mövcud olmaması bir çoxlarının əl-qolunu açmasına səbəb olur. Dövlət vəzifəsi tutan və deputat olan şəxslərin niyə bizneslə məşğul olmasının qadağan edilməsinin isə prinsipial səbəbləri var. Məsələ burasındadır ki, yüksək post tutan, yaxud deputat olan şəxslər daşıdıqları statusun onlara verdiyi geniş inzibati imkanlardan sui-istifadə etməklə özlərinə geniş biznes şəbəkəsi yaratmaq, ədalətli rəqabət mühitini zədələmək, eyni zamanda müxtəlif biznes sahələri üzrə inhisarçı şirkətlər formalaşdırmaq fürsətləri əldə edir. Azərbaycanda uzun illərdir, oliqarxik məmur burjuaziyası təşəkkül tapıb deyəndə məhz bunu nəzərdə tuturuq ki, dövlət vəzifəsində təmsil olunanlar, parlamentdə mandat alıb siyasətlə məşğul olanlar da yaxşı qazanmaq üçün sahibkarlıq fəaliyyətinə üz tuturlar. Belə bir vəziyyət qanunvericiliyə, azad bazar iqtisadiyyatına, sərbəst ticarətə ziddir. Ən ciddi problem də budur ki, ölkəmizdəki varlı adamlar biznesmenlərdən daha çox qanunsuz şəkildə sahibkarlıqla məşğul olan vəzifəli şəxslər və millət vəkilləridir. Bu hal Azərbaycanda korrupsiyanın yüksək həddə çatmasında da mənfi rol oynayır. Hesab edirik ki, Cinayət Məcəlləsində vəzifəli şəxslərin bizneslə məşğul olmalarına görə məsuliyyəti nəzərdə tutan maddələr, normalar daha aydın və dəqiq müəyyənləşdirilməli, qanunların və normaların tətbiqi, onlara nəzarət mexanizmləri sərtləşdirilməlidir”, - partiya başqanı bildirib.
Onu sözlərinə görə, bir çox qanunla həqiqətən də deputatın, məmurun kommersiya fəaliyyəti ilə məşğul olması qadağandır: “Deputatların statusu haqqında qanunda bu, kifayət qədər aydın ifadə olunub, konstitusiyada da müvafiq maddə mövcuddur. Məsələnin ən təhlükəli tərəfi isə belə deputatların müəyyən lobbiçilik maraqlarından çıxış edərək, kimlərinsə kommersiya maraqlarını təmin etmək kimi zərərli işlərlə məşğul olmasının adiləşməsidir. Milli Məclisin spikeri, müavinləri, o cümlədən dövlətin hüquq-mühafizə orqanları bu kimi hallara göz yummamalı, qanun hər kəsə sərt formada tətbiq olunmalıdır”.
Anar Əsədli də Konstitusiyanın 89-cu maddəsini xatırladıb.
“Həmin maddənin 4-cü bəndində konkret olaraq göstərilir ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda mandatından məhrum edilir. Ancaq görünən odur ki, ölkəmizdə bir çox vəzifəli şəxsləri və millət vəkillərini bizneslə məşğul olmaqdan çəkindirmək üçün Konstitusiyanın müvafiq maddələri, Cinayət Məcəlləsində müvafiq qadağanedici və xəbərdaredici normalar kifayət etmir. Birdəfəlik anlamaq lazımdır ki, əgər qanun qadağan edirsə, deməli, deputat bizneslə məşğul ola bilməz. Hər kəs qanunun bu tələbinə əməl etməlidir, dövlət isə müvafiq qanunun işləməsini təmin etməlidir. Sahibkarlıq fəaliyyəti azad təşəbbüskarlıqdır və kimsə bunu qadağan etmir, lakin həm siyasətlə məşğul olub eyni zamanda kommersiya fəaliyyəti göstərmək yanlışdır. Bir sözlə, millət vəkilinin bizneslə məşğul olması doğru deyil və bu kimi hallar seçkili orqan olan qanunvericilik institutunun imicinə də böyük zərbə vurur, cəmiyyətin gözündən düşməyə əsaslar yaradır. Ona görə də, hesab edirik ki, qanunlara riayət olunmalıdır”, - Anar Əsədli əlavə edib.

Göründüyü kimi, Vüqar Abbasovun bizneslə məşğul olması Azərbaycan qanunlarına ziddir. Vüqar Abbasov seçki dövründə də bu fəaliyyətini dayandırmadığından o, deputatlığa namizəd ola bilməzdi. 2020-ci ildə deputat seçilən “Cahan Holdinq”in prezidenti bu vəzifəsini davam etdirdiyindən deputat mandatından məhrum edilməlidir. Bunu biz demirik. Bunu Azərbaycan qanunları və Vüqar Abbasovun rəhbəri olduğu holdinqin saytında yerləşdirilən məlumatlar deyir. 


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gülər Əhmədovanın deputat yeri Vasif Talıbovun ortağına təklif olunub

    Gülər Əhmədovanın deputat yeri Vasif Talıbovun ...

    23-01-2013, 10:39

  • 
  • Vasif Talıbov müavinini işdən çıxardı

    Vasif Talıbov müavinini işdən çıxardı ...

    16-11-2017, 15:10

  • 
  • Naxçıvanda Orta İxtisas Polis Məktəbinə yeni rəis təyin edilib

    Naxçıvanda Orta İxtisas Polis Məktəbinə yeni rəis ...

    15-04-2019, 12:14

  • 
  • Naxçıvanda Talıbov qaydaları

    Naxçıvanda Talıbov qaydaları ...

    27-01-2013, 12:11

  • 
  • Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri səs verib

    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ...

    26-09-2016, 18:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu