GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər »  "Bakıkart"ın daşıyıcıların boynuna qoyduğu AĞIR YÜK - 5% hansı məmurun cibinə gedir?

 "Bakıkart"ın daşıyıcıların boynuna qoyduğu AĞIR YÜK - 5% hansı məmurun cibinə gedir?

Tarix: 30-09-2022, 12:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 174

Bakıda sərnişindaşıma ilə məşğul olan sahibkarların narazılıqları bitib tükənmək bilmir. Sahibkarlar İqtisadiyyat Nazirliyinə müraciətlərində bildiriblər ki, gediş haqqının kart sisteminə keçirilməsindən sonra ödənilən məbləğdən yüksək faiz tutulur. Daşıyıcı şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni "BakıKart"a ödədiklərini və bunun kifayət qədər böyük faiz olduğunu bildirərək həmin rüsumun azaldılmasını da xahiş ediblər. Onlar həmçinin ictimai nəqliyyatda alternativ ödəniş sistemlərinin tətbiq edilməsinin də vacb olduğunu vurğulayıblar.

"Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş"

Gundemxeber.az-ın məlumatına görə, "Azland Plaza" MMC-nin rəhbəri Azadxan Xanməmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, müqaviləyə görə hər sərnişinin gediş haqqından 5 faiz "Bakıkart" tərəfindən çıxılır. Sahibkar bunun kifayət qədər yüksək məbləğ olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, 5 faiz civarında faizin tutulması daşıyıcıların büdcəsinə xeyli məbləğdə ziyan vurur: "Günlük daşınan sərnişinlərdən yığılan pulun xeyli hissəsi "BakıKart"ın büdcəsinə gedir. Bu da sahibkarların onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırır. Bu məbləğin azaldılması yaxşı olardı. Çünki, sərnişindaşıma ilə məşğul olan sahibkarların vəziyyəti onsuz da acınacaqlıdır.

"5 faiz çox yüksək məbləğdir"

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, daşıyıcı şirkətlər müraciətlərində haqlıdırlar. Çünki, hər sərnişinin ödədiyi gediş haqqından 5 faiz tutulması yüksək məbləğdir: "Çünki, göstərilən xidmət də o qədər böyük iş tələb etmir. Gündəlik sərnişindaşımadan "Bakıkart"ın hesabına 50 min manat vəsait daxil olur. Amma sərnişindaşımada əsas xidməti göstərən daşıyıcı şirkətdir. "Bakıkart" sistemi daşıyıcı şirkətlərin vergidən yayınmasını izləmək üçün əlverişli sistemdir. Amma bunun yükü sahibkarların boynuna qoyulmamalıdır. 5 faiz azaldılaraq ən azı 1 və ya 2 faiz civarında ola bilər. Daşıyıcı şirkətlər müraciətlərində tamamilə haqlıdırlar. Çünki, göstərilən xidmət elə də fantastik bir sistem deyil".
E. Muradlı hər sərnişinin ödədiyi gediş haqqından 5 faiz tutulması nəticəsində daşıyıcıların maddi durumlarının pisləşdiyini, onların nəticədə gediş haqqının artırılması tələbi irəli sürdüklərini söyləyir.
Ekspert deyir ki, daşıyıcı şirkətlər kartoxuyucu sistemlə bağlı hər gün problem yaşayır: " "Bakıkart" xidmətin qarşılığında 5 faiz məbləğ tutsa da, buna uyğun keyfiyyətdə xidmət göstərə bilmir. Burada mənim bildiyim qədər sərnişindaşınma sahəsində fəaliyyət göstərən məmurların marağı var".
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirdi ki, sərnişin sayına görə toplanan vəsaitin 5%-i "BakıKart"a ödənilir: "Həmin məbləğ BNA-ya deyil, bu sahədə fəaliyyət göstərən ödəniş operatoru olan şirkətə ödənilir. Bu prosedur da daşıyıcı şirkətlə operator arasında hüquqi müstəvidə imzalanan müqavilələrlə tənzimlənir".

"Bakıkart" rəhbəri sualları niyə cavabsız qoydu?

Sputnik Azərbaycan məsələ ilə bağlı "Bakıkart" MMC ilə əlaqə saxlayıb. Qurumdan gün ərzində məsul şəxsin sualımızı cavablandıracaqlarını bildirsələr də cavab verilməyib. "Bakıkart" MMC-nin rəhbəri Orxan Bayramov da mobil telefonuna etdiyimiz zənglərə cavab vermədi.

Hər sərnişinin ödədiyi gediş haqqından tutulan 5 faiz kimin cibinə gedir?

Sputnik Azərbaycan-a adının çəkilməsini istəməyən daşıyıcı bildirib ki, avtobuslara yerləşdirilən kart oxuyan cihazların – validatorların gündəlik daşınan sərnişinlərin sayı və toplanan məbləğlə bağlı məlumatlar onlara "K GROUP" MMC tərəfindən verilir. Həmin məbləğdən 5 faiz çıxıldıqdan sonra daşıyıcının hesabına köçürülür "K GROUP" MMC-nin mühasibi Sputnik Azərbaycan-a bildirib ki, kommersiya sirri olduğu üçün şirkət öz fəaliyyəti ilə bağlı məlumatları açıqlaya bilməz.
Amma xatırladaq ki,bir müddət öncə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial platformadakı hesabında bildirib ki, "K GROUP" MMC Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimliyə məxsus "GMSA" MMC ilə eyni ünvanda qeydiyyata alınıb. Jurnalistin yaydığı məlumata görə, "K GROUP" MMC-nin qanuni təmsilçisi Əliyev Ceyhun Şəfahət oğludur. Bu şirkət 2018-ci ildə yadadılan Bakı Nəqliyyat Agentliyinin əsas tərəfdaşlarından biridir. Avtobuslara kart oxuyan cihazlar – validatorlar quraşdırılması sifarişi bu şirkətə həvalə olunub. Bu isə hər sərnişinin ödədiyi gediş haqqından 5 faiz tutulmasında məmurların marağı ilə bağlı şübhələri artırır.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Metroda pul xırdalamağa son

    Metroda pul xırdalamağa son ...

    28-09-2015, 11:17

  • 
  • Taksilərlə bağlı YENİ QƏRAR

    Taksilərlə bağlı YENİ QƏRAR ...

    10-05-2016, 12:29

  • 
  • "BakuBus"dan yeni marşrut və sərnişinlər üçün şərtlər

    "BakuBus"dan yeni marşrut və ...

    7-11-2015, 12:58

  • 
  • "Bakı Kart"-la bağlı qalmaqallı iddia - "5 qəpik pul tutulub"

    "Bakı Kart"-la bağlı qalmaqallı iddia - ...

    19-01-2018, 21:13

  • 
  • İctimai nəqliyyatda gediş haqqı artırıla bilər

    İctimai nəqliyyatda gediş haqqı artırıla bilər ...

    2-05-2013, 12:29


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu