“Cahan” holdinqin prezidenti Vüqar Abbasov 2 illik mandatla razılaşmayıb
ABU-nun sabiq rektoru Elşad Əliyevin gündəmə gətirdiyi rüşvət qalmaqalı videosundan sonra deputat mandatını itirən Gülər Əhmədova ilə bağlı çox sensasion hadisələr baş verməkdədi. Ötən ilin sentyabr ayının 25-dən G.Əhmədovanın adı demək olar ki, gündəmdən düşmür. Hər gün onunla bağlı yeni məlumatlar yayılır. Bu dəfə yayılan məlumat isə G.Əhmədovanın mandatı əlindən alınmış dairə üzrə boş qalan deputat yeri ilə bağlıdı. Oktyabrın 1-dən G.Əhmədovanın 2010-cu ildə mandat aldığı 34 saylı Xətai II dairəsi üzrə deputat yeri boş qalıb. Boş qalmış deputat yeri haqda gunxeber.com-a daxil olan məlumata görə, hakimiyyətdə təmsil olunan çox cidi bir qruplaşma tərəfindən həmin deputat yeri bir iş adamına təklif olunub. Həmin şəxs isə əsasən Naxçıvanda fəaliyyət göstərən “Cahan Holdinq”in prezidenti Vüqar Abbasovdu. Məlumata görə, V.Abbasov isə bu təklifi qəbul etməyib. Buna səbəb isə onun pul xərcləmək və ağrımayan başını ağrıtmaq istəməməsi olub. Qeyd edək ki, V.Abbasov “Cahan Holdinq”də demək olar ki, V.Talıbovla ortaqdı. Bundan başqa o general Məhərrəm Əliyevin qudası, keçmiş polis rəisi Hüseyn Allahyarovun qohumudu. Prezident İlham Əlyev 2009-cu ildə V.Abbasovu Naxçıvan Muxtar Respublikasının sosial və iqtisadi inkişafında böyük xidmətlərinə görə «Tərəqqi» medalı ilə təltif etdi. “Cahan Holdinq” isə 1995-ci ildə yaradılıb və çox ciddi biznes fəaliyyəti ilə məşğuldu.
Sorğu
Yeni dizaynımız necədir?