[b]Nəqiliyyat Naziriliyi ictimai nəqliyyatda gediş haqqı tariflərinin artırılması ilə bağlı ölkə hökümətinə müraciət edib.Bu barədə jurnalistlərə açıqlamasında nəqiliyyat nazirinin müavini Musa Pənahov bildirib.[/b]
"Sərnişindaşıma ilə məşğul olan şirkətlər bizə müracitə edərək bildiriblər ki, hazırkı tariflər onların xərclərini ödəmir. Buna görə də xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə tarifləri yüksəltmək lazımdır", -nazir müavini bildirib. Onun sözlərinə görə, müraciət artıq ölkə hökumətinə göndərilib. "Bu asan proses deyil və məsələyə Tarif Şurası tərəfindən baxılır. Razılıq əldə olunan kimi bu məsələyə baxılacaq", - Pənahov bildirib. Onun sözlərinə görə, artım çoz cüzi olacaq. "Bu gün şəhərdaxili marşrutlar üzrə hərəkət edən avtobuslarında gediş haqqı 0,2 manat təşkil edir, yeni tariflər isə hətta 0,3 manat səviyyədə olmayacaq, aşağı olacaq", - nazir müavini bildirib. Musa Pənahov konkret təkliflərin olduğunu bildirsə də, onları səsləndirməkdən imtina edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?